Məqalə müsabiqəsi

Nə üçün hökumət və biznes sektorları korrupsiyaya uğramış və inhisarçı mahiyyətə malik mühit əvəzinə rəqabətli biznes mühitinin yaranmasına can atmalıdır?

Müsabiqə üçün nəzərdə tutulan məqalənin məzmunu bu məsələni tənqidi fikir və yanaşma yolu ilə müxtəlif tərəflərdən analiz etməlidir.

Beynəlxalq təcrübə göstərir ki, rəqabətli biznes mühiti cəmiyyətdəki çoxsaylı iştirakçıların maraqlarına xidmət edir. Fərdlər/istehlakçılar, biznes sektoru və hökumət şəffaf siyasətin həyata keçirilməsindən faydalanan başlıca maraqlı tərəflərdir. Əsas institusional mexanizmin olmaması müxtəlif kənar təsirlərlə korrupsiya və inhisarçılıq gətirir. Beləliklə, təqdim olunan məqalələr hökumət və biznes sektorları maraqlarına təkan verməklə, rəqabətli biznes mühitinə yardım edən arqumentləri aşkara çıxarması gözlənilir.

Hədəf qrupu: tələbələr, hazırkı universitet məzunları, gənc jurnalistlər və başqaları.
Son tarix:  15 may 2011
Söz həcmi: 850-1000 söz

Komitə tərəfindən bəyənilən ən yaxşı 5 yazının müəllifinə 300 ABŞ dolları mükafatı veriləcəkdir.

Xahiş edirik, məqalənizlə birlikdə qısa tərcümeyi-halınızı da aşağıdakı e-poçt ünvanına göndərəsiniz: azadliqciragi@gmail.com