AN araşdırmaları

Bu araşdırmalar bir siyasət sənədləri toplusudur, müasir Azərbaycan dövləti və cəmiyyətinin üzləşdiyi bir sıra müxtəlif çətinliklərə xitab edir və bu problemlərin həll yollarını araşdırır.

Mövzular dövlət idarəçiliyi və insan kapitalı, sosial dövlət, azad bazar iqtisadiyyatı, gənclər siyasəti, səhiyyə, insan haqqları və ətraf mühiti əhatə edir. Kitab bütün bu mövzularda alternativ, amma icra edilə biləcək tövsiyyələr verir.

Araşdırmaları hazırlayan insanlar gənc olsalar da, zəngin beynəlxalq və yerli təcrübəyə sahibdir. Onların çoxu Avropa və Amerikada universitetsonrası təhsillərini bitirib Azərbaycana qayıdıblar. AN Şəbəkəsinin əsas məqsədi də yaşadığımız modern dünyada bu bilik və insan kapitalı transferini həyata keçirməkdir.

Sənədlər qərar- və qanunvericilər, icraçılar, universitet tələbələri və daha geniş təbəqələr üçün faydalı ola bilər.

Bu araşdırmaların dünyaya gəlməsində göstərdikləri xüsusi dəstəyə görə “I-cafe” layihəsinin iştirakçılarına, Fridrix Ebert Fonduna və Anar Əhmədova təşəkkür edirik.

Araşdırmaların siyahısı:

Psixi sağlamliq siyasəti” – Elturan Ismayilov
Əlavə olaraq, İngilis dilində

Təbii inhisarlar: problemlər və onlarin həlli yollari” – Natiq Cəfərli

Azərbaycanda şəxsi həyatin toxunulmazliği və ifadə azadliği arasinda tarazlaşdirilmiş siyasətin yaradilmasi imkanlari” – Pərvanə Persiyani Və Adnan Hacızadə

Azərbaycanda yerli özünüidarənin optimal təşkili: birpilləli bələdiyyə sistemindən çoxpilləli yeri özünüidarəyə doğru” – Abel Bayramov

Azərbaycanda keçid ədaləti: keçmişlə hesablaşma” – Selcan Məmmədli
Əlavə olaraq, İngilis dilində

Regionalarda gənclərin ictimai fəalliğin artirilmasi və gənclərin şəbəkələşməsində gənclər siyasətinin imkanlari” – Ismayıl Kərimov

İqlim dəyişmələri:azərbaycan kyoto öhdəliklərinə əməl edə biləcəkmi?” – Rövşən Abbasov

Hökumətin effektivliyini artirmaq: “Beyin mərkəzləri”-nin qərar qəbul etmədə rolu” – Ayxan Nəsibli
Əlavə olaraq, İngilis dilində

Human Capital Development In Azerbaijan 2010 – Emil Majidov