Kapitalizmin deyil, pis qaydaların günahı
İmon Batler, 9/11/08
Dünya bazarlarında yüksələn böhranla bağlı, siyasətçilər və şərhçilər maliyyə sektoru üzərində daha çox tənzimləmə və nəzarət tələb etdilər. Onların bu münasibəti tamamilə gözləniləndir, ancaq eyni zamanda da, tamamilə yanlışdır. Bu böhran kapitalizmin qarşısıalınmaz şəkildə yarasızlığının nəticəsi kimi ortaya çıxmayıb. Bu böhranın səbəbkarları bankları yanlış kreditləşməyə məcbur edən siyasətçilərdir, Qərb dünyasını ucuz kreditlər içərisində boğan monetar siyasətdən məsul şəxslərdir və ümumiyyətlə yuxuda olan tənzimləyicilərdir.
Həqiqətən, bunun mənşə tarixini dəqiqləşdirmək olar – 12 oktyabr 1977-ci il – o zamankı ABŞ prezidenti Cimmi Karter “qırmızı xətt” (kredit verilməsinin məhdudlaşdırılması) əleyhinə sazişi imzaladı. O vaxta qədər, kreditorlar əsas etibarilə yoxsul kateqoriyalara borc verilməsindən imtina edirdilər. Çünki onların fikrincə aşağı gəlirliliklə zəif mənzil təminatının birləşməsi bir çox insanın öz kredit öhdəlikləri üzrə vəsaitləri ödəyə bilməməsinə səbəb olacaq. Ancaq siyasətçilər – xoş niyyətlə - bütün amerikalıları mənzil sahibi etmək istədilər. Beləliklə, borcverənlər riskli ipoteka kreditləri verməyə məcbur edildilər, hansı ki, biz bunu “substandart” borclar adlandırırıq.
Bu uğursuz biznes axını 1985-ci ildə Amerikanın yığım və borc institutlarını müflis etdi. Beləliklə, hökumət öz uğursuz borclanmasını geri götürdü və onları birləşməyə təhrik etdi. Və özü də bilmədən onlara uğursuzluğa düçar olmağın daha böyük imkanını açdı. Eyni zamanda, bir sıra digər problemlər monetar inzibatçıları narahat edirdi. 1997-ci ildə ABŞ fond bazarı digər kreditorların tənəzzül edəcəyi qorxusu ilə kəskin eniş yaşadı. Asiya bazarları çökdü. Meksika, Argentina və hətta Rusiya borcları üzrə defolt elan etdi. Yüksək dəyərli internet kompaniyalarının (dotkomlar) birjaları dağıldı. Və bundan sonra “9/11” baş verdi. Hər dəfə də Qərbin maliyyə iqtidarları bazarı nağd pul ilə boğaraq böhrana cavab verdi.
11 sentyabrdan sonra ABŞ Federal Rezerv Sistemi faiz dərəcələrini 6.25% səviyyəsindən investor etibarının azalmasının bazarları batıra biləcəyi qorxusu ilə yalnız 1% azaltdı. Ancaq yenə də, onların hərəkəti “kredit köpüyü”nü dəstəkləyən yanlış bazar reaksiyasına səbəb oldu. Borcların 6 dəfə ucuz olduğu şəraitdə ipoteka müraciətləri kəskin artdı. Kreditorlar Federal Rezervin nağd pul buraxılışları hesabına əvvəlkindən daha çox substandart kreditlərini məmnuniyyətlə müştərilərə təqdim etdilər. Ev alan insanların sayının artması isə ev qiymətlərini yüksəltdi. Ev almaq artıq müəyyən biznesə çevrilmişdi, spiralvarı olaraq daha çox insan kredit götürür və mənzil alırdı.
Londonda və digər böyük maliyyə mərkəzlərində son onillikdə hökumətin yüksək xərcləri dövlət borcunun artması ilə də nəticələndi. Özəl sektorun borcları və mənzil qiymətləri isə daha dinamik templərlə artdı. Beləliklə, on il ərzində iqtisadiyyatlar bum yaşadı, şampan şərabları axdı və hər kəs üçün ziyafət oldu. Ancaq bu yalnız dövlətin çap etdiyi pullarla ziyafətin davam etdirilməsi naminə maliyyələşirdi. Ancaq elə ki dan yeri söküldü, uzun ziyafət bütün gecənin ağırlığını bizim üzərimizə tərk etdi.
Bu arada, maliyyə nəzarətçiləri anlaqsız vəziyyətdə yatırdılar. Baxmayaraq ki, ABŞ-in nəhəng ipoteka institutlarından olan “Fannie Mae” və “Freddie Mac” 200 nəzarətçiyə malik idilər onların çöküşü 5 trilyon dollar dəyərində oldu. Bu yarı hökumət kompaniyaları investorları kredit reytinqi agentliklərinin öz həssas istiqrazlarını yüksək dərəcə ilə təqdim etmələrinə səbəb olan uğursuz hökumət zəmanətli ipotekalara inandırdı. İpoteka kreditləri bu uğursuz borcları yenidən dünyada yaydılar. Kredit təsisatları öz aktivlərinin bazasına nisbətdə 30 dəfə çox borc verirdilər.
Baxmayaraq ki, Bank of England bilirdi ki, böyük ipoteka kreditoru Nothern Rock getdikcə uğursuzluğa düçar olur, Britaniyanın bu maliyyə tənzimləyicisinin 2500 işçisi 6 ay sonra kompaniya tam çökənə qədər bir şey edə bilməmişdilər. Hətta bundan sonra da onlar hər hansı aydın plana malik deyildilər. Əgər hökumət kazinoda havayı cipsi paylayır və nəzarətçilərin də başı barda içkiyə qarışıbsa, onda istehlakçı yerlərinin seçim baxımından riskli olmağına təəccüb etməməliyik. Bu idarəetmədir və iqtisadiyyatın təməl qaydasını qırdığı üçün bizim tənəmizə layiq olan sistem deyil: havayı nahar yoxdur. Davamlı həll o həldir ki, maliyyə sistemini həmin qaydaya geri qaytarsın. Lakin rəsmi yardım planı (bail-out package) xüsusi maraqları da əhatə etdiyindən böhranın qurbanlarına yardım etmədən günahkarı qoruyur.
Ancaq bütün bunlardan kənarda böyük bir dünya var. Çin hal-hazırda 10% illik iqtisadi artımla dünyanın dördüncü böyük iqtisadiyyatıdır. Hindistan və digər inkişaf edən iqtisadiyyatlar da genişlənməkdə davam edirlər. Baxmayaraq ki, Qərbdə çöküş var, dünya iqtisadiyyatında artım gələn il 4% səviyyəsində gözlənilir. Bu kifayət qədər yaxşıdır. Qərb kapitalizmi siyasətçilərin və rəsmilərin adekvatsızlığı səbəbindən ciddi zərbə alıb. Ancaq qlobal dünya kapitalizmi yüz milyonlarla insanı yoxsulluqdan çıxartmaqda davam edir. Bu nəhəng sistemdir. Gəlin onu dağıtmayaq.
Dr. Eamonn Butler Londonda yerləşən Adam Smith İnstitutunun direktorudur və “Adam Smith -A Primer” (2007, IEA, London) kitabının müəllifidir.



