CinemAN və FMA-nın birgə kino seansı!

Əziz dostlar,

bu həftədən FMA yeni "Liberty Pictures" layihəsini başlayır. Biz kino vasitəsilə öz ideyalarımızı Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinə, xüsusilə də gənclərə çatdırmaq çalışırıq.

CinemAN-la əməkdaşlıqda keçiriləcək birinci seansda məhşur Amerikalı aktyoru Vil Smitin iştirakı ilə 2006-cı ilin ən uğurlu filmlərindən biri olan The Pursuit of Happiness ("Xoşbəxtlik təqibi") filmini göstərəcəyik.

Filmdə 5 yaşlı oğlunu təkbaşına böyütmək və enyi zamanda karyeranı qurmaq çalışan adi insanın tarixçəsi göstərilir.

Filmin nümayişi şənbə günü saat 17:00-da, Tolstoy küç. 169 ünvanında yerləşən "Vitamin" kafesində keçiriləcək.

Tədbirdə iştirak etdiyinizi təsdiqləmək üçün bu linkdən istifadə edə bilərsiz:
http://www.facebook.com/home.php?ref=home#!/ical/event.php?eid=325936097556

Giriş pulsuzdur!

Növbəti film nümayişləri haqqında məlumat saytımızdan ala bilərsiniz.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat