Bank sektorunda liberalizminin zərurəti (I hissə)

Məhəmməd Talıblı, 19/5/14

Ölkənin “qan-damar sistemi” olan bank sektorunda liberallaşma siyasətinin tətbiq olunması bir neçə baxımdan vacibdir. Bu zərurətin dərk olunması bir neçə problemə yanaşmada özünü göstərməkdədir. Bank sektorunda mövcud problemlər olmasaydı, heç şübhəsiz ki, liberallaşma zərurətin də əsaslandırmaq mümkün olmazdı.

Bildiyimiz kimi banklarda kreditlərin yüksək faiz səviyyəsi vətəndaşları və biznes subyektlərini narahat edən məsələlərdəndir. Ölkədə 26-33 faiz həddində dəyişən kredit faizlərindən istifadə edən benefitlər dövriyyəyə daxil etdikləri bahalı kredit faizləri və nəzərə aldıqları gəlirlərlə bazarda mal və xidmətlərin qiymətini bahalaşdırırlar. Bu bahalaşma dalğasında daha çox itirən vətəndaşlar olur. Bankların bazarda mövqeləri möhkəmləndikcə bahalı faizli kreditlərin artmasını və bankların diktə imkanlarını təşviq edir. Bu isə bank sektorunda geniş rəqabət imkanlarının olmamasından xəbər verir.  Adətən bank sektorunda yüksək faiz dərəcələrinin olmasını uçot dərəcələri şərtləndirir. Amma uçot dərəcələrinin də bizdə yüksək olmaması bir faktdır. Bunu 2 amil sübut edir. Birincisi, əvvəlki illərlə müqayisədə uçot dərəcələrində enmələr. İkincisi, digər ölkələrlə müqayisədə bunun çox da böyük hədd olmaması. Birinci istiqamətlə bağlı onu demək olar ki, qlobal iqtisadi böhran baş verməmişdən əvvəlki ildən başlayaraq enmələr qeydə alınıb. Belə ki, Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi 2007-ci ildə 12%, 2008-ci ildə 10 faiz, 2009-cu ildə 2 faiz, 2010-cu ildə-3 faiz, 2011-ci ildə- 5,25 faiz, 2012-ci ildə- 5 faiz, 2013-də 4,75 təşkil edirdisə, Mərkəzi Bankın İdarə Heyəti 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə endirilməsi barədə qərar qəbul edib. İkinci istiqamət- digər ölkələrlə müqayisə edəndə məlum olur ki, bizdə uçot dərəcələri Avropa İttifaqı ölkələrinin çoxundan yüksək olduğu halda, MDB məkanında heç də yüksək olmayan həddədir. Yalnız Qırğızıstan, Moldova kimi ölkələrdə uçot dərəcələri 3-3,5% arasında dəyişir. Azərbaycanda illər üzrə uçot dərəcələrinin ildən-ilə aşağı düşməsi kredit faizlərinin yüksək həddinin aşağı düşməsinə gətirib çıxarmayıb. Əgər 2008-ci ildə MB-nin uçot dərəcəsi 10 faiz idisə, indi artıq 4,25%-dir. Müqayisədən də görmək olur ki, uçot dərəcəsi 2 dəfə aşağı salınıb. Uçot dərəcələrinin 2 dəfə enməsindən sonra kreditlərin faiz dərəcələri arasında neçə dəfə yox, hətta faiz etibarı ilə nə qədər enmələr olub? Əksinə! Artımlar olub. Demək bizdə uçot dərəcəsi ilə kredit faiz dərəcələri arasında birbaşa bağlılıq və ya qarşılıqlı əlaqə yoxdur.  Uçot dərəcəsinin həddindən çıxış edərək, kommersiya bankları özlərinin kreditlərini o faizdən aşağı olmamaq şərti ilə satmalıdır. Satdıqları və uçot dərəcəsi arasındakı olan fərq kommersiya banklarının gəliri hesab olunur. Bəzi banklar daha çox gəlir əldə etmək məqsədi ilə faiz dərəcələrini yüksəldir. Onlar hesab edirlər ki, inzibati və institusional xərcləri çoxdur. Əslində, uçot dərəcələrinin indiki səviyyədə olması normaldır. Kommersiya bankları isə aşağı dərəcəli uçot dərəcələrindən istifadə edərək daha böyük gəlirlər əldə edirlər. Bu səbəbdən sanki banklar istismarçılıq siyasətini həyata keçirir. Bunun kökündə bank sektorunda zəif rəqabətli mühitin olmasıdır. Bank sektorunda rəqabət mühiti yaxşı olsa, bankların aşağı faiz dərəcələri ilə kredit vermək fürsətləri yaranar. Amma indiki halda banklar belə bir ehtiyacı hiss etmir.

Bank sektorunda inhisarçılıq tendensiyasının güclü olması bu sahədə rəqabətli mühitin yaranmasına ən böyük əngəldir. Amma bank sektorunda rəqabətli mühitin hökm sürməsi kommersiya banklarının bazar payının təsiredici gücə malik olmamasındadır.  Amma indiki halda biz görürük ki, Azərbaycanda bir neçə bankın bazar payı çox böyük rəqəmlərlə ifadə olunur. Təkcə bank kreditləri ilə bağlı Beynəlxalq Bankın bazar payı 40 faizdən çoxdur. 44 bank içərisində 10 bankın isə bazar payı 72 faizdir. (İTYİB) Bu olduqca böyük bir inhisarlaşmanın göstəricisidir. Yaxud digər bir misal isə banklara qoyulan əmanətlərdə bankların payının hansı səviyyədə dəyişməsi ilə ölçmək olar. Təkcə isə ölkə üzrə banklara qoyulan əmanətlərin 27 faizi Beynəlxalq Bankın payına düşüb. (2014) Ona görə də, bir neçə bankın bazar payının azaldılması istiqamətində islahatların, bir qolun da bankların bazar payının optimal həddə tənzimlənməsinə ehtiyac var.

Şərhlər

Post new comment

  • Veb səhifə ünvanları və e-poçt ünvanları avtomatik şəkildə əlaqə ünvanlarına çevrilir.
  • İcazə verilən HTML deskriptorları: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və paraqraflar avtomatik şəkildə ayrılır.

Formatlaşdırma haqqında əlavə məlumat