"Commanding Heights: The Battle for the World Economy" filmin nümayişi
Əziz dostlar!
"Liberty Pictures" layihəsi çərçivəsində ABŞ-ın PBS kanalı tərəfindən çəkilən 3 hissədən ibarət olan "Commanding Heights: The Battle for the World Economy" sənədli filminin nümayişini keçiriləcək.
Dünyada böyük məşhurluq qazanan bu filmində dünya ticarəti, qlobalizasiya, iqtisadi inkişaf, siyasi, iqtisadi və ideoloji mübarizədən danışılır. Bu dəfə filmin "The Battle of Ideas" adlanan üçüncü hissəsi göstəriləcək. Bu hissə XX-ci əsrin 90-ci illəri və XXI-ci əsrin əvvəlinə qədər müddəti əhatə edir. Burada qlobalizasiya, azad ticarət, 1998-ci ilin maliyyə böhranı və digər mövzuları müzakirə olunur.
Filmin nümayişi Şənbə günü, 27 noyabrda saat 12:00-da, Tolstoy küç. 169 ünvanında yerləşən "Vitamin" kafesində keçiriləcək. Nümayişdən sonra iştirakçılarla müzakirə aparılacaq. Film İngilis dilində göstəriləcək.
Giriş pulsuzdur!
Növbəti film nümayişləri haqqında məlumatı saytımızdan ala bilərsiniz.









Şərhlər
Post new comment