Bastiat: İqtisadi azadlıq çempionu

Riçard M.Ebelinq

İqtisadi azadlığın müdafiəsi heç vaxt asan məsələ olmamışdır. Adam Smit “Xalqların sərvəti” əsərində bu problemlə bağlı öz ümidsizliyini ifadə etmişdi. O, merkantilizmin XVIII-ci əsrin dövlət tənzimləməsi və planlaşdırması sisteminin güclü tənqidinin ardınca kədərlə bildirdi ki, Böyük Britaniyada azad ticarət utopiyanın gerçəkləşməsi kimi inanılmaz şeydir.

O deyirdi ki, iki faktor iqtisadi azadlığın uğur qazanmasını perspektivsiz edir. “Bu yalnız dövlətin verdiyi zərərlə deyil, ” Smit deyirdi, “daha çox onun fəthedilməzliyi, ona inadla qarşı çıxan bir çox fərdlərin xüsusi maraqları ilə bağlıdır.” Dövlətin verdiyi zərər dedikdə,  Smit iqtisad nəzəriyyəçilərinin  tez-tez rast gəlinən abstrakt və mürəkkəb arqumentlərində istinad olunan  sadə insanların üzləşdiyi aşkar çətinliyi nəzərdə tuturdu. Bu , azad ticarət üzrə yüksək mövqe sahiblərinin müxtəlif formalı dövlət müdaxiləsini və nəzarətini ifadə edirdi.

Eyni zamanda, bir çox fərdin xüsusi maraqları dedikdə, Smit qazanan geniş təbəqəli maraq qruplarını və beləliklə, hər zaman açıq rəqabətin qarşısının alınması və ya məhdudlaşdırılmasının güclü tərəfdarı olanları nəzərdə tuturdu.

Smit qorxurdu ki, kombinasiyada bu iki faktor ideya və siyasətlər arenasında iqtisadi azadlıq məntiqinin nə zamansa uğur qazanacağına həmişəlik maneə yarada bilər.

Amma 19-cu əsrdə bir azadlıq çempionu meydana çıxdı və dünya üçün anlaşılmaz olan mürəkkəb iqtisadi məsələlərin kökündə dayanan səbəbləri öyrənən həmin sənətə yiyələndi: bu şəxs Fransız klassik-liberal iqtisadçısı Frederik Bastiat idi. Bir çox iqtisad tarixçiləri Bastiatın proteksionizm, sosializm və intervensionizmin məntiqi görünən tərəflərini sarsıtmaqda xüsusi bacarıqlara malik olduğunu qeyd edirdi.

Məsələn, Aleksandr Qrey deyirdi: “Hələ heç kəs öz hədsiz dərəcədə gülünc antaqonist baxışı ilə bağlı arqumentini ortaya qoymaqda bu qədər bacarıqlı olmamışdır. Hətta indinin özündə də onun ən sıradan bir əsərini oxumaq insana zövq verir. Bu, onun zəkasının, amansız satirasının və səlis dilinin göstəricisidir ki, onunla öz opponentlərini sancırdı.” Levis Haney Bastiatın “zövqlü və aydın üslubuna”, “xalq kütlələrini nəzərə alan təmsil və rişxəndinin parlaqlığı”ndan söz açırdı.

Bazar iqtisadiyyatı üzrə tənqidçi Eduard Heyman onu belə təsvir edirdi: “Öz sənayesinin zənginləşməsindən cəmiyyətin zəngin ola biləcəyini düşünərək, günəşin ədalətsiz rəqabətinin qarşısının alınması üçün müraciət edən şam düzəldənlər məcazı ilə dünya şöhrəti qazanmış parlaq yazıçı”.

Çarlz Qid və Çarlz Rist qeyd edirdi: “Əgər müasir proteksionistlər daha “dolub-daşan ölkə” və ya  “xarici malların işğalı” haqqında danışmırlarsa…biz çox tez-tez unuduruq ki, bütün bunlar Bastiat tərəfindən yazılmış kiçik, amma heyranedici pamfletlə bağlıdır… Heç kim mübadiləni asanlaşdırmaq fikri ilə dağlardan tunel çəkməyin ölkələri ayırması və tunelin hər ucunda müştərilərə maneə yaratması kimi gülməli ziddiyyəti belə nifrətlə göstərə bilməzdi.

Hətta Bastiatın qələminin öz dövrünün proteksionist və kollektivist ideyaları ilə müqayisədə iti olmasına baxmayaraq, Vilyam Skot bildirirdi ki, bu Fransız liberalının “mövqeyi sakit və ləyaqətli idi. Həmçinin tənqidinin sərtliyinə baxmayaraq, o, rəqiblərinin dəlillərinə hörmət göstərirdi. O, cəmiyyətin rifahını təbliğ etmək arzusuyla rəqiblərinə tam imkan verirdi. Amma onların yanlış yolda olduğunu və mümkün halda, onlara düzgün istiqamət göstərməyi arzulayırdı.”

Bu keyfiyyətlərinə görə Jozef A. Şumpeter Bastiatı “ömründə gördüyü ən parlaq iqtisad jurnalisti” adlandırmışdı. Lüdviq von Mises isə onu “parlaq tərzi olan, oxunan əsərləri yüksək zövq verən…bütün proteksionistləri tənqidi baxışları və əlaqədar tendensiyaları bu gün də üstələnə bilməyən…Bir sözünə belə proteksionist və intervionistlərin uyğun, obyektiv etiraz bildirmək qabiliyyətinə malik olmadığı ” şəxs kimi tərif edirdi.

Digər müəlliflər bəzi əsərlərini onun şərəfinə yazmışlar. İyirminci əsrin başlanğıcında Fransız azad bazar iqtisadçısı Yves Quyot deyirdi ki, onun kiçik kitabı “İqtisadi zərərlər” Frederik Bastiatın addımları əsasında yazılmışdır. O məqsədlə ki, “hər hansı şəxsin istinad edə biləcəyi dəlil sonrakı həqiqətləri çevik, uyğun formada müəyyən etməklə səhvləri tənqid etməyi, xatırlamağı asanlaşdırır.” Və şübhəsiz, Bastiatın iyirminci əsrdə çox məşhur, təsirli metod və yanaşmasının tətbiqinə nümunə Henri Hazlitin “İqtisadiyyat üzrə bir dərs” əsəri idi. Müəllif deyirdi: “Hazırkı əsər həqiqətən Bastiatın pamfletində əksini tapan modernləşdirmə, genişlənmə və ümumiləşdirmə yanaşması kimi dəyərləndirilə bilər”, hansı ki, bu, “Nələr görünür, nələr görünmür” başlığıyla ifadə olunmuşdur.

Doqquz yaşından yetimlik
Bastiatın iki yüz illik doğum tarixi onun iqtisadi azadlıq ideyasının dəyərini davamlı müdafiə etməsinin yüksək qiyməti üçün müvafiq səbəbi ortaya qoyur.

Klod Frederik Bastiat 30 iyun 1801-ci ildə Fransanın Bayonna şəhərində, tanınmış bir ticarətçi ailəsində doğulmuşdur. Frederik yeddi yaşında anasını, iki il sonra 9 yaşında ikən atasını itirmişdir.  Onu xalası böyütdü və  14 yaşında Sorez Kollecində oxumağa başlayanadək qayğısına qaldı. Amma o, 17 yaşında öz təhsil dərəcəsi üçün tələb olunan öhdəlikləri ödəmədən kolleci tərk etdi və Bayonnada öz əmisinin kommersiya firmasında işə girdi. Qısa zamandan sonra o, Fransız klassik liberalı  Cin-Baptist Seyin yazılarının əhatəsinə düşdü və bu yazılar onun həyat və düşüncələrinə hopdu.. O ciddi şəkildə siyasi iqtisadı öyrənməyə başladı və tezliklə Fransa və Böyük Britaniyada başqa klassik-liberal yazıçıların əsərləri ilə tanış oldu.

1852-ci ildə Muqronda ona babasından sanballı mülkiyyət miras qaldı. 1846-cı ilə qədər burada yaşadıqdan sonra o, Parisə köçdü. Bu 20 il ərzində Bastiat demək olar ki, bütün vaxtını müxtəlif mövzularda olan böyük ədəbiyyat toplusunun mütaliəsinə, oxuduğu kitabları və ideyaları dostu Feliks Kudroy ilə paylaşmağa sərf etdi.  Görünür ki, Kudroy sosialist bilgilərinə malik biri idi.  Bastiat onun bacarıqlarını dəlillər əsasında aydın fikirlər və yazılarla saflaşdırmağa başladı, sonda dostunu azadlıq fəlsəfəsinə inandıraraq öz tərəfinə çəkməyi bacardı.

1820-ci illərin sonundan 1830-cu ilədək o, müxtəlif iqtisadi mövzularda monoqrafiya və məqalələr yazmağa başladı. Amma onun həqiqi yazıçı şöhrəti 1844-cü ildə, azad ticarəti müdafiə edən uzun məqaləsinin və  “Kobden və Liqa: Azad ticarət üçün İngilis Hərəkatı”monoqrafiyasının nəşrindən sonra başladı. Bu əsərləri yazarkən Bastiat azad ticarətə yaradılan bütün maneələri aradan qaldırmaq istiqamətində fəaliyyət göstərən assosiasiya-İnglis Taxıl əleyhinə Qanun Liqasının əsas rəhbərlərindən biri Riçard Kobden ilə yazışmağa başladı. Azadlıq məsələsində bir-birini dəstəkləyən iki iqtisadi azadlıq tərəfdarı qısa zamanda dostlaşdılar.

Bu yazıların uğur qazanması və Kobdenin 1846-cı ildə Böyük Britaniyada kənd təsərrüfatı sahəsində proteksionizmin ləğv olunmasına gətirən azad ticarət fəaliyyətlərinin uğur qazanmasından yaranan ruh Bastiatın Parisə köçməsi ilə nəticələndi. O burada Fransız azad ticarət assosiasiyası yaratmaq və  bu məqsədə xidmət edən “Le Libre Échange” adlı qəzet buraxmaq istəyirdi. Bastiat iki il azad ticarətin təşkil olunması və təbliği üçün çalışdı. Əvvəlcə o, kommersiya və sənaye sahəsindən olan müxtəlif insanları bu işlərə dəstək vermək üçün cəlb etməyə nail oldu. Bu işlərə mühazirələrin oxunması, Fransız proteksionizminin ləğvi üçün qanunvericilik layihəsinin hazırlanması, ictimai fikri dəyişmək üçün məqalələrin yazılması daxil idi. Amma bunun çox da səmərəsi olmadı. Dövlət tərəfindən verilən imtiyaz və yardımdan faydalanan bir çox xüsusi maraqlar vardı və o, öz ideyasına geniş kütlə arasında davamlı maraq oyada bilmədi. Belə görünürdü ki, Adam Smit ən azı Fransada dövlətin zərəri və maraqların hakimiyyətindən gileylənməkdə haqlı idi.

Qanunverici Assambleyaya daxil olur
1848-ci il fevral inqilabından sonra Bastiat siyasətçi karyerasına başlayır, o əvvəlcə Fransa Konstituent(seçici orqan) Assambleyasında, sonra Qanunvericilik Assambleyasında xidmət edir. Daha çox proteksionizmin qüsurlarının arqumentlərlə göstərilməsinə həsr olunmuş əvvəlki əsərlərindən sonra, Bastiat diqqətini iqtisadi azadlığın yeni bir düşməninə-sosializmə doğru çevirdi. Qanunvericilik Assambleyasında o, ictimai işlər proqramı, təminatlı dövlət işləri sxemləri, sərvətin təkrar bölüşdürülməsi təklifləri, sənayenin milliləşdirilməsi, sosial və iqtisadi həyat üzərində bürokratik nəzarətin genişləndirilməsi üzrə motivlər əleyhinə güclü mühazirələr oxudu. Amma vərəm xəstəliyin güclənməsi ilə bağlı onun səsi zəifləmişdi. Bastiat fikirlərini yazılı formaya saldı, sosialistlərin arqumentlərinin absurd olduğunu təfərrütlarla verən çoxlu məqalələr yazdı.

Bastiat Assambleyada son çıxışını 1850-ci ilin fevralında etdi. Həmin ilin yazında onun səhhəti kəskin şəkildə pisləşdi. O, qanunvericilik üzrə öhdəliklərini azaltmağa məcbur oldu və yayı Fransanın cənubunda  Pireney dağlarında keçirdi. Bastiat sentyabrda Parisə qayıtdı və öz xəstəliyinin müalicəsi üçün İtaliyaya yerləşməzdən əvvəl azad ticarət tərəfdarı olan dostlarını ziyarət etdi. O, 1850-ci ilin 24 dekabrında 49 yaşında Romada dünyasını dəyişdi.

Frederik Bastiatın iqtisadi azadlıq üçün mübarizə əsasında dayanan intellektual irsi üç cildi əhatə edir. Onların ikisi ən kəskin, müdrik, məntiqli məqalə və esselər toplusudur ki, bunlar “İqtisadi sofizm və Siyasi İqtisad üzər seçilmiş esselər” adı altında ingilis dilində mövcuddur. Ömrünün son ilində Bastiatın sosial fəlsəfə və iqtisadi prinsiplərlə bağlı ümumi məsələlərə həsr olunmuş yazıları “İqtisadi Harmoniyalar” adı altında nəşr edilmişdir.  

Henri Hazlitin doğru qeyd etdiyi kimi, Bastiatın çox əsərlərinin əsas ideyası onun “Nələr görünür, nələr görünmür”  məqaləsində əksini tapmışdır. Bu məqalənin son hissəsini o, 1850-ci ildə ölümündən əvvəl yazmışdır. O göstərir ki, hər hansı fəaliyyətin və ya siyasətin qısamüddətli təsiri çox zaman uzunmüddətli nəticələrdən tam fərqli ola bilər. Bu daha uzaq nəticələr həqiqətdə arzulanan və ilkin planlaşdırılandan fərqli ola bilər.

Bastiat “görünən və görünməyən” prinsipini vergilərə və dövlət işlərinə tətbiq etməyi bacardı. Görünən odur ki, dövlət vergiləri işə götürülən işçilərin və onların əməyinin nəticəsidir: yol, körpü və ya kanal. Görünməyən bütün başqa şeylər odur ki, vergi pulu özəl sektordakı fərdlərdən alınmadığı və dövlət tərəfindən işlədilən resurs və işçilər könüllü şəkildə xüsusi vətəndaşların istəklərinə xidmət etməkdə könüllü olduğu şərtlərlə istehsal olunmuşdur. Bastiat izah edirdi ki, dövlət xüsusi istifadəçilər üçün ayırdığı heç nəyi resurslardan və işçidən kənarda istehsal etmir.

Bu sadə, amma hərtərəfli mühüm görüş Bastiatın həm proteksionistlərə, həm də sosialistlərə ideyalarındakı yanlışları və təzadları nümayiş etdirmək imkanı verən nəzəri silahdır. Beləliklə, “Bolluq və çatışmazlıq”, “Əngəl və səbəb”, “Səy və nəticə” kimi məqalələrində o göstərir ki, ticarət azadlığına maneə və qadağalar yoxsulluğa aparır.

İstehlakçı və İstehsalçı
O qeyd edir ki, bizim hər birimiz həm istehlakçı, həm də istehsalçıyıq. Məhsul istehlak etmək üçün onu ya biz özümüz hazırlamalı, ya da  öz istədiyimiz məhsulla mübadilə etmək üçün başqa məhsul istehsal etməliyik. İstehlakçılar olaraq biz mümkün dərəcədə aşağı qiymətə daha çox məhsul arzulayırıq. Başqa sözlə, biz bolluq istəyirik. Amma istehsalçılar kimi biz bazara çıxardığımız malların məhdud olması arzusundayıq. Bütün mübadilələrin könüllü olduğu açıq rəqabətdə müştəriləri əldə saxlamağın və öz növbəsində bizə istehlakçı olmağa imkan verən qazanmağın yeganə yolu rəqiblərə nisbətdə daha yaxşı, daha ucuz və çox məhsul təklif etməkdir. Bu metoda alternativ, Bastiat xəbərdarlıq edir, istehsalçı kimi bizim hər birimizin öz qonşularımızdan qazanmaq məqsədilə üzünü dövlətə döndərməkdir ki, bu, bizim bazarda dinc, zorakılıq olmadan ticarət etmək imkanımızı əlimizdən alır.

Burada Bastiatın məşhur qanuni və qeyri-qanuni soyğunçuluq arasındakı fərqi ortaya çıxır. O deyir ki, dövlətin məqsədi fərdlərin yaşamaq, azadlıq və mülkiyyətini tam qorumaqdan ibarətdir. Kənardan olan belə təhlükəsizlik “hər bir qonşu başqasının istehsal etdiyini soymağa hazır olan potensial düşməndir” fikriylə yaşayan insanların adi yaşam qorxusunu və özünümüdafiə cəhdini azaldır. Əgər insanların hüquqlarının qorunmasında hakimiyyət müdaxiləsi ciddi şəkildə məhdudlaşdırılırsa, onda asayiş bərqərar olur və insanlar öz yaşamlarını təkmilləşdirmək, əmək bölgüsü və mübadilədə öz qonşuları ilə əlaqə qurub işləyə bilərlər.

Amma hökumət öz mülkiyyətini qorumaq düşüncəsində olanların əleyhinə də çevrilə bilər. Burada qanuni soyğunçuluq yaranır, hansı ki, hökumət gücləri rəqibləri rəqabət aparmaqdan çəkindirmək, cəmiyyətdə başqa istehlakçıların yerli və xarici ticarət imkanlarını məhdudlaşdırmaq, beləliklə, qonşunun sərvətini oğurlamaq üçün müxtəlif fərd və qruplardan istifadə edə bilər. Bastiat deyir ki, bu, proteksionizmin, nizamlamanın və təkrar ayrılan vergilərin mənşəyi və əsasıdır.

Amma qanuni soyğunçuluğun nəticələri yalnız oğurluğun siyasi baxımdan legitimləşdirilməsi, həmçinin uzunmüddətli sabitliyin və cəmiyyətin rifahı üçün önəmli dərəcədə mühüm və qorxulu ola bilən doğru və yanlış arasında fərqin tutqunlaşdırılması yolu ilə əxlaqın dağıdılması deyil. Belə siyasət həm də labüd olaraq cəmiyyətin inkişafını zəiflədir.

Bastiat qəti bildirirdi ki, hər bir ticarətin himayəsi, yerli nizamlama məhdudiyyəti, təkrar vergiayırma aktı hər bir fərdin hüquqlarını bərabər səviyyədə qorumaq üçün gərəkli olan minimum məbləğdən yüksəkdir və cəmiyyətdə istehsalı və rəqabəti aşağı salır. Bolluğu qıtlıq əvəz edir. Rəqabətin məhdudlaşdırılması cəmiyyətin bütün üzvləri üçün məhsul təchizatının mümkünlüyünü azaldır. Xarici ticarət üzrə proteksionist məhdudiyyətlərini və ya istehsal üzrə yerli nizamlama qaydalarını təyin etmək məhsulların ümumi bolluğunu aşağı salır və onları daha da bahalaşdırır. Sonda hər kəs üçün nəticə pisləşmiş olur. Və beləliklə, Bastiat öz məşhur nəticəsinə yetişir ki, dövlət birinin başqasının hesabına yaşamağa çalışdığı böyük uydurmadır.

İnsanların yaşam yolu budurmu? Qanuni və qeyri-qanuni soyğunçuluq sosial mövcudluğun yeganə formasıdırmı? Bastiat cavab verdi ki, yox. “İqtisadi Harmoniyalar”da o, istehsal və ticarət vasitəsilə dinc insan cəmiyyəti sisteminin təbiətini və qanunauyğunluğunu izah etməyə çalışdı. İqtisadi fikir tarixçiləri və Bastiatın başqa tənqidçiləri deyirdilər bu əsər onu göstərir ki, parlaq jurnalist istedadına baxmayaraq, o, ciddi bir iqtisad nəzəriyyəçisi ola bilmədi. Onlar Bastiatın dəyərin əmək nəzəriyyəsinin tətbiq formasını və ya qənaətlər, kapital və maraq nəzəriyyəsinin uğursuzluğunu qeyd edirlər.

Amma bu nöqsan və çatışmazlıqlar istisna olmaqla, “İqtisadi Harmoniyalar”ın aspekti hələ də anlaşılandır. “Harmoniyalar” iş, əmək bölgüsü, könüllü mübadilə və insanların qarşılıqlı şəkildə bir-birinin vəziyyətini yaxşılaşdırması, həmçinin özəl mülkiyyətin əhəmiyyəti, fərdi azadlıq, yerli və xarici azad ticarət arasında səbəb bağlılıqlarının aydın görüntüsünü göstərməyə cəhd edir. Sosial harmoniyanın olduğu azadlıqda hər kəs öz qonşusunu öz düşməni kimi deyil, insan inkişafının davamlı prosesində bir tərəfdaş kimi görür. O yerdə ki, münasibətlər razılıq və qarşılıqlı sazişə əsaslanır, orada soyğunçuluq ola bilməz, yalnız güclü inkişaf ola bilər ki, onda hər kəs qonşuları ilə ticarət aparmaq, tələb olunan şeyləri əldə etməklə özünün və bütün hamının həyatını yaxşılaşdırmaq üçün çalışır.

Kim Bastiatın öz səylərini azadlıq və azad ticarətə həsr etdiyi vaxta nəzər salsa, onun həyatının uğursuz sonluqla başa çatığını görər. Həm öz həyatı boyu, həm də  xəstəliyi müddətində Fransa 19-cu əsrin ikinci yarısında Böyük Britaniyada arzulanan iqtisadi azadlığın hər hansı bir səviyyəsinə nail olmadan, proteksionist və intervionist ruhun məngənəsində qalırdı.

Bununla belə, Bastiatın həyatı parlaq uğurlarla doludur. Dünyadan köçdüyü 150 ildən bəri iqtisadi azadlığın tərəfində olan hər yeni nəsil onun əsərlərindən ilhamlanır. Onun təmsil və esseləri dünən yazılmış kimi yeni olaraq oxunur. Çünki onlar insan cəmiyyətinin təbiətini, sosial və bazar qaydaları üzərində siyasi müdaxilə təhlükələrini xüsusi vurğulamaq üçün yazılmışdır.

Riçard Ebelinq FEE-nin Prezidentidir. Bu məqalə ilk dəfə çap olunanda, o, iqtisadiyyat üzrə Lüdviq von Mises Professoru və Miçiqanda Hillsdal Kollecinin iqtisadiyyat şöbəsinin sədri idi.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat