Demokratiya mümkündür!

Rəşad Şirin, 08/06/10

Bizdən yaşlı insanların bizi həvəsdən salmağını çox görmüşük. Həmişə
sizin gördüyünüz işə əngəl olmaq istəyən, təkərə çübüq soxmaq istəyən
(və eyni zamanda sizi sevdiyini düşünən və bunu sizə deyən) insanlar
olur ətrafda. Bu işlərdə həm də bir iqtidar məsələsi var: sizin
hərəkətlərinizi məhdudlaşdırmaq istəyən insanlar sizin üzərinizdəki
nüfuz və hakimiyyəti itirmək istəmirlər.

Bunu daha geniş sosial sahəyə proeksiya etsək, uzun zamandır avtoritar
rejimlər tərəfindən ortaya qoyulan "bizdə demokratiya mümkün deyil" və
ya "bizim demokratiya fərqli olmalıdır". Bir gün seçki ilə bağlı bir
görüşdə, yüksək Azərbaycan rəsmisindən özüm üçün və insanlarımız üçün
çox aşağılayıcı söz eşitdim. Bizim rəsmimiz xarici konsultantlara dedi
ki, bizim insanların mədəniyyəti fərqlidi və daha yaxşı seçki keçirmək
üçün bizə hələ vaxt lazımdı. Həqiqətən özümü çox təhqir edilmiş hiss
etdim.

Beynəlxalq təşkilatlar Azərbaycanda ara sıra seçiciləri maarifləndirmə
tədbirləri keçirir.Özüm də bir ara bununla məşğul olmuşam və bəlkə də
həyatda ən az başa düşdüyüm şey seçici maarifləndirməsidir. Çünki seçki
proseduru, yəqin razılaşarsınız mənimlə, dünyanın ən asan işidir.
Gedirsən, bülletendə qeyd edirsən və sonra seçki qutusuna atırsan.
Seçici üçün bundan rahat şey yoxdu. Amma bu yolda (və seçkinin daha
sonrakı mərhələsində) o qədər saxtakarlıqlar olur ki, seçki
maariflənmsəinin əsas məqsədi seçicinin bu hilələri necə aşkara çıxara
biləcəyi və buna qarşı necə mübarizə aparacağına çevrilir...

Başqa bir sözlə, insanlar, nazirlər, məllimlər, prezidentlər, mollalar,
rahiblər və ya keşişlər sizi hımişə həvəsdən salmağa çalışacaqlar. Bizdə
hər şey fərqlidir, bu millət başqadır, biz müsəlmanıq deyəcəklər. Mənim
sizə deyəcəyim budur: ONLARA İNANMAYIN!

O insanlara deyin ki, Türkiyə bunu bacardı. Desələr ki, Türkiyə o boyda
Osmanlının varısı idi, o da başarmasın, kim başarsın, siz deyin ki,
Cənubi Korea İkinci Dünya Müharibəsindən sonra yoxsulluqdan bugünki
rifaha gəlib çıxdı. Deyin ki, 10 il bundan əvvəl korrupsiyanın vətəni
olan Gürcüstan bugün "GAİ"- ni ləğv etdi, bürokratiyadan rüşvəti
yığışdırdı. Deyin ki, Hitler hakimiyyətə gələrkən Veimar Respublikasının
konstitusiyasına tüpürdü və diktatura yaratdı, demokratik institutları
məhv etdi, hakimiyyəti öz əlində cəmlədi. Keçmiş Şərqi Avropa kommunist
ölkələri, Baltik Ölkələr keçid dövrünü uğurla tamamlayıb sivil Avropa
yoluna çıxdı.

Mən çox əminəm ki, problem insanlarda deyil. Təbii ki, insanlar da öz
növbısində günahkardır. Çünki insanların hər zaman şəxsi maraqları var
və onlar çox zaman ümumi maraqdan üstündür. Bu bir insan təbiəti
məsələsidir. Filosoflar, peyğımbərlər, dinlər bu təbiəti dəyişmək
istəyiblər. Bəzən alınıb bəzən yox. Adam Smit təklif etmişdir ki, insan
təbiətini dəyişə bilmədiyimiz üçün insan münasibətlərini nizamlayan
qaydalar üzərində razılaşmalıyıq. Bu qaydalar təsisatlar (formal və ya
qeyri-formal) bir müddətdən sonra insanın düşüncəsinə təsir edərək
mədəniyyəti dəyişir. Məni hər zaman heyran edən Amerikada dəyişən
qaydaların düşüncəyə təsir etməsidir. İctimai yerdə siqareti qadağan
etməklə siqaret çəkənlərin sayını azaltdılar Amerikada. Çünki insanlar
gördülər ki, birincisi, siqaret çəkənlər daha çox məhdudiyyətlərlə
üzləşir. İkincisi, siqaret sosial bir şey olduğu üçün, yani siqaret
dumanı başqa insanları da siqaret çəkməyə cəzb etdiyi üçün, siqaretın
ictimai yerdə qadağan olunması bir çox insanı siqaretdən uzaq tutdu və
onlar artıq siqaret çəkmədilər.

Siqaret çəkənlər mənə nifrət edə bilərlər məzmunla bağlı, amma mənim
ortaya qoymaq istədiyim forma və yanaşma ilə bağlıdı olan ideyadır.

Bu yanaşma ona imkan verəcək ki, biz Insanları, mentaliteti qınamaqdansa
biraz daha dərin yanaşmalar sərgiləyərək təsisatların qurulması uğrunda
mübarizəyə girişək. Bu da savadlı və dünya görüşlü insanların apara
biləcəyi mübarizədir, harda olduğundan asılı olmayaraq. Mən düşünürəm
ki, “iqtidar - müxalifət” cəbhə xətti ilə yanaşı düşüncəmizdə yeni
“dəyişiklik tərəfdarları - mühafizəkarlar” faylı açmaq lazımdı və
mübarizəni bu istiqamətdə apararaq düşüncələrə təsir etmək lazımdı.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat