Müəyyənləşdirilmiş gəlir vergilərinin sürətlə yayılması
Tural Vəliyev, 13/03/2008
2008-ci ildən 18 ölkədə aşağı səviyyəli gəlir vergi dərəcələri tətbiq olunacaq. 90-cı illərin əvvəlində yalnız bir ölkə - Honq Konq hər bir şəxs üçün eyni faizlə müəyyənləşdirilmiş proporsional gəlir vergisinə malik idi. O vaxtdan keçən müddət ərzində getdikcə daha çox ölkə müəyyənləşdirilmiş tariflər tətbiq edir və 2008-ci ildən aşağı səviyyəli gəlir vergi dərəcələri 18 ölkədə tətbiq olunacaq.
Bir neçə il ərzində ən son meyl 10-13% səviyyəsində müəyyənləşdirilmiş çox aşağı gəlir vergi dərəcələri tətbiq etməkdən ibarətdir. Son iki il ərzində ən aşağı 10% gəlir vergi dərəcəsi Qırğızıstan, Qazaxıstan və Makedoniyada tətbiq olunmuşdur və 2008-ci ildən Bolqarıstanda tətbiq ediləcəkdir. Rusiya 13% gəlir vergi dərəcəsini 2001-ci ildə tətbiq etməyə başlamış və Ukrayna eyni gəlir vergi dərəcəsini 2004-cü ildə tətbiq etmişdir.
Estoniya Avropada müəyyənləşdirilmiş gəlir vergi dərəcəsini ildə 1% azaldan birinci ölkədir (1994) və bu ölkədə gəlir vergi dərəcəsi 2008-ci ildə 21 faizdən 20 faizə endiriləcək və məqsəd 2011-ci ildə gəlir vergi dərəcəsinin 18% olmasını təmin etməkdir. Litva bu vergi dərəcəsini 2008-ci ildə 27%-dən 24 faizə və Honq Konq isə 16 faizdən 15 faizə endirəcəkdir.
Azad Düşüncələr Assosiasiyasının tərkibində yerləşən Azərbaycan Vergiödəyənlər Assosiasiyasının prezidenti cənab Tural Vəliyev deyir ki, müəyyənləşdirilmiş gəlir vergilərinin tətbiq olunması üçün dörd səbəb var:
1. Müəyyənləşdirilmiş vergi dərəcələri sadə və ədalətlidir.
2. Bu vergi dərəcələri iqtisadi inkişafı stimullaşdırır.
3. Bu vergi dərəcələri vergi rəqabətinə imkan yaradır.
4. Eyni zamanda bu vergi dərəcələri inflyasiyaya qarşı neytraldır.
2008-ci ildə müəyyənləşdirilmiş gəlir vergi dərəcələri tətbiq ediləcək ölkələrin siyahısı əlavə olunur.
2008-ci ildə müəyyənləşdirilmiş gəlir vergiləri
Qırğızıstan (2006-cı ildən) 10%
Qazaxıstan (2007) 10%
Makedoniya (2007) 10%
Bolqarıstan (2008) 10%
Gürcüstan (2005) 12%
Makau 12%
Rusiya (2001) 13%
Ukrayna (2004) 13%
Honq Konq (1947) 15%
İraq (2004) 15%
Rumıniya (2005) 16%
Slovakiya (2004) 19%
Cersi və Qernsi (1940) 20%
Estoniya (1994) 21%
(2009) 20%
(2010) 19%
(2011) 18%
İslandiya (2007) 23,75%
Litva (1994) 24%
Latviya (1994) 25%









Şərhlər
Post new comment