İctimai müzakirələr, cəmiyyətdə islahat və fərdi azadlıq
Azadlıq Çırağı, 15/09/08
Sovet İttifaqının ictimai zorakılığının ləğv olunması və “Yeni dünya qaydaları”nın (Corc Buş) meydana çıxması 1980-ci illərin lap sonlarından başlanır: bəs o dövr üçün mövcud olan şüarlar və ya məqsədlər nəydi və biz 2008-ci ilədək harada hədəflərimizdən irəli getmişik? Fərdi azadlıq və ya müstəqilliyin dinamikası yerli siyasətlərin yeganə oyunu olduğuna görə, bu məqalə də məsələyə o konteksdən işıq salmağı nəzərdə tutur. Və imkan yaradır görək ki, iki onilliyə yaxın müddətdə biz öz hüquqlarımızı hər hansı hiylədən, korrupsiyadan, soyğunçuluq və pis idarəçilikdən necə və hansı hüdudlara qədər qoruyub inkişaf etdirə bilmişik.
Mən əslində diqqəti ona yönəltmək istəmirəm ki, fərdi hüquqlar üçün ən pisi hökumət tiranlığı və rəhbərin məhdud hakimiyyətidir, ona yönəltmək istəyirəm ki, hazırkı müzakirələri bölüşməklə bu status-kvoya necə dəyişiklik etmək olar.
Bu situasiyada rəhbərin simasını dəyişmək o dərəcədə əhəmiyyətli deyil, əksinə diqqəti fərdlərin psixologiyasının dəyişməsinə, idarəçilik və şəffaflığa, cavabdehliyə və legitimliyə ən yaxşı şəkildə riayət olunan bütöv sistemin strukturuna yönəltmək önəmlidir. Dünya siyasətlərində dəyişiklik etmək üçün vətəndaş cəmiyyətlərinin rolu da əsas və qaçılmazdır.
Yuxarıdakı birinci konsepsiyadan sizin diqqətinizi “prezidentlik kultu” və ya “milli lider” sindromuna yönəltmək istəyirəm ki, bu fərdi azadlığı aradan götürür və bütövlükdә idarəçiliyi icraçı şəxsin əlində cəmləşdirir. Kifayət qədər azad və ədalətli olmayan seçkilər, təhsilsiz insanlar, qeyri-konstutisional məsələlər və insanların konstitusion hüquqları haqda məlumatsızlığı bütövlükdə sistemin çökməsinə gətirir. Çünki Azərbaycan Konstitusiyasına görə, dövlətin rolu beynəlxalq hüquq və qaydalarla müəyyən olunmuş öhdəlik əsasında fərdlərin “hüquqlarının” və “azadlığının” qorunmasıdır (Fəsil 2, Bənd 12).
Con Hilinin “Prezidentlik kultu” adlı möhtәşәm kitabında hakimiyyət bölgüsü(qanunvericilik, icra və məhkəmə sahələri arasında) və fərdi azadlıq məsələlərinə ciddi diqqət yetirilir. Fərdi azadlıq hakimiyyət bölgüsündən asılı olan dəyişkən amil kimi göstərilir. Bu, o anlama gəlir ki, nə zaman biz hakimiyyətin icraedicinin(adətən prezidentlik sistemlərində) əllərində cəmləşdiyini görürüksə, öz hüquq və azadlıqlarımızın həqiqi istismarı ilə rastlaşırıq. Bu, həqiqi mənada, cəmiyyətdə qeyri-tarazlıq yaradır ki, idarəedici özünün ən üstün maraqları naminə söz azadlığı hüququ, müstəqil media, toplaşmaq azadlığı və digər azadlıqlar üçün ən pis şəkildə soyğunçuluq edir.
İnsanları fırıldaq olmadan öz hüquq və azadlıqlarına, həmçinin fəaliyyət öhdəliklərinə (onların idarəedici tərəfindən istismar olunmasının və qurban verilməsinin qarşısını almaq üçün) tələbkar etməyin yeganə yolu azad təhsildən və savadlanmadan keçir. Bu halda zorakı dövlət monopoliyasının bizim azadlıqlarımızı oğurlamasına imkan verilməyəcək, əksinə bizim yaşamaq hüququmuz, azadlığımız və xoşbəxtlik səylərimiz qorunacaq. Bu hüquq insanlara özünü qorumaq üçün məcburiyyətdən istifadə etməkdən çox könüllülük verəcək.
Böyük filosof Bastiatın sözləri ilə ifadə etsək, biz hüququ yollarla(hakimiyyətlərlə) soyğunçuluğu onun fərdlərin azad seçiminə, rəqabətə və ümumilikdə həyat standartlarına necə mənfi təsir göstərdiyini göstərməklə müəyyən edə bilərik. Biz inflyasiya, ixrac olunan mallar və ya təchiz olunan xidmətlərin qiymətlərinin qalxması haqqında danışırıq. Bu prosesdən yan keçmək üçün, biz – fərdlər kimi – süni tariflərə, faizlərə, mürəkkəb və dəyişkən vergi sistemlərinə, rəsmi əngəllərə və ticarətin təşkil olunmasının (hökumət orqanları tərəfindən) ələ keçirilməsinə “müharibə” elan etməliyik. Beynəlxalq ticarətdə azad mallar axını, xidmətlər, sərmayə və başqa mallar həqiqətən insanların həyat standartlarını yüksəldəcək, regional inteqrasiyanın sıçrayış effekti ilə əmin-amanlıq yaradacaq. Parlaq nümunə Avropa Birliyinə üzv ölkələr(əgər biz ona qismən dövlətlərarası təşkilat kimi baxsaq) ola bilər ki, yarım əsr əvvəl müharibə və çaxnaşma vəziyyətində idilər, amma indi çiçəklənmə, tolerantlıq və dinc yaşamaq siyasəti aparırlar.
Bundan başqa, biz Dövlət Gömrük Komitəsinə Vergi Departamentini əlavə edə bilərik ki, o da cüzi kommunal xidmətləri təmin etməklə, fərdlərin və korporasiyaların gəlirlərini mənimsəyir. Oxşar vəziyyət Müdafiə Nazirliyinə də aiddir ki, o da dövlətin misiısiz məbləğdə vəsaitini israfçılıqla xərcləyir. Bu investisiya “hökumətin molyusk qrupun”dansa(dərin dövlət), ölkənin ərazi bütövlüyü daxil olmaqla, mühüm məsələlərin həllində diplomatiyaya sərf olunmalıdır.
Hazırkı zamanda pis idarə olunan ölkələri(qapalı və korrupsiyaya uğramış ölkələr daxil olmaqla) görmək təəssüf doğuran bir ssenaridir ki, bunu Köhnə dünya ölkələrinin nümunəsində açıqca görürük. Birinci milleniumda imperialist oyun tamaşası gedirdi. Liberalizm prinsipləri, o cümlədən fərdi azadlıq masa arxasındakı diskussiyaların mövzusu deyildi və yeganə oyun başqalarının güzəştə getməsi hesabına imperiyaların ərazilərini genişləndirməsi idi. O vaxt üçün fərdi azadlıq haqqında danışmaq absurd olardı, amma hazırda belə hökumətləri qəbul etmək haqsızlıq və ədalətsizlikdir. İndiki halda xalq hakimiyyətin əsası olmalıdır, əksinə deyil.
Ölkədəki şəraitdən şikayətlənən və dərs verəcək sərt bir hakimiyyətin meydana çıxmasını iddia edən bəzi insanlar bizim azadlıqlarımızın başlıca düşmənləridir. Onlar bu fikri başqalarının ayaqlar altına atılmış azadlığını tramplin kimi istifadə etməklə, öz eqoist maraqları naminə, öz mənsəblərini və maddi təminatlarını yüksəltmək üçün yürüdürlər.
Çünki azadlıq olmayan yerdə, inkişaf üçün islahatlar aparan və bir gün tükənəcək təbii sərvətlərə arxalanmayan intellektualların yaradıcılıq məhsulları də olmayacaq. Bu yalnız ölkəyə “beyin ixracı” gətirəcək və daxili vəziyyəti çökürdəcək…
Yaxşı şərait yaratmaq üçün biri “Qanun” adı altında gücdən istifadə edə bilər. Amma məhdudlaşdırılmış(hər hansı!) fürsət və imkanlar lazım olan şəraitin əksinədir. Bu həqiqətən sosialist alətinə malik kommunist rejimi idi ki, öz zərərli sistemini yaymaq üçün çalışırdı, amma nəticə hamıya məlumdur… Fərdi hüquqlara olan tələb yalnız qeyd olunan sistemi dağıdacaq.
Əsas məsələ Qanun konsepsiyasının qiymətləndirilməsinə gəlincə, icazə verin, deyim ki, bu, əsasən ədalətsizliyə qarşı mübarizə aparmaq və bizi müdafiə etmək üçün istifadə olunmuşdur. Həm də o məqsədlə istifadə olunmuşdur ki, bizim öz məsul fəaliyyətlərimiz üzərində hökumətin qorxusunu hiss etmədən tam nəzarətimiz üçün fikirlərimizi və mövqelərimizi ifadə imkanımız olsun.
Beləliklə, hakimiyyət müstəqil düşüncəni və yaradıcı fəaliyyəti qəbul etmir. Bu tip cəmiyyətlər bir qayda olaraq yaradıcı insanların “beyin ixracı” ilə nəticələnir, beləliklə, onlar dünyanın bilik və yeni modulların qiymətləndirilib dəyər verildiyi inkişaf etmiş hissəsində mühacirət həyatı yaşamaq məcburiyyətində qalırlar. Əks halda, bu kiçik azlığın üzərində böyük çoxluğun tiranlığı olardı. Dünyanın qeyri-liberal, zorakı və geridə qalmış hissəsini nəzarətsiz və özbaşına buraxmaq yolverilməzdir. Beləliklə, yalnız bir çıxış yolu qalır ki, bu da bütöv cəmiyyətin fərdi azadlıq və təhsil məsələlərinin ümumi məqsədləri naminə inteqrasiya olunmasıdır.

