Məqsədəuyğun seçim və təhsil siyasəti üzrə inkişaf planı
Ayxan Nəsibli, 11/08/08
Dünya siyasətində inkişaf dinamikasının dəyişilməsi üçün təhsil sisteminin modernləşdirilməsi tələb olunur. Məqsəd odur ki, ümumi müştərək qlobal dəyərlərin və əməkdaşlığın inkişafı naminə rəqabət aparmağa malik intellekt sahiblərinin yetişməsini təmin etmək mümkün olsun. Yüksək səviyyəli təhsilin çox önəmli rolu var; o, davamlı sülh və təhlükəsizliyin təminatıdır.
Bu kiçik məqalə o suala cavab verəcək ki, nəyə görə professional təhsil qurumları belə vacibdir və bu sahədəki çətin problemlərin öhdəsindən gəlmək üçün mümkün yollar hansılardır?
Bu məqalədə əsas məqsədimiz enerji resursları ilə zəngin Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın təhsil sisteminin mənzərəsini təsvir etməkdir. Bu ölkədə demək olar ki, son 200 il ərzində davamlı totalitar və sosialist quruluş sistemi hökm sürmüşdür.
Sovet İttifaqı dövründə burada 10 illik (indi 11 illik) icbari məktəb təhsili mövcud idi. Əgər motivini analiz etsək, belə bir qənaətə gələ bilərik ki, bu, insanların “beynini yeməyə” hesablanmış eybəcər sistemin nəticəsi idi və onları sosializm və vahid kommunizm ideyaları ətrafında toplamağa xidmət edirdi.
“Qəfəs”dən kənarda təhsil almaq geniş yayılmamışdı, heç buna imkan da verilmirdi! Bu qaydalara görə, insanlara sosializm pəncərəsindən çölə baxmağa və sistem daxilində əlavə siyasi islahatlar aparmağa icazə verilmir. Bəzi insanlar düşünürdü ki, Sovet təhsili ödənişsiz olduğu üçün təhsil sistemlərinin “ən yaxşısı”dır, baxmayaraq, təhsilin mahiyyəti də daxil olmaqla, hər şey üzərində dövlətin ciddi monopoliyası vardı. Avropanın hər hansı qabaqcıl modulları öyrədilmirdi, yalnız ölkəni irəli-klassik liberalizm dəyərləri istiqamətində çəkib aparmağa can atan məhdud sayda insanlar vardı.
Amma tam əksinə, tək partiyaya rəhbərlik etmək siyasəti irəli sürən şəxs “yaxşı adam” hesab olunurdu.
Hər şeyin, hətta təhsil məsələləri və xüsusi olaraq sosial elmlər üzərində müşahidə olunan “görünən əl”in fiaskoya gətirəcəyi labüd idi. Bu, həqiqətən İttifaqı saxlamaq üçün hər hansı fərqli ideyaları qəbul etməyən “mükəmməl” bir siyasət idi.
Bu mənzərə Prezident Qorbaçovun ölkəyə rəhbərlik etdiyi müddətdə dəyişməyə başladı. O şəxsin ki, 1980-ci illərin ortalarında liberal iqtisadi və siyasi addımların hədəf götürülməsini düşünmüşdü. Müxtəlif ölkələrdəki daxili təlatümlər başqa bir səbəb idi.
“Qlasnost” doktrinası təhsili də diqqətdə saxlayırdı; informasiyaya yol açılması və siyasi doqmanın təhsildən ayrılması xüsusi vurğulanırdı.
Klassik liberializm anlayışının formalaşması fərdi azadlıq və özəl mülkiyyət (instituların) üçün mühüm elementdir.
Biz hökumətlərin fərdlərin seçimi əsasında hakimiyyətə gelib-getmələri prinsipinə razılaşdığımıza görə, o hakimiyyət də məhdud olmalıdır. Təhsil sistemi çərçivəsində, o tam sistemin özəkləri və hissələri olan özəl institutlara müdaxilə olmamalıdır.
Əgər biz dövlət orqanları tərəfindən tədris planı qoyulmasını müşahidə ediriksə, bu, idarəetmə zorakılığıdır. Çünki, o, davamlı inkişaf üçün texniki novatorluq modullarının tətbiq olunmasındansa, qlobal dəyərlərin və özəl mülkiyyətin sərf olunması naminə status-kvonu qoruyub saxlayır. Ən yaxşı nəticələr o zaman alına bilər ki, biz daha çox müxtəlif siyasi strategiyaları tətbiq edək.
Müxtəlif köklərə malik (Azərbaycanlılar, ruslar) insanların birgə təhsil aldığı yerdə, ola bilsin onların ingilis dilli məktəb və universitetlərdə təhsil alması yolu ilə, yeni modulları başlatmaq və ümumi mədəniyyət yaratmaq üçün təhsil platforması inkişaf etdirilməli və möhkəmləndirilməlidir. Bu halda kosmopolitizm ksenofobiyanı(xarici millətlərə nifrət) və stereotiplərin cücərtilərini dəfn edərdi.
Miras qalmış sovet dövlət universitetlərinin özəlləşdirilməsi çox zəifdir və əsaslı olaraq hələ dövlət aparatının ixtiyarındadır. Poblem həmin institutların keyfiyyətinə-məhsuldarlığına və yeni ziyalı nəslinin yetişdirilməsinə nəzər salanda üzə çıxır. Korrupsiya və nəhəng institutların özəl institutlarla müqayisədə pis idarə olunması fiaskoya gətirir.
Mərkəzsizləşdirmə prosesində təhsil sistemi öz layiqli nəticələrini verməlidir. Bu, azad özəl universitetlərə daha artıq səlahiyyət verəcək və yeni intellektual əsrin başlanmasına töhfə olan rəqabət mühiti yetişdirəcək.
Digər xüsusi vurğulanacaq məsələ səmərəsiz sistem, mürəkkəbləşdirilmiş vergi, tələbə və mühazirəçilər arasında yüksək korrupsiya və sistem daxilində “şəbəkə təsiri”dir ki, bu da özəl mülkiyyətin, şəffaflığın dəyərini sarsıdır və özəl təhsil müəssisələrinin (amma hökumət tərəfindən müdaxilə olunan) gücünü aşağı salır.
Biz əlavə siyasi strategiyalar də sadalaya bilərik, məsələn, yüksək Avropa təhsili görmüş şəxslər tərəfindən mühazirəçi və akademik şəxslərin davamlı təlimi kimi. Hansı ki, bu, strukturun vacib hissəsi olmalıdır.
Neftlə zəngin Azərbaycan dövləti eneji gəlirlərini birbaşa insanların mənafeyi naminə xərcləməyi düşünməlidir, hansı ki, bu yolla fərdlərə subsidiyalar verilir və əksinə, hökumət üzvlərinin səlahiyyəti məhdudlaşdırılır. Bu hökumətin enerji gəlirlərini bahalı infrastruktur layihələrinə, yolların və binaların yenidən tikilməsinə, bundan əlavə büdcənin hərbiləşdirilməsinə sərf olunmasını nəzərdə tutan siyasətinin qarşısını alacaq və onu məhdudlaşdıracaq. Bu halda, insanların təbii resurslardan olan payının xərclənməsi üçün məqsədəuyğun seçim etməkdə daha artıq imkanı olacaq. Təhsil o zaman, şübhəsiz, fərdi “bazarlıq siyahısı”nda arzulanan ən ön yerdə olacaq.
Dr. Fridmanın göstərdiyi kimi, bu proses təhsil sektorunda institutlar arasında rəqabətə, resursların istifadə olunmasına, özəl mülkiyyət üzərində dövlət nəzarətinin ləğvinə və onların dövlət institutları ilə müqayisədə artmasına aparıb çıxaracaq.









Şərhlər
Post new comment