Fridrix Hayekin "Təhkimçiliyə aparan yol" əsəri Azərbaycan dilində

Fridrix A. Hayek (1899-1992) Vyanada anadan olmuş və Vyana Universitetindən hüquq və siyasi iqtisad üzrə iki doktorluq dərəcəsi almışdır. Hayek XX-ci əsrin ən görkəmli iqtisadçılardan biri idi. O, 1974-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş və 1984-cü ildə Fəxri Kavaler Şərəf Ordeni ilə mükafatlandırılmışdır. 1991-ci ildə C. Buş Hayeki Prezidentin Azadlıq Medalı ilə təltif etmişdir.

Öz əsərində Hayek sosializmin totalitar təbiətini üzə çıxarmaq və onun əvvəl-axır “təhkimçiliyə” gətirib çıxarmasını izah etmək üçün qazandığı biliklərdən istifadə edərək, insan təfəkkürünü tədqiq etmək məqsədilə iqtisadiyyatı tətbiq etmişdir.

Kitab 1940-cı ildə çap olundu və birinci 16 ay ərzində altı dəfə nəşr edildi, bir çox xarici dillərə tərcümə edildi və azad dünyada azad şəkildə, dəmir pərdələr arxasında isə gizli şəkildə yayıldı. “Təhkimçiliyə aparan yol” əsərinin Qərbi Avropada və Birləşmiş Ştatlarda sosializmin yaranmasının qarşısını almasını və Sovet İttifaqında bəhrəsini 45 ildən sonra gördüyümüz azadlıq toxumlarını səpməsini demək şişirtmə olmazdı. “Kollektivçilik” kimi sosialist ifadələri siyasi debatdan kənarlaşdırıldı və hətta sosialist qanadına aid elmi dairələrdə belə bir çoxları açıq sosialist planlaşdırmasının müdafiəsindən imtina etməli oldular.

İndi Azərbaycan oxucuları da saytımızın "Kitabxana"-sından əsəri əldə edə bilərlər.