Yunanıstan yanır

Teykis Miças, 29/12/08

Afina — Yunanıstanın konservativ Yeni Demokratiya Partiyası 2004-cü ilin mart ayında hakimiyyətə gələndə 3 məsələni həll edəcəyini vəd etmişdi: hökuməti yeniləmək, korrupsiyanı ləğv etmək və daha çox ehtiyac duyulan təhsil islahatlarını başlatmaq. Dörd il keçdikdən sonra vəziyyət dəyişməz olaraq qalır: hökumət hələ də gəlir və  imtiyazların bağışlanması üçün alət olmaqdan uzağa getməyib, korrupsiya dövlət sektorunda hələ də sürətlə yayılmaqdadır və təhsil islahatına göstərilən bütün səylər qısa zamanda uğursuzluqla nəticələnib.

Bu, bazar günündən bəri Yunaıstanı əldən salan iğtişaşların məzmununu müəyyən edir.  Sosial narazılıq, artan nifrət və mənasız zorakılıqdan dağılan ölkənin siması ortada. Yunanıstanın günəşli çimərliklər və mehriban insanları əks etdirən açıqca rəsmi tamamilə darmadağın olub.

İğtişaşların zahiri səbəbi keçən bazar Afinanın yaxınlığındakı sol görüşlülərin və rəsmi anarxistlərin toplanış yeri kimi məşhur olan Eksarçia qəsəbəsində  15 yaşlı oğlanın polis tərəfindən müəmmalı şəkildə öldürülməsi idi. Oğlanın öldürülməsinə görə iki zabit həbsə alınıb və mühakimə olunub. Pis təlim, ruh düşkünlüyü və aşağı əməkhaqqılar bədnam bacarıqsız polis qüvvələrinin sıralarında xidmət edənlərin belə faciəli hadisələrə yol açmasına meyl yaradır. Bu anlamda, polis Yunanıstanda dövlət sektorunun əsas hissəsinin  narahatlığını paylaşır. Yeganə fərq odur ki, onlar silah gəzdirirlər.

Ölüm hadisəsi qısa zamanda Yunanıstanın hər yerində öz yoldaşlarının qətlinə açıq  narazılığını bildirən tələbələrin dinc kütləvi nümayişlərinə apardı. Onlar həmçinin yüksək dərəcədə mərkəzləşdirilmiş təhsil sistemindən cana doymuşdular. O təhsil sisteminin ki, bilikləri əzbərçilik əsasında inkişaf etdirir, yeniliyi və yaradıcılığı boğur.

Ancaq etirazlar tezliklə çirkin iğtişaşlara çevrildi. Maskalı anarxistlər Afinada, Zessalkonidə və Yunanıstanın başqa böyük şəhərlərində kütləvi yanğınlar, soyğunlar və vandalizm təşkil etdilər.

Yunanıstan hadisələrini bir neçə il bundan əvvəl Parisdə baş verən iğtişaşlardan fərqləndirən  cəhət bu idi- hökumət və təhlükəsizlik qüvvələrinin iştişaş meydanından kütləvi şəkildə uzaqlaşması. Vətəndaş cəmiyyəti öz əmlakını soyğunçu gürühun zorakı hücumundan qorumaq üçün öz ümidinə və silahsız buraxıldı. Çərşənbə axşamı gecə iğtişaşların ən acınacaqlı gecələrindən birində Afinada 400-dən çox mağaza hücuma məruz qaldı: bəziləri dağıdıldı, bəziləri qarət olundu və ciddi şəkildə ziyan çəkdi. Bənzər hadisələr Yunanıstanın başqa böyük şəhərlərində də baş verdi.

Bütün bunlar təhlükəsizlik qüvvələrinin kənarda dayandığı və “xəstəliyin yaranmasını” seyr etdiyi halda baş verdi. Onlar öz üzərlərinə “müdafiə vəziyyətində dayanmaq” məsuliyyəti götürməklə, siyasi yaradıcılarının dəqiq qərarlarına əməl edirdilər. Bu da o anlama gəlirdi ki, onlar kütləvi  dağıntıların qarşısını almağa cəhd göstərmək fikrində deyildilər.

Bu absurd səhnəni seyr edən hər hansı şəxsdə hökumət və iğtişaşçılar arasında toqquşmayla nəticələnən gizli sövdələşmənin olmasına əminlik yarana bilərdi: Biz sizə ürəyinizcə yanğın və soyğun törətmək üçün imkan veririk, siz də imkan yaradırsınız iddiamıza davam edək ki-biz müdafiə üçün cavabdehik!

Hökumət öz hərəkətsizliyini bu iddiayla əsaslandırır ki, vandalizmi dayandırmağa hər hansı cəhd insan ölümünə səbəb ola bilər. Eyni zamanada, tüstü dumanı içində yaxınlaşan qazanclı bayram bazarlığı mövsümünü ümidlə gözləyən çılğına dönmüş mağaza sahiblərini sakitləşdirmək üçün vəd verilir. Vergi ödəyicilərinin pullarından onlara iğtişaşlardan dəyən zərərin ödənməsi üçün istifadə olunacaq.  “Biz Yunanıstan hökumətinin ümumi məsuliyyətdən qaçdığının şahidiyik,” konservativ yönümlü gündəlik “Eleftheros Tipos” qəzetinin keçmiş baş redaktoru Antonis Papayanidis deyir. “Bu, həm yarıtmaz polis tərəfindən gənc oğlanın öldürülməsi, həm də iğtişaşların müşahidəçi kimi seyr edilməsi səbəbindən baş verdi.”

Hökumətin hərəkətsizliyi şəraitində bu qanun və qaydaların pozulması, sadəcə böhranın pis idarə olunmasını və ya aşkar bacarıqsızlığı əks etdirmirdi. Baxmayaraq ki, hər iki element onun fəaliyyətsizliyinin aşkara çıxarılmasında uzun bir yol keçiblər. Konservativ hökumətin dərin səviyyədə uğursuzluğunun qəti cavabı həmçinin ideyaların toqquşmasında-xüsusi olaraq gənclər arasında- özünü müdafiəsində ifadə olunur.

Məsuliyyətdən qaçmaq Yeni Demokrat Partiyasının klassik liberal dəyərlərin tərk edilməsi nöqtəsindədir, o nöqtəsində ki, onun təməl daşında qanunun aliliyi və şəxsi mülkiyyətə hörmət dayanır. Baş nazir Kostas Karamanlisin rəhbərliyi altında  partiya illərdən bəri öz sıralarını bütün klassik liberalizm tərəfdarlarından təmizləyib və  dəqiq şəkildə faktlara əsaslanan dəyərləri qeyri-müəyyən praqmatizmin xeyrinə rədd edib. Bu sübuta yetirdi ki, sağdan gələn ideoloji hücuma yer yoxdur. Beləliklə, bu amil ölkənin universitetlərində və başqa tədris qurumlarında ideyaların mübadilə sahəsində monopoliyaya aparıb çıxarır.

Hökumətin belə ideoloji çaşqınlığı böyük dağıntılar baş verən gecə hadisələrə tənqidi münasibətini bildirən Daxili İşlər naziri Prokopis Pavlopoulosun çıxışında özünü göstərdi. O söylədiyi bu oldu ki,  soyğunçuluq edən qatillər (“idiotelis stochous”) şəxsi maraqlarını güdürlər. İnanın ki, Adam Smitin məzarı çatladı!

Ən pisi yerli polis bölməsinin sözçüsü Panagiotis Stazisin səlahiyyətli orqanların fəaliyyətsizliyini şərh edən bəyanatı idi: “Zorakılığa zorakılıqla cavab vermək olmaz.” Bu fikirlə o qəti şəkildə  səlahiyyətli orqanların ictimai qayda-qanunu qorumaq üçün etdiyi zorakılıqla  onu dağıtmağa çalışanları bir sıraya qoyurdu.

“Romanın süqutu, Romanın praqmatizminin praqmatikliyini itirdiyi zaman baş verdi”- Seneka yazırdı. Təəssüflər olsun ki, Yunanıstanda konservativlər Senekanı oxumurlar… ya da bu məsələdə heç kimi oxumurlar...

T. Miças Yunanıstanın gündəlik “Eleftherotypia” qəzetinin yazarı və Afinada Klassik Liberalizm Elmləri Mərkəzinin müxbir üzvüdür.