Haqqımızda

“Azadlıq Çırağı”nın missiyası yerli iqtisadi və sosial problemlərin həll edilməsində vacib rolu olan fundamental institutların fəaliyyətinə əsaslanaraq, azad cəmiyyət və azad bazarın real faydaları barədə ictimaiyyətin anlayışını artırmaq, AZADLIQ, ƏDALƏT, SÜLH, İNSAN HAQLARI, QANUNUN ALİLİYİ və insanlar arasında TOLERANTLIQ kimi dəyərlərin başa düşülməsi və mənimsənilməsinə yardım etməkdir. “Azadlıq Çırağı” Azərbaycanın bugünkü problemlərinin kökünü görən və klassik liberalizm ideyalarından ruhlanan şəxslər tərəfindən təsis edilmişdir. Layihənin təsisçilərindən olan “Azad Düşüncələr” Assosiasiyası 2007-ci ildə Londonda yerləşən «Stokholm NETWORK» təşkilatı tərəfindən yeni bazar iqtisadiyyatı ölkələrində fəaliyyət göstərən ən yaxşı qurum adına layiq görülmüşdür. Layihə üzvləri:

Tural Vəliyev
image alt text... 1981-ci ildə Bakı şəhərində anadan olub. Şimali Kipr, Doğu Akdeniz Universitetindən məzun olduqdan sonra, Vaşinqton, ABŞ–da yerləşən Keyto İnstitutu (Cato Institute) tərəfindən təcrübə qazanmış və Azərbaycanın ilk liberal təşkilatı Azad Düşüncələr Assosiasiyasının əsas qurucusu olmuşdur və Assosiasiyasının direktorudur. Azadlıq Çırağı layihəsinin rəhbəridir.

Həmid Dalqlıclı
image alt text... 1986-cı ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində iqtisadiyyat üzrə maqistr dərəcəsini alıb. 2006-2007 illərində ABŞ-ın Vaşinqton şəhərində yerləşən Keyto İnstitutunda (Cato Institute) Beynəlxalq Ticarət və Qlobalizasiya mövzularında tədqiqat aparıb. Həmid Dalqlıclı Azad Düşüncələr Assosiasiyasının qurucularından biridir, Azadlıq Çırağı saytının baş inzibatçısıdır.

Rəşad Şirinov
image alt text... 1978-ci ildə Bakıda anadan olub. Baki Dövlət Universitetindən məzun olduqdan sonra Türkiyənin Boğaziçi Universitetində Siyasət ve Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi alıb. Azərbaycanda vətəndaş cəmiyyəti, demokratikləşmə, beynəlxalq siyasət sahələrinde işləyib. Rəşad Şirinov Azad Düşüncələr Assosiasiyasının fəal üzvü, təşkilatın qurucusu və Azadlıq Çırağı saytının yazarlarındandır.

Təbriz Cabbarov
image alt text... 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Şimali Kipr, Doğu Akdeniz Universitetindən məzun olduqdan sonra, Azərbaycanda müxtəlif vətəndaş cəmiyyətinin inkişafı layihələrində iştirak etmişdir. Azad Düşüncələr Assosiasiyasının əsas qurucusu və fəal üzvüdür. Azadlıq Çırağı yazarlarındandır.