“Azad Düşüncələr” Assosiasiyası (ADA)

“Azad Düşüncələr” Assosiasiyası (ADA) 2006-cı ildə Azərbaycanın bugünkü problemlərinin kökünü görən və azadlıq ideyaları ilə ilhamlanan gənclər qrupu tərəfindən təsis edilmişdir. Onlar Azərbaycandakı gənclərin dinamizmi, idealizmi və enerjisinə arxalanır, gənclərin özləri tərəfindən əldə oluna biləcək nailiyyətlərə böyük əhəmiyyət verir və universitet tələbələri, o cümlədən gənclər arasında get-gedə daha da fəallaşırlar. Bu yaxınlarda fikir və düşüncə azadlığı sahəsində fəaliyyət göstərən Azad Düşüncələr Assosiasiyası (Free Minds Association, «FMA») beynəlxalq mükafat alıb. Londonda yerləşən «Stokholm NETWORK» təşkilatı FMA-nı yeni bazar iqtisadiyyatı ölkələrində fəaliyyət göstərən ən yaxşı qurum adına layiq görüb.

“Azad Düşüncələr”in əsas qrupu müxtəlif beynəlxalq proqramlarda iştirakı, tədbirlərin təşkili, layihələrin həyata keçirilməsi vasitəsilə, o cümlədən digər təşkilatlarla beynəlxalq əməkdaşlıq edərək, intellektual iş sahəsində böyük təcrübə toplaya biliblər.


ÜMUMİ MƏQSƏDLƏR

-Fərdi azadlıq, özəl mülkiyyət hüquqları və qanunun aliliyi çərçivəsində məhdud hökumət təsirinə əsaslanan azad cəmiyyətlə bağlı fikirlərimizi təbliğ etmək

-Azərbaycanda azad cəmiyyətin formalaşdırılması üçün tələb olunan institutlar və onların sadə Azərbaycan vətəndaşına təsiri barədə insanlara məlumat vermək


BAXIŞLARIMIZ

Bizim baxışlarımız azadlıq, ədalət, sülh, insan hüquqları, qanunun aliliyi və tolerantliq kimi dəyərlərin Azərbaycan xalqı arasında qavranılması və qəbul edilməsinin təbliğini nəzərdə tutur. “Azad Düşüncələr” gənc liberalların səfərbər olunması və zorakılığın azad insanlar arasında azad əməkdaşlıqla əvəz edilməsinə çalışan şəxslərdən ibarət güclü şəbəkəni formalaşdırmaqla, ölkənin gələcəyinə təsir göstərmək üçün siyasi və iqtisadi həyatda bir güc kimi özünü nümayiş etdirməkdə onları sövqləndirmək məqsədilə müvafiq platforma tərtib edir.

“Azad Düşüncələr” Assosiasiyası nəzərdə tutulmuş qruplar arasında liberal fikirləri təbliğ etməkdə uzunmüddətli gündəliyə malikdir. ADA-nın təsisçiləri inamla hesab edirlər ki, liberal dəyərlər cəmiyyət tərəfindən dəyişiklikləri yayan təmsilçilərin yardımı əsasında vacib dəyərlərin yayılması yolu ilə tədricən qavranılacaqdır.


POTENSİAL MÜTTƏFİQLƏR

- Yeni İqtisadi Məktəb (Gürcüstan)
- “Liberal Düşüncə naminə” Assosiasiyası (Türkiyə)
- “Fridrix Nauman” Fondu (Azərbaycan)
- Kato İnstitutu (ABŞ)
- “Atlas” İqtisadi Araşdırmalar Fondu (ABŞ)
- IES – Avropa (Fransa)
- Stokholm Netvorku (Böyük Britaniya)
- Transatlantik Institutu (Böyük Britaniya)
- və s.