Böyük depressiya başa çatdımı?

Börton Folsom Cunior, 28/07/2010

Nəhayət, Böyük depressiya (tənəzzül) başa çatdımı? Bu bəlkə də iqtisadiyyat tarixinin ən önəmli sualıdır. Əgər bu suala cavab verə bilsək, iqtisadi durğunluğu arasıkəsilməz edən səbəbləri də daha yaxşı anlayar və onun çarəsini tapardıq.

Böyük depressiya Amerika tarixinin ən qorxunc iqtisadi böhranıdır. 1931-ci ildən 1940-cı ilədək işsizlik daim ikirəqəmli olaraq qalıb. 1939-cu ilin aprelində hardasa böhranın başlanmasından on il sonra  Amerika əhalisinin beşdə birindən çox hissəsi hələ də iş tapa bilmirdi.

Zahirən II Dünya müharibəsinin Böyük depressiyanın sonu olduğu təəssüratı yaranır. Müharibə dövründə 12 milyondan çox amerikalı hərbi xidmətə göndərilmişdi və eyni sayda insan da müdafiə əsaslı işlərdə çalışırdı. Belə təəssürat yaranır ki, bu müharibə vəzifələri 1939-cu ildə 17 milyon işsizi işlə təmin etdi. Bir çox tarixçilər buna görə müharibə dövründə kütləvi xərclərin Böyük depressiyanın başa çatması tədbiri olaraq misal göstərirdilər.   

Bəzi iqtisadçılar—xüsusilə Robert Hiqq müdrikliklə bu nəticəyə qarşı çıxdı. Gəlin açıq danışaq. Əgər iqtisadi dirçəliş üçün resept on milyonlarla insanı müdafiə zavodlarına və ya hərbi yürüşlərə aparırsa, onda onların gücüylə hazırlanan və ya xarici düşmənlərimizin başına yağdırılan bombalarla dünyada sülhün dəyəri məsələsi sual altına alınır.

Həqiqətən, tanklar düzəltmək və əsgərləri yedirmək-hansı ki, bunlar müharibəni qazanmaq üçün zəruridir-ağır maliyyə yükü deməkdir. Biz sadəcə işsizlik üçün borc alveri etdik. II Dünya müharibəsini maliyyələşdirmə xərci hardasa 1941-ci ildə   $49 milyard dollardan 1945-ci ilədək $260 milyard dövlət borcu hesabına başa gəldi.  Başqa sözlə, bu müharibə yalnız bərpa məsələsini təxirə salmışdı.

Hətta Prezident Ruzvelt və onun Yeni Kursları anlatdı ki, müharibə xərcləri əsas həll yolu deyil; onlar qorxurdular ki, Böyük depressiya Hitler və Hirohitonun məğlubiyyətindən sonra həmişəkindən daha çox işsizliklə geri dönə bilər. Amma  FDR qrupu korluqla 1930-cu illərdə Böyük Depressiyanın davam etdiyi zaman federal xərclərə uyğunlaşdırılmışdı (mənim mübahisəm kimi -Yeni Kurs və ya Çiy Kurs?)

FDR müharibə dövründə özünün bir çox Yeni Kurs proqramını dayandırdı və  Konqresə imkan yaratdı ki,  WPA-nı,  CCC-i,  NYA-nı və başqa layihələri rədd etsin. Çünki müharibəni qazanmaq hər şeydən birinci gəlirdi. Bununla belə, 1944-cü ildə müttəfiqlərin üstünlüyü aydın olanda, FDR və onun  Yeni Kursları ölkəni ikinci hüquqlar layihəsinin təzələnməsi vədi ilə öz Yeni kursuna hazırlayırdı. Prezidentin paketinə daxil olan yeni hüquqlar “adekvat tibbi qayğı”, “yaxşı ev”, “səmərəli və əlverişli iş” hüquqlarını əhatə edirdi. Bu hüquqlar(azad söz və din azadlığından fərqli ) amerikalıları eynəklər, “yaxşı” evlər və “əlverişli” işlər üzərində vergiyə məcbur edirdi. Amma FDR inanırdı ki, ikinci hüquqlar layihəsi onun təsisçilərinin düşündüyündən də irəlidədir.

Müharibənin sonuncu ilində Ruzveltin ölümü onun Yeni Kursunu həyata keçirməyə imkan vermədi. Amma Prezident Harri Truman çoxlu yeni islahatlar əzmində idi. Müharibənin başa çatmasından bir neçə ay sonra Truman tam məşğulluq layihəsini təqdimatı ilə bağlı mühüm çıxışlar etdi. Bu layihə iş yerlərini və özəl sektorda iş tapa bilməyən insanları maliyyələşdirən təşəbbüsləri nəzərdə tuturdu.  O həm də milli səhiyyə qayğı proqramını və federal mənzil təminatı proqramını təsdiq etdi.

Amma 1946-cı il 1933-cü ildən çox fərqli idi. 1933-cü ildə Konqresdə böyük demokratik çoxluq və ictimaiyyət FDR-in Yeni Kursuna dəstək verdi,  amma durğunluq və işsizlik davam edirdi. Təzadlı olaraq, Trumanın yalnız azacıq Demokrat çoxluğu vardı və əgər ümumiyyətlə, daha konservativ cənubi Demokratları çıxsaq, o çoxluq olmayacaqdı. Üstəgəl, FDR-in uğursuz Yeni Kursu bir neçə amerikalının təkrar xahişindən cəsarətlənərək keçirildi. 

Qısacası, Respublikaçılar və cənubi Demokratlar Trumanın Yeni Kursunun həyata keçməsindən imtina etdi.  Bəzən onlar layihəni məzmunsuzlaşdırdılar; başqa hallarda  sadəcə layihəni pozdular.

Respublikaçı-cənubi Demokrat koalisiyasının rəhbərlərindən biri, Ohiolu senator Robert Taft nə üçün əsasən proqram əleyhinə səs verdiyini belə izah edirdi: “İndi problem istehsal və məşğulluğa nail olmaqdır. Əgər biz istehsala nail olsaq, qiymətlər təsdiq olunmuş yüksək qiymətlərdən öz-özünə ən aşağı nöqtəyədək düşəcək. Əgər biz qiymətləri heç kəsin mənfəət qazanmayacağı bir nöqtədə saxlasaq, mövcud sənayenin genişlənməsi və bu sahədə hər hansı yeni sənaye sahəsinin yaranması baş verməyəcək.  

Milli Manufakturaçılar Assosiasiyasının prezidenti Robert Veyson sadəcə dedi: “Bizim daxili iqtisadiyyatın problemi bizim azadlığımızın bərpasıdır.”

“General Motors” şirkətinin direktoru Alfred Sloan belə bir sual qoydu: “Amerika biznesi gələcəkdə keçmişdə olduğu kimi rəqabətli sistem olaraq idarə edilməyəcəkmi? O cavab verdi: “”General Motors” . . . yolun sonunda açıq-aşkar bəlli olan təşkil olunmuş iqtisadiyyatda könüllü iştirak etməyəcək.”

Taft, Veyson və Sloan öz fikirlərini Yeni Kursun həyata keçməsinə maneçiliyi davam etdirən bir çox konqresmenlərə bildirdilər. Onlar sahibkarları dəstəkləmək üçün vergi normalarını azaltmaq əvəzinə, müharibədən qayıdan veteranlara iş yerləri yaratmağı təklif edirdilər.

Müsadirəçi vergilərdən çox illər sonra,  biznesmenlər ümidsiz şəkildə fəaliyyəti genişləndirmək üçün stimullara ehtiyac duyurdular. 1945-ci ilədək ən yüksək son gəlir vergi norması $200,000-dən artıq olan ümumi gəlir vergisinin 94%-i həddində idi. Bizim həmçinin 1943-cü ilə qədər bütün korporasiya gəlirlərinin üçdə birindən çoxunu əhatə edən yüksək gəlir vergisi də vardı. Başqa korporasiya vergisi isə digər gəlirlər üzrə ən yüksək 40%-ə çatırdı.  

1945-ci və 1946-cı ildə Konqres  artıq gəlir vergisini ləğv etdi, korporasiya vergisini maksimum 38%-ə, gəlir vergisi normasını 86%-ə endirdi. 1948-ci ildə Konqres yüksək son normanı da yenidən ayıraraq  82%-ə çatdırdı.

O normalar hələ də yüksək idi, amma  1920-ci ildən bəri ilk dəfə azaldılırdı və bu, qazandıqlarının daha çox əllərində qalacağı haqqında biznesmenlərə göndərilən mesaj idi. 1946-cı il məşğulluq sahəsində enmələr və qalxmalar,  vaxtaşırı tətillər, o cümlədən artan qiymətlərin baş vermədiyi  bir il deyildi. Amma 1920-ci illərin “rejim əminliyi” geniş şəkildə geri qayıtmışdı. Sahibkarlar da inanırdılar ki, onlar yenidən sərmayə qoya və pul qazana bilərlər.

Sirs Ribuk və şirkətin rəhbəri Robert E. Vud bildirirdi ki, müharibədən sonra “biz özəl mənbələrdən xəbərdar olunmuşduq ki, ciddi enmə qaçılmazdır... Mən heç bir zaman bizim üçün ehtiyatda olan hər hansı tənəzzülə inanmamışdım.”

Azad bazarlar, balanslaşdırılmış büdcələr və aşağı vergilər barəsində Vud haqlı idi.  1946-cı ildə işsizlik ancaq  3,9% idi və bu bir çox onilliklər ərzində təxminən belə qalırdı. Böyük tənəzzül başa çatmışdı.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat