Bizdə QHT-lər niyə zəifdir? Maneələr və çıxış yolları

Məhəmməd Talıblı, 04/03/2012

Vətəndaş cəmiyyəti insitutları dedikdə ictimai məzmunlu iştirak forması olmaqla bu istiqamətdə fəaliyyət göstərən qurumlar nəzərdə tutulur. Bunlar QHT, media qurumları, həmkarlar ittifaqları, icmalar və s. formasında ola bilər. Onların ölkə həyatına həm bir ifadə olaraq, həmdə praktik olaraq daxil olması yaxın tariximizi əhatə edir. Vətəndaş cəmiyyəti insitutunun sosial təşəbbüsü üçün onun tətbiq mexanizmləri kifayət qədər geniş və əlçatan olmalıdır. Əks halda dövlətin çiyninə götürdüyü yükü bölüşə biləcək subyektlər yox səviyyədində olacaq. Onları dinamik bir vəziyyətə gətirmək və fəaliyyətlərini stimullaşdırmaq olduqca vacibdir. Vətəndaş cəmiyyəti insitutlarını doğmalara və ögeylərə bölmək olduqca səhv siyasətdir. Əslində onlar dövlətin görə bilmədiyi, nəzərindən qaçdığı problemləri görüb,ondan çıxış yolları təklif edən beyin mərkəzləri kimi qəbul olunmalıdır. Onlara verilən birbaşa və dolayı dəstək əslində onların funksionallığın artırılmasını təmin edən şərtlərdir. Mən hesab edirəm ki, vətəndaş cəmiyyəti insitutlarını müxtəlif sosial təşəbbüslərlə çıxış etməsi olduqca vacibdir.

Onun tarixi təxminən 20 ilə yaxındır. Onların əldə etdiyi çoxsaylı uğurları ilə bərabər çoxsaylı problemləridə var. Belə ki, onları bir neçə qrupda təsnifləndirmək olar.

1.  Dövlət büdcəsindən ayrılan qrant məbləğinin hədsiz səviyyədə aşağı olması.   Hesablamalara görə, ölkəmizə ildə təxminən 20 milyon dollar həcmində ictimai fəaliyyətlə bağlı vəsaitlər daxil olur.  İldə ayrılan 4 milyon manat vəsait ayıran  QHT Şurasının bu vəsaiti çoxsayı problemlərin həll etmək, onlara texniki-təhcizat dəstəyi göstərmək, proqram və insitutsional yardımı etmək olduqca qeyri-real məsələdir. Ona görə, onlara verilən maliyyə dəstəyi artırılmalı, biznes qurumlarını bu prosesə cəlbi üçün fiskal güzşətlər (məsələn, ödədiyi vergi qədər ictimai təşkilatlara qrant ödənişi) edilməlidir.

2. Donor təşkilatların ölkəmizi tərk etməsi müəyyən boşluqlar yaratmaqdadır. Vaxtılə donor təşkilatlar ona görə dəstək verirdilər ki, biz inkişaf etməkdə olan ölkə kimi qiymətləndirilirdik. İndi biz böyük neft gəlirlərinə malik ölkə kimi qiymətləndirlirdiyimiz üçün onlar daha ölkəmizi tərk etməyə başlayıblar. Bu boşluğu isə yerli donor funksiyasın həyata keçirən təşkilatlar doldura bilmirlər. QHT Şurasının vəsaiti az, biznesin isə QHT sektoruna dəstək təcrübəsi və qanunverici stimulları demək olar ki, yoxdur.

3. Qeydiyyatla bağlı problemlər. Müxtəlif rəylərə görə, ölkədə 3500 QHT var ki, bunların 2500-ü qeydiyyatdan keçib, yerdə qalan 1000 təşkilatın isə qeydiyyat məsəsləsi həll olunmamışdır. Paradoksal hal orasıdır ki, qeydiyyatdan keçən təşkilatın 1000-dən çoxunun hər hansı bir fəaliyyəti haqqında heç bir məlumata malik deyilik. Qeydiyyatdan keçməyən 1000 təşkilatın isə böyük əksəriyyəti çox aktiv fəaliyyət göstərən təşkilatlardır. Bu paradoksun özü göstərir ki, fəaliyyət üçün rəsmi dövlət qeydiyyatı əsas deyil, əsas həmin təşkilatların funksional olmalarıdır. İndi həmin qeydiyyatı olmayan təşkilatlar müxtəlif koalisiyaların təsisiçiləridirlər, ciddi araşdırma aparırlar,ictimai rəydə çox aktiv görünürlər və s. Müxtəlif səbəblərlə təşkilatların qeydiyyatına maneələr göstərilir. Fikrimizcə, bunlar aradan qaldırılmalı və qeydiyyat prosedurları sadələşdirilməlidir.

4. QHT-in fiskal problemi var. Onları müxtəlif vergi növləri üzrə hədsiz dərəcədə yüklənməsidir. DSMF ödənişləri, gəlir vergisindəki heç bir güzəştdən söhbət getmir. Kommersiya qurumları ilə qeyri-kommersiya qurumları arasında büdcə-vergi siyasəti ilə bağlı heç bir güzəşt nəzərdə tutulmayır. Halbuki, heç Avropa ölkələrinin(Almaniya, Polşa) təcrübəsi heç, keçmiş postsovet məkanı olan Pribaltika respublikalarında(Latviya,Estoniya) vergidən ictimai-faydalı gəlir əldə edənlər azaddırlar. Vergilərən azad olmaq dolayı dəstək forması olsada, amma ictimai təşkilatlarü üçün dövlət mülkiyyətindən istifadə üçün pulsuz istifadə imkanlarının yaradılması da olduqca vacibdir. Bu təscürbədən isə Şərqi və Mərkəzi Avropa dövlətlərində istifadə olunur.

Çoxsaylı problemləri təhlil olmaqla onların aradan qaldırılması yolları da var. Çıxış yolları kimi bir neçə vacib təxirəsalınmaz tədbirləri həyata keçirmək lazımdır.
-    Maliyyə mənbələri və məbləğinin artırılması
-    QHT-in müxtəlif  dövlət qurumlarında monitorinq prosesinə cəlb olunması. O cümlədən, ARDNF-nun Müşahidə Şurasında təmsil olunması olduqca vacibdir.
-    QHT-in qeydiyyat problemi və proseduru asanlaşdırılmalıdır.
-     Biznes subyektləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat