“Azadlıq Çırağı”na xoş gəlmisiniz!

“Azadlıq Çırağı” Azərbaycan oxucusuna klassik liberal və intellektual ənənəyə uyğun yazılmış əsərlərin tərcüməsi, məqalələrin yazılması, tədbirlərin keçirilməsi və nəşrlər üçün imkan yaratmaqla, regionda liberal azadlıq ideyaları mənbəyi rolunu oynayır.

Sayt ABŞ-ın Atlas təşkilatının Azad Ticarət, Sülh və İnkişaf uğrunda Ümumdünya Təşəbbüsü (Atlas Global Initiative for Free Trade, Peace and Prosperity) və Azərbaycada yerləşən "Azad Düşüncələr" Assosiasiyasının (Free Minds Association) əməkdaşlığı ilə həyata keçrilmişdir.

Sayt yalnız Azərbaycan xalqı üçün deyil, həm də dünyanın digər yerlərində yaşayan çoxsaylı Azərbaycan dilli həmvətənlərimiz üçün böyük bir şəbəkə mərkəzi kimi xidmət göstərir.

Saytın məqsədləri: Azad bazar, fərdi azadlıq, söz azadlığı, fərdi mülkiyyət hüquqları və qanunun aliliyinə əsaslanan cəmiyyət barədə fikirləri təbliğ etmək və azad cəmiyyətin inkişaf etdirilməsi üçün tələb olunan institutların təsir imkanları barədə maarifləndirmə işləri aparmaqdır. “Azadlıq Çırağı” inanir ki, azad bazar, azad ticarət və fərdi azadlıq ideyalarını mənimsədikcə, demokratik ənənələri inkişaf etdirməklə Azərbaycan xalqının rifah və çiçəklənmə imkanları artacaq.