Azadlıq azadlıqdır

Tom G. Palmer, 12/03/2010

Tom G. Palmer Kato İnstitutunun aparıcı əməkdaşı, “Atlas İqtisadi
Araşdırmalar Fondu"nun beynəlxalq proqramlar üzrə vitse-prezidenti
“Azadlığın reallaşdırılması: Libertarian nəzəriyyəsi, Tarix və Təcrübə”
kitabının müəllifidir.

Mən bu müzakirə üçün aparıcı məqalənin maarifləndirici deyil, qıcıqlandırıcı ruhda olduğunu düşünürəm. Bəri başdan etiraf edirəm ki, tanıdığım və illərdən bəri öyrəndiyim şəxs olaraq, Deyvid Şmidt kimi, Ceyson Brennana da sayğı duyan, ona heyranlığı və sevgisi olan biriyəm. Mən onunla ilk dəfə keçən şənbə günü McGill Universitetində mühazirə oxuyan zaman görüşdüm və o, prezentasiyaları ilə nümayiş etdirdi ki, ciddi bir düşüncə adamıdır.

Onların işlərini müzakirə etmək şansı üçün minnətdar olmağıma baxmayaraq, mən əsasən mənfi fikirlərimi açıqlayacağam. Onu da vurğulamaq istəyirəm ki, “mənfi” olmaq heç də düşmənçilik kimi qiymətləndirilməməlidir. Aristotelin bu məsələ ilə bağlı belə bir nəsihəti var-“hər ikisi dəyərli olduğu halda, möminlik tələb edir ki, biz həqiqətə öz dostlarımızdan üstün qiymət verək”; buna baxmayaraq, mən ümid edirəm hər iki hal üçün haqlı sayıla bilərəm. 

Öz tənqidi fikirlərimi açıqlamazdan əvvəl mən maraqlananları bu məqalənin daxil olduğu “Azadlığın qısa tarixi” kitabını oxumağa (hətta almağa) dəvət edirəm. Həqiqətən də, diqqətlə oxumağa dəyər!

1. Mən onunla başlayacağam ki, Şmidt və Brennan “müsbət” azadlıqdan “mənfi”ni hansı yolla fərqləndirirlər. Onlar bu fərqi İsak Berlinin adına yazırlar, həmin şəxsi də o “miflərin əsas nümayəndəsi” qəbul edirlər ki, “mənfi azadlıq libertarianların, müsbət azadlıq isə Marksistlərin, sosialistlərin və müasir liberalların xüsusi maraqlarıdır”. Ancaq onlar etiraf edirlər ki, Berlinin istifadə etdiyi terminlər və fərq onlardan “azacıq” ayrılır və “bu terminlərin işlənmə üsulları da Berlinin terminlərinin əsl mənalarından bir az fərqlidir”. Mənə elə gəlir ki, onlar sadəcə Berlinin termin və fərqlərini “azacıq” dəyişdirməyiblər. Həm də o terminləri kontekstindən çıxarıb, başqalarıyla birləşdiriblər, hansı ki, bəziləri eyni sözləri saxlasa da, onlar tam fərqli məsələlərə aiddir. Xüsusilə, onlar Berlinin mənfi/müsbət azadlıq fərqlərini “mənfi” və “müsbət” hüquqlar arasında əlaqəsi olmayan başqa fərqli biri ilə birləşdiriblər. Nəticə də faydalı deyil. (Bundan başqa, məsələlər Konstantın fərdi (“modern”) və kollektiv (“qədim”) azadlıq arasındakı fərqi ilə qarışdırılmaqla, onun xeyli qısaldılmış formasında daha da dolaşdırılmışdır).

Berlin azadlığı başqaları tərəfindən təyin edilmiş müdaxilə və maneələrdən fərqləndirmək üçün araşdırma aparır. Bu, onun “mənfi” azadlıq və öz daxilimizdə maneələrdən -məntiqli “mən”in, noumenal “mən”in, daxili “mən”in və ya real “mən”in, yaxud olduğu kimi fiziki, fenomenal, emprik, saxta, aldadılmış, azdırılmış, alçaldılmış “mən”in təzyiqinə məruz qalan yüksək “mən”in məqsədlərinin reallaşmasına əngəl yaradan maneələrdən kənar azadlıq hesab etdiyi terminidir. Bu, maraqlı bir fərqdir və diqqətimizi Platoya gedib çıxan belə tarixi bir ənənə üzərinə yönəldir ki, azadlıq “məntiqli özünü istiqamətləndirmədir”.[1] Berlin müsbət azadlıq düşüncəsi ilə daha artıq qazanc və ya yaxta əldə etməyi nəzərdə tutmurdu. Ondan əlavə, Berlin üçün bunlar sadəcə birinin qarışıq və birləşmiş və başqa birinin maksimum cəmləşmiş olması fərqinə görə deyil, azadlıq görüşlərinə görə də ziddiyyət təşkil edirdi. Şmidt və Brennan müsbət azadlığı sərvət və bacarıqla eyniləşdirən zaman (əminlik olmalıdır ki, hər ikisi ümumi olaraq özlüyündə tam yaxşı və arzulanandır) onlar üçün:
1) analitik aydınlığı və
2) onların institutlar, sahibkarlıq və nəticələr arasında mənalı səbəb bağlılığını
göstərmək kimi aydın şəkildə mühüm olan qabiliyyətini zəiflədir. 1-ci ilə bağlı onlar istinad etdikləri məqalədə “terminlərin qarışdırılmasından heç nə alınmır” kimi müdriklik tövsiyə edən Berlinə yaxındırlar. “Hər şey nəsə- elə odur: azadlıq azadlıqdır, bərabərlik və ya həqiqət, ədalət və ya mədəniyyət, insan səadəti və ya dinclik mədəniyyəti demək deyil.[2] Bizim bütün o şeyləri ifadə etmək üçün artıq yaxşı sözlərimiz (əvvəlki cümləyə bax) var və onları aydınlıq əvəzinə qarışıqlıq yaradan “azadlıq” adlandırırıq.

2. Ayrıca olaraq, sərvət və ya əmlak sahibliyini azadlıq adlandırmaq xarakterik bir sosial konsepsiya kimi azadlıqdan tam fərqli şey təqdim edir. Azadlıq cəmiyyətdən kənar mənasından uzaqlaşan xarakterik bir sosial konsepsiyadır, amma əmlak (və ya sərvət) xarakterik bir sosial konsepsiya deyildir. Planetin hansısa nöqtəsində yalnız, başqa mənəvi dəyər daşıyıcılarıyla heç bir əlaqəsi olmadan yaşayan şəxsin azad və ya qeyri-azad olmasını söyləmək çətin olardı. O, azad cəmiyyətdə yaşamadığına görə zəngin cəmiyyətdə də yaşamır. Bu məlum səbəbdən, biz deyə bilmərik ki, o, azad deyil. Ümumiyyətlə, o, cəmiyyətdə yaşamır. Şəxslər arasında azadlıq, zənginlik və xeyirxahlıq kimi münasibətlərə (və ya ən azı müəyyən növ mənəvi varlıqlar arasındakı) əsaslanır. (Ola bilsin, bu başqa terminləri də əhatə edir, amma insanların rəngarəng çoxluğunu istəmədən azadlıq konsepsiyasını istəmək mənasızdır). Başqa bir tərəfdən, əmlak aclıq və susuzluq kimi, digər mənəvi varlıqlarla hər hansı münasibətlər tələb etmir. Vasitəçi hər hansı şəxslə münasibət olmadan da əmlak və sərvətdən faydalana bilər. Onun yaşadığı planet ərzaq qıtlığı və ya bolluğu yarada bilər. Daş alət də alətdir, baxmayaraq ona hökm edən yalnız bir cüt əlin sahibidir. Robinzon Kruzo adada təkbaşına əmlak və sərvətə sahib, sosial münasibətlərin olmadığı vəziyyətdə isə yoxsul idi. Amma onun azad olduğu yalnız Cümə ona qoşulduqdan, yaxud zəngin və ya xeyirxah olması Cümə ilə qarşılıqlı ünsiyyətdən sonra deyilə bilərdi.

Berlin başqa insan qrupu üzərində məcburi müdaxilədən azadlıq kimi anladığı “mənfi” azadlıq (o münasibəti, bütünlükdə klassik liberal ənənəylə uyğunlaşmayan müxtəlif üsullarla anlamaq olardı) və yalnız emprik “mən” və onun istəkləri, tənbəlliyi, düşüncəsiz mövhumatçılığı və s. tərəfindən yaradılan əngəllərdən azad ən yüksək, daxili, gerçək və ya real “mən”in həqiqi və dürüst məqsədlərinin reallaşması kimi anladığı “müsbət” azadlıq arasında fərqləndirmə apardı. Əvvəlki Şmidt və Brennanın istifadə etdiyi terminə ağlabatan dərəcədə uyğun görünür, amma sonra istifadə etdikləri termin “birinin təminatları üçün tələb olunan güc” anlamı və “müstəqil qərarlar vermək” gücü ilə qarışdırılır (əvvəlki “mülkiyyət”lə bağlı təhlili birinin “həqiqətən sahib olduğu və nəzarət etdiyi müəyyən əmlak” vəziyyəti kimi izah edir)”. Son element Berlinin istifadə etdiyi terminə uyğun gəlir, amma əvvəlki bir şeydə bütünlüklə hər şeyi qarışdırdığına görə yox.

Bəs niyə onların Berlinin terminlərindən istifadə edib-etməmələrinin fərqi var? Ona görə ki, Berlin Platoya əsaslanan və daha çox iyirminci əsrdə aşkara çıxan ideologiyalar arasındakı tam real ziddiyyəti təsvir edərək dərin intellektual ənənə yaratmışdı. Bu əzəmətli iyirminci əsr bir yandan liberal demokratiya ilə totalitarizm arasında yarışır, başqa bir tərəfdən isə iki tərəfə ayrılmış insanlar tərəfindən azadlığın iki “növü” arasındakı mübahisə kimi formalaşır: biri öz həyatını idarə etmək və başqalarının məcburi müdaxiləsindən azad şəkildə seçim etməyə əsaslanan insan azadlığı, ikincisi “saxta şüurluluqlarla” Marksistlər və ya onların Faşist və Nasional sosialist qollarının müəyyən etdiyi “saxta şüurluluqlarla” bağlı öhdəliklərindən uzaqlaşmaq və öz taleyinin şəxsi yaradıcıları olmaq üçün öz həqiqi mahiyyətini gerçəkləşdirmək azadlığı. Berlinin fərqi haqqında düşünərkən konteksti yadda saxlamağa dəyər. 1919-cu ildə qatil dövlət SSRİ-nin yaradıcısı onun cinayətlərini burjuaziya azadlığı əvəzinə, “azadlıq”, “real azadlıq” terminləri ilə müdafiə edirdi:

Siz azadlığın, bərabərliyin və demokratiyanın pozucularısınız-onlar hər yerdə bizə xitabən Konstitusiyada təsis yığıncağının pozulması, izafi məhsulun məcburi müsadirəsi və s. məsələlərdə fəhlə və kəndlinin bərabərsizliyini göstərərək bağırırdılar. Biz cavab veririk –dünyada heç vaxt həqiqi bərabərsizliyi, əsrlərlə əziyyət çəkən işlək kəndlinin yarımçıq azadlığını aradan qaldırmaq üçün bunca çox çalışan bir dövlət olmamışdır.[3]

Berlin qeyd dediyi kimi, belə “real azadlığı”, “onları öz “real mən”ləri, insanın həqiqi məqsədi olan möhkəm biliyi(səadət, vəzifə fəaliyyəti, müdriklik, ədalətli cəmiyyət, özfəaliyyət) hesabına və onların adından dalaşqanlığa, sıxışdırmağa, işgəncəyə” çevirmək istərkən, əldəki əsas onun azadlığı - adətən yüklənmiş və özlüyündə qarışıq olmasına baxmayaraq, “həqiqi” azad seçimi ilə yaxın olmalıdır.”[4]

3. Klassik liberallar ümumi olaraq sərvəti görməzlikdən gəlmirlər(Şmidt və Brennan nümunədə “müsbət azadlıq” adlandırır), ancaq maraqlı məsələ odur ki, növlərin genlərə, təsirin səbəbə olduğu kimi, sərvətin azadlığa necə aidiyyatı var. Bu yazdıqlarında onların səbəb əlaqəsindəki marağı aydındır :“Bəzi nəzəriyyəçilər müdafiə olunan minimum mənfi azadlıqlar toplusunu bütünlükdə bizim cəmiyyəti başlamaq üçün nəsillər boyu ehtiyac duyduğumuz müsbət azadlıqda partladıcı uduşlar olduğunu düşünürlər.” Bu, həqiqi anlamda sərvətə istinad edən “müsbət azadlıq” kontekstindən aydındır. Heç kim müstəqillikdə və ya özünüifadədə “partladıcı uduşlar” haqqında yazmır. Bu, onların müsbət azadlıqla müəyyənləşdirdiyi sərvətdir ki, firavanlığı və “müsbət azadlığı” əvəz oluna bilən göstərməklə, bunu da aydın ifadə edirlər. Şmidt və Brennana görə, gözəl yaşayış üçün mənfi azadlıqların uzun, uğurlu, təsadüfi olmayan təcrübi qeydlərini aparmaq baxımından “sosial elmlər və tarix yaxşı ifşaedici ola bilər. O aşkara çıxara bilər ki, müsbət azadlığı təşviq etmək üçün bir çox səmərəli üsul mənfi azadlığı qorumaq üçündür.” “Müsbət azadlığı” əvəz etməklə “gözəl həyat” üçün daha hansı anlayış əlavə edilməlidir”? Heç bir ciddi adam belə şərt qoymağı düşünmür ki, “mənfi azadlıq” dəqiqliklə firavanlığa aparır”, amma “mənfi azadlıq” və firavanlığı azadlığın növü olması şərtini irəli sürməklə, onlar hardasa konseptual izahı ört-basdır etmək öhdəliyi götürürlər. F. A. Hayek də Şmidt və Brennanın yanaşmasını tamamilə rədd edən zaman təkidlə bildirir ki, “əgər azadlığın müzakirəsində hər hansı aydınlıq gözlənirsə, onun tərifi belə azadlığı yaxşı nümunə kimi qəbul edən kimsədən asılı olmamalıdır ”.[5]

“Gözəl həyat”və “müsbət azadlığı” əvəz oluna bilən terminlər kimi müzakirə etmək aydınlığı artırmaqdansa, onu zəiflədir. Həqiqətən də, ikisini birləşdirmək məhz Şmidt və Brennanın bizi azadlıq və sərvət arasında səbəb əlaqələri üçün elmi araşdırma aparmağa ruhlandırdığı məsələnin həllini daha da çətinləşdirir. “Sərvət” ifadəsini “azadlıq, “azadlıq” ifadəsini “sərvət” adlandırsaq, nə olar? Biz onda iqtisad tarixini öyrənən zaman soruşmalıydıq ki, artıq sərvət daha artıq sərvətə aparırmı. Hər şey yaxşı və ya arzuedilən olanda azadlıq var, yaxşı və arzuedilən olmayan hər şey daha yaxşı və arzuedilən olandan fərqlidir. (Bu faktı hər kəs deyə bilər ki, “Mən avtomobil sürən zaman özümü azad hiss edirəm” və ya “Mən sağlam olan zaman özümü azad hiss edirəm”, yaxud da “Mən paraşütlə tullanan zaman özümü azad hiss edirəm”. Amma pul, sağlamlıq və səmadan kəskin hərəkətlə enmək “azadlığın növləridir” demək zəif arqument təmin edir).

4. Bundan başqa, mənə elə gəlir ki, onların formulası hökumət və azadlıq arasında dolaşıq salınır. Onlar “ümumi fərziyyə” adlandırdıqları “Azadlıq —hər nədirsə —ona birbaşa hökumət tərəfindən stimul verilməlidir” fikrindən də boyun qaçırırlar. Daha ənənəvi “müdafiə” termini əvəzinə “stimul” terminini seçmək onların mənim nəzərdə tutduğum dolaşıqlığı haqqında bir dəlil verir. Sərvət qeyri-müəyyən şəkildə artırıla bilər, amma azadlıq hamı tərəfindən sahibləndikdən sonra davamlı olaraq artırıla bilməz. Bu azadlığı müdafiə edən və “qoruyan” ənənəvi liberal missiya qeyri-müəyyən olaraq onun fərqli sosial xarakteri ilə, hamı tərəfindən bərabər bölüşülən bir keyfiyyət kimi əlaqələndirilməlidir. “Bərabər azadlıq” klassik liberalizmin paroludur. Bərabərlik sənin üçün olan və ya olmayan bir şeydir. Biz bərabər olduğumuz halda, hamımız daha çox bərabər ola bilmərik; biz bərabərliyə daha çox yaxınlaşa bilər və ya ondan geri çəkilə bilərik. Amma bu, ölçü hədlərindən yuxarı artırıla bilən istilik kimi bir kəmiyyət də deyil. Sərvət qeyri-müəyyən şəkildə artırıla bilər, amma hüquqi bərabərlik yox; o səndə olduğu halda sənindir. Beləliklə, o, müdafiə olunduğu və qorunduğu halda, “stimullaşdırılmaq” üçün sərfəli deyil.” Mən onu hökumətin mənim azadlığıma “stimul” verməsi üçün olan məşğuliyyət deyil, onu müdafiə etmək, onun yurisdiksiyası əsasında hər bir fərdin azadlığını qorumaq üçün hökumətin xüsusi məşğuliyyəti olduğunu düşünürəm. Əgər bu, hökumətin bizim azadlığımızı müdafiə etmək üçün aparıcı məşğuliyyəti deyilsə, onda nə məşğuliyyətidir?

Klassik liberalizmdə (“mənfi”) azadlığın anlamı diktator və ya bir qul sahibinin azadlığını nəzərdə tutmur, çünki onlar azad cəmiyyətdə yaşamırlar; onların hər ikisi əllərində saxladıqları, hökmran olduqları məcburi gücün sahibidirlər. İnsanların mərkəzləşmiş despotik dövlətlərin əsarətində yaşaması şəksiz həqiqətdir; amma aristokratlar yerli despotizmi başqalarına, öz təhkimçilərinə və ya qullarına tətbiq edə bilərlər, yalnız onlar qanunla idarə olunan rejimlərdə yaşadığı təqdirdə, öz azadlıqlarına sahib olurlar. Qeyri-bərabər azadlıq klassik liberal kampaniyaların əsas məqsədidir ki, hər kəsə bərabər azadlıq nəzərdə tutur; təhkimçilik və quldarlıq əleyhinə olan klassik liberal təşviqatçılar bərabər azadlığı təkzib edən ədalətsizliyi və bəzən yarımçıq azadlıqdan doğan qul və sahibinin psixoloji kobudluğunu diqqətlə vurğulayır. Braziliyalı liberal abolisionist (quldarlığın ləğv olunması tərəfdarı) Joaquim Nabuko quldarlıqla bağlı qeyd edir ki, “Bu rejim nə ifadə edir, biz artıq bilirik. Mənəvi baxımdan, bu, bütün dini və ya müsbət əxlaqi əsas və prinsiplərin-ailənin, mülkiyyətin, sosial harmoniyanın, humanist arzuların dağıdılmasıdır. Siyasi baxımdan bu, insanların deqradasiyası, bürokratizm xəstəliyi, vətənpərvərliyin zəifləməsi, bölgələrin feodal malikanələrinə bölünməsi, hər birinin polis və məhkəmə sistemindən kənar öz cəza sistemi, öz məhkəmə orqanı olan köləlik deməkdir. O təkidlə braziliyalılara səslənir ki, “başqalarının azadlığına sevgiylə yanaşaraq öz uşaqlarınıza təhsil verin, özünüz təhsil alın, taleyin havayı hədiyyəsi ilə deyil, yalnız bu yolla öz azadlığınıza sahib olacaqsınız. Siz onun dəyərinə əmin və müdafiəsinə cəsarətli olmalısınız.”[6]

5. Azadlıq ilə sərvətin ziddiyyəti onun ənənəvi “azadlıq fərziyyəsi” başlığına yönəlir.[7] Fəaliyyət göstərmək istəyən birinin deyil, digərinin fəaliyyətini məhdudlaşdırmaq istəyən birinin sübut yükünə uyğun gələn bu azadlıq fərziyyəsi terminlərdə yalnız “mənfi” azadlıq hissi yaradır. Günahsızlıq fərziyyəsi sübut yükünü digərinin fəaliyyətini məhdudlaşdırmaq istəyən biri üzərində bərabər qiymətləndirir. Bu ittiham olunana qarşı bütün mümkün ittihamları saxtalaşdırmaq üçün mümkün olmayan məsələdir, amma ittiham olunan ona qarşı irəli sürülən ittihamları aydınlaşdırmağı tələb edə bilər. Eynilə, müdaxilə üçün bütün mümkün səbəblər birinin azadlığı ilə təkzib olunmamalıdır, amma müdaxilə üçün başqaları tərəfindən irəli sürülən səbəblər aydınlaşdırılmalıdır, təbii ki, odun yandıran biri tüstüsüylə öz qonşusuna zərər verəcək. Burada belə bir fərziyyə ola bilər ki, yalnız müdaxilə üçün səbəb yaratmaqla onun öhdəsindən gəlmək olar və mən onu başqası ilə qarışdırmamalıyam. Amma başqasının bacarıq və ya əmlaka sahib olacağı yerdə fərziyyə necə ola bilər? Bu azadlıq və sərvət arasında radikal dəyişikliyi göstərir, belə ki, onların hər ikisi aydınlıq əvəzinə qarışıqlıq yaradan azadlıq adlandırılmalıdır. Azadlıq o zaman faydalı olur ki, sən insanları başqa insanların məcburiyyətindən çəkindirirsən, amma məcburiyyət o zaman faydalı deyil(və ya əldə olunmur) ki, sən insanları başqa insanların azad edilməsindən çəkindirirsən. Azadlıq başqa insanların məcburiyyətinin olmadığı fəaliyyətdən artıq bir şey deyil. İnsanları məcbur etmək fəaliyyətə məcburiyyət tələb edir, onları azad buraxmaq isə elə deyil.[8]

6. Gəlin sadə bir fikir təcrübəsi keçirməyə çalışaq. Bu, intuisiyaların sınaqdan keçirilməsi olacaq, amma mən hər hansı bir ciddi adam təsəvvür edə bilmirəm ki, həmin sınağı keçirərkən azadlıq və sərvətin birləşdirilməsinin çox şübhəli olduğu fikriylə razılaşmasın. 1927 və 1939-cu illərdə orta səviyyəli bir Almanın həyatına baxaq. (Və ya daha aydın olsun deyə, 1878 və 1939-cu illər Almanların həyatına nəzər salaq). Sonrakı Almanların “Volkswagen” və magistralları vardı; onların telefonları vardı və heç hava yolu ilə səyahət etmirdilər; bundan başqa, onların qarət olunmuş yəhudilərin qənimətlərindən istifadə etmək imkanları vardı. Kimsə onların daha çox “müsbət azadlığı” olduğunu deyə bilərdi, əgər hələ də kimsə sərvəti “azadlıq” adlandırmağa meyllidirsə. Amma onların daha çox azadlıqları vardımı? Orada birtərəfli diktatorluq vardı; mətbuat senzura altında idi; hərəkat məhdudlaşdırılmışdı və insanlar qorxu içində yaşayırdılar, məcburi gücün tətbiqi qorxusu içində. Eyni terminin(”azadlıq”) həm sərvət, həm də azadlıq üçün işlənməsi maksimuma çatdırıla bilən və ya başqasının terminlərində güman edilə bilən qazanc və itkilərə uyğun hansısa əsas təqdim edir. 1939-cu ildə terror diktatorluğu altında yaşayan Almanlar tərəfindən istifadə olunanı böyük sərvət adlandırmaq azadlığın yüksək dəyərini pozmağa səbəb olardı; belə məcburi, despotik qanunsuzluq rejimi altında sərvət artımının “daha artıq azadlıq” yaratmasını söyləmək olmazdı. (Kimsə mübahisə edə bilər ki, bu, yəhudilər və Hitlerin opponentləri tərəfindən azadlığın itirilməsi əvəzində baş verir; amma mən daha artıq təkid və mübahisə edirəm ki, yəhudi olmayanlar və hətta yüksək ruhlu Nasional sosialistlər də daha az azad idilər, həm də ona görə ki, onlar öz Fürerlərinin müstəsna səlahiyyət gücünün tabeliyində idilər.)[9]

7. Liberal düşüncənin əsas istiqaməti azadlığı sıx şəkildə institutlarla, xüsusi olaraq vərdişlər toplusu, tələblər və ümumi olaraq “hüquq norması” kimi istinad olunan təşkilatlarla  müəyyənləşdirir. Lok Azadlığı sadəcə birinin həvəs və arzularının reallaşma gücü kimi müəyyənləşdirmir, (“O hər kəsin azadlığı üçün nə etmək gərək olduğunu sadalayır”), o, Azadlığı yerbəyer etmək və qayda yaratmaq vasitəsi kimi görür, özü sadaladığı kimi, İnsanı, Hərəkətləri, Arzuları və bütün Mülkiyyəti, qanunlar çərçivəsi daxilində Vəsaiti; və burada başqasının İradəsinə məcburiyyət söhbət mövzusu deyil, o özü azad hərəkət edir.[10]

Başqalarının məcburi iradəsinə aid olmayan eyni və ya çox bənzər dil Kant, Konstant, Spenser, Hayek və bir çox başqa liberallarda bərabər hüquqlar və bərabər ədalət daxilində uyğun məhdudiyyətsiz fəaliyyət azadlığı ilə əlaqəli şəkildə aşkara çıxır. Onlar üçün institutlardan kənarda azadlıq yoxdur. (Bu anlamda, Quentin Skinner tərəfindən “klassik liberalizm” və “neo-roman” respublikaçılığı arasında təsvir olunan fərq çatışmazlıq yaradır; Skinner bircə şərt göstərir ki, klassik liberallar güc üzərində “tabeçilik vəziyyəti” ilə deyil, yalnız “onun məcburi təhlükəsi və ya zorakılığı” ilə narahatdırlar. Amma bu iddia uyğun klassik liberal düşüncə adamlarının çoxsaylı bəyanatlarında göstərildiyi kimi, sadə yalandır.)[11] Mən bunun “modern” və “qədim”, fərdi və kollektiv azadlıqla əlaqədar müzakirədən irəli gəldiyini görürəm.

8. Mənim son etirazım azadlıq və sərvət kimi uyğunsuz məsələlərin ucdantutma birlikdə götürülməsinədir ki, əvvəlki liberallar onu liberalizmin inkar vasitələrindən biri kimi qiymətləndirirlər. E. L. Qodkin 1900-cu ildə “The Nation”da azadlığın material bolluğu ilə qarışdırılmasını liberalizmin tənəzzülü kimi qiymətləndirirdi:

Əsrin tərəqqisi liberalizmin prinsip və qaydaları üçün nəhəng material imkanları yaratmışdır. Hökumətlərin xoşagəlməz müdaxiləsindən azad, özlərini təbii vəzifələrinə, öz vəziyyətlərini yaxşılaşdırmağa həsr edən gözəl nəticəli insanların əhatəsindəyik. Ancaq görünür ki, onu mümkün edən səbəb üçün material rahatlığı indiki nəslin gözünü korlaşdırıb. Siyasət dünyasında liberalizm zəifləyən, sıradan çıxmaqda olan gücdür.[12]

Səbəb əlaqəsi bir tərəfdən azadlıq, digər tərəfdən sərvət arasında yoxa çıxmışdır, məqsəd isə azadlığın fərqli xarakterinə diqqət yetirmədən yalnız gözəl şeyləri göstərməyə xidmət etmişdir. Herbert Spencer də bildirirdi ki, azadlığın başqa gözəl şeylərlə qarma-qarışıqlığı elə bir dolaşıqlığa aparır ki, “bu cür qarışıqlıq içində liberalizm öz mahiyyətini itirib.”

Nə üçün keçmişdə xalq və onlara təsir göstərənlərin təsəvvüründə liberallar tərəfindən dəyişikliklər edilmişdir? Bu, insanlar tərəfindən yol verilən şikayətlərin və ya onların müəyyən hissəsinin aradan qaldırılması, adamların düşüncəsində özlüyündə olduqca təsirli ümumi cizgi idi. Bunlar vətəndaşların böyük təbəqələri tərəfindən birbaşa və dolayı hiss olunan pisliklərin yumşaldılması vasitələri idi. Və o vaxtdan çoxlarının düşüncəsində saflaşan pislik müvəffəq olunan yaxşılığa bərabərdir, bu ölçülər bir çox müsbət faydalar kimi başa düşülməlidir; və çoxunun rifahı Liberalizmin məqsədi kimi liberal dövlət adamları və liberal seçicilər tərəfindən eyni cür düşünülür. Nəticə etibarı ilə bu, dolaşıqlıqdır. İlk günlərdə Liberal ölçülərə ümumi gözə görünən daxili cizgilərlə kütləvi yaxşılığın əldə olunması (sonra hər bir halda məhdudiyyətlərin zəiflədilməsi ilə) baş verdi ki, məhdudiyyətlərin azaldılması ilə dolayı yolla əldə olunmalı məqsəd kimi kütləvi yaxşılıq liberallar tərəfindən araşdırılsın. Və onu birbaşa əldə etmək üçün araşdırarkən, onların ilkin tətbiq olunanlara zidd istifadə metodları vardı.[13]

Mən başa düşürəm ki, Şmidt və Brennan azadlığın hər hansı növünü “təşviq etmək” üçün dövlətin məşğuliyyəti olmadığı şərtini göstərərək, belə nəticələrdən çəkinmək istəyir. Əvəzində təklif edir ki, bəlkə hökumət “mənfi azadlığı” birbaşa müdafiə etməklə, dolayı olaraq “müsbət azadlığı” təşviq etdirməlidir, o məqsədlə ki, “Mənfi azadlıq məsələlərinin müəyyən hissəsində o, natamam olarsa, müsbət azadlığı təşviq etmək yolunda yüksək dərəcədə səmərəlidir.” Amma mən qorxuram ki, onların inkişafı azadlıqla birləşdirməsi yenidən eynilə davam edəcək, necə ki, Spencer və Qodkin XIX-cu əsrin sonunda xəbərdarlıq edirdi. Liberalizmin aydın intellektual və siyasi güc kimi ləğv edilməsi iyirminci əsrdə ortaya çıxmadı. Mən ümid edirəm ki, biz eyni səhvi bu vaxt çevrəsində da etmirik.

[1] “Azadlığın iki konsepsiyası,” Isak Berlin: Azadlıq, nəş. Henri Hardi (Oksford: Oksford Universitetinin Nəşri, 2005), s. 191.
[2] “Azadlığın iki konsepsiyası,” s. 172.
[3] V. I. Lenin, “Proletariat diktaturası dövründə iqtisadiyyat və siyasət,” Leninin seçilmiş əsərləri, 4-cü ingiliscə nəşri (Moskva: Naşirlərin inkişafı, 1965), Cild. 30, s. 107-117, http://www.marxists.org/archive/lenin/works/1919/oct/30.htm Leninin “real azadlıq” konsepsiyasının təbiətinin Robert Qellateli tərəfindən təsviri, Lenin, Stalin və Hitler: Sosial fəlakət dövrü (London: “Vintage” kitab nəşrləri, 2008), xüs. hissə 2, “Kommunist diktatorluğu yolunda.”
[4] “Azadlığın iki konsepsiyası,” s. 180.
[5] F. A. Hayek, Azadlıq konstitusiyası (Çikaqo: Çikaqo Universitetinin nəşri, 1971), s. 18.
[6] Joaquim Nabuko, “O Abolicionismo” (London: Abraham Kinqdon, 1883), s. 241, 254.
[7] Azadlıq fərziyyəsi Antoni de Jasayın məntiqi və epistemologikal terminləri ilə ifadə olunmuşdur, “Liberalizm, Sərbəst və ya ciddi,” Müstəqil İcmal, c. IX, nö. 3, “Winter” 2005, s. 427-432, http://www.independent.org/publications/tir/article.asp?a=505
[8] Adam Smit ədalət haqqında yazırdı , “Daha çox hadisələrin əsasında dayanan həqiqi ədalət mənfi qüvvə olaraq yalnız bizi öz qonşularımızın zərərlərindən qoruyur. Özünü bir şəxsə, mülkə və öz qonşusunun nüfuzuna zərər vurmaqdan güclə çəkindirən insan əlbəttə ki, çox kiçik müsbət dəyərə malikdir. O, bununla belə, xüsusi olaraq ədalət adlandırılan bütün qaydaları yerinə yetirir və ona bərabər olanların mülkiyyət ilə məcbur edə biləcəyi və ya etmədiyi üçün cəzalandıracağı hər şeyi edir. Biz adətən oturaraq heç bir şey etmədən ədalətin bütün qaydalarını yerinə yetiririk.” Adam Smit, “Əxlaqi münasibətlər nəzəriyyəsi” (Oksford: Oksford Universitetinin nəşri, 1976), s. 82.
[9] Alqernon Sidney “ Azadlıq başqasının iradəsi əsasında və bizim insan dediyimiz qulun adından müstəsna müstəqillik yaradır. O insan ki, nə öz sahibinin iradəsi altında istifadə olunan şəxsiyyətini, nə də malını ayıra bilər. Təbiətən kölə olmaq kimi bir şey yoxdur, əgər o insan və ya millətlər qul olmasalar, onların şahzadənin iltifatından başqa istifadə edəcəyi digər titul da olmayacaq, onu da ki, istədiyi vaxt öz xoşuna geri götürə bilər.” Alqernon Sidney, “Dövlət haqqında mübahisələr”, nəşr “Thomas G. West” (Indianapolis: Azadlıq fondu 1996). Fəsil: BÖLMƏ 5: İnsanın İradəsi üzərində tabelik yaratmaq quldarlıqdır. Çıxarış http://oll.libertyfund.org/title/223/22227/904233 on 2010-03-09
[10] Con Lok, Hökumətin iki elmi əsəri, nəşr. Peter Laslett (Kembric: Kembric Universitetinin nəşri, 1988), II, vi., § 58, s. 306.
[11] Quentin Skinner, Liberalizmdən əvvəl azadlıq (Kembric: Kembric Universitetinin nəşri,, 1998), s. 84.
[12] E. L. Qodkin, “Liberalizmin tənəzzülü,” “The Nation”, Avqust 9, 1900; “The Libertarian Reader”in təkrar nəşri, nəşr. Deyvid Boaz (Nyu- York: Azad Nəşr , 1998), s. 324-26.
[13] “Yeni Torizm,” Herbert Spencer, “Political Writings”, Con Offer tərəf. nəşr (Kembric: Kembric Universitetinin nəşri, 1994), s. 69.
http://www.cato-unbound.org/2010/03/12/tom-g-palmer/liberty-is-liberty/

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat