Kimliyin dəyişməsi nə üçündür?
15/05/09
Kimlik şəxsiyyətin müəyyən olunmasıdır. Demək sadə olsa da, kimlik ifadəsində faktorları əlaqələndirmək mürəkkəb məsələdir. Bu mürəkkəb həyatda şəxsi vətəndaşlıq artıq milli dövlət meyarı ilə müəyyən olunmur. Onsuz da, bu, dövlətlər üçün yeni bir problemə və dilemmaya çevrilib. Azadlıq və yeni inkişaf yolu üzrə seçimlərin tapılması status-kvoda dəyişikliyə şərait yaratmaq üçün olduqca önəmlidir. Kosmopolitizmin rolu dinamikanın ayrılmaz hissəsinə çevrilib ki, bu da zənginlik və müxtəliflik konsepsiyası yaradır. Tolerant və hörmətcil olmaq müasir günümüzdə inama əsaslanan könüllü fəaliyyət və kosmopolit kimlik ilə dəyərlərin inkişafı anlayışının ayrılmaz prinsipləridir.
Bu məqalə dəyişikliyə təsir göstərən faktorları nəzərdən keçirməklə, şəxsi kimliyin təkamülü və yenidən doğulmasına işıq salmaq məqsədi daşıyır. 21-ci əsrdə qeyd etmək olardı ki, şəxsi kimliyin dəyişməsi– bütün dünyada daimi sülh və davamlı inkişafın bərqərar olması üçün kosmopolitizm anlayışı altında ali dövlətə aparır. Qloballaşma və azadlıq anlayışından qaynaqlanan kosmopolitizmin rolu mübahisə olunmazdır. Bu, şəxsi fəaliyyəti anlatmaq üçün ümumi müştərək məsələləri nəzərdən keçirməyə məcburi əsas yaradır.
Qloballaşma yeni söz kimi bir neçə məna daşıyır. Bu da onun tərifində manevr etməyə daha çox imkan verir və onu kimliyin formalaşması ilə əlaqələndirir. Əslində, bu, qlobal səviyyədə müxtəlif oyunçular arasında könüllü qarşılıqlı əlaqə üsuludur ki, daha inteqrasiya olunmuş və qarşılıqlı asılı olan əməkdaşlığa imkan yaradır. İnformasiya texnologiyası və müasir kommunikasiya vasitələrinin istifadə olunması qarşısıalınmazdır. Bütün bu dəyişikliklər kosmopolitizm istiqamətində meyllər ilə şəxsi özünü dərketməyə və kimliyin formalaşmasına müsbət irəliləyiş gətirir. Nəsibliyə görə, bu, “ümumi birgə mənəvi dəyərlər” əsasında “dövlət sərhədlərini yaxınlaşdırır, qlobal prinsip və konsepsiyalar qəbul edir”(Nəsibli: 2008)”
Əgər qloballaşma kəmiyyət və keyfiyyət məsələlərini əhatə edən bir çətirdirsə, kosmopolitizm aydın olaraq keyfiyyətin bir hissəsidir. Konsepsiyanın mənşəyi olduqca qədim və mübahisəlidir. Yunan sözlüyünə əsaslansaq,“kosmos” və “polis” sözlərinin “dünya” və “şəhər”sözlərinə uyğun gəldiyini görürük. Palmer deyir ki, “kosmopolitizm, demək olar ki, yazılmış tarixin özü qədər qədimdir…”. Bu arqument Abderalı Demokrit tərəfindən də dəstəklənir. O deyir ki, “Müdrik adama bütün dünya açıqdır; təmiz ruhun doğma məkanı bütün yer üzüdür” (420 BEƏ) (Palmer: 2003, s.3). Qlobal siyasi vəziyyətin dəyişməsi, Vestfaliyanın(1648) milli dövlət vətəndaşlığı fenomenindən 9/11 növ qeyri-dövlət terrorist oyunçularına kimi və NBK-nin qlobal inkişafa cəlb olunması ilə kimlik formulunun dəyişməsinə əlavə stimullar verir. Bu yolla, beynəlxalq arenada dəyişiklik - çoxtərəfli əməkdaşlığın məhdudlaşmasından kimlik formulunun daha mürəkkəb anlayışa(kosmopolitizm) dəyişməsini gətirir. Bu da bizim davranışımızın və ən yaxşı könüllü qlobal əməkdaşlığın formalaşması üçün ali dövlət məsələlərinə etibarı daha da gücləndirir.
Yeni minillikdən başlayaraq, ‘hər şeyin yüksəlişi’ şəbəkələşdirilmiş idarəetmədə qiymətləndirmə üzrə ən yaxşı məqsədə nail olmaq üçün ümumi kimliyin yaranmasını sürətləndirdi. Nəticə çıxarmaq olardı ki, kosmopolitizm intellektualların ideologiyası kimi, süni sərhədləri keçən ticarət yolu ilə dəstəklənən və sürətlənən qloballaşmadan çox əvvəllər meydana çıxmışdır. Lakin siyasi hakimiyyətlər tərəfindən heç bir hüquqi müdafiə tətbiq edilməmişdir.
Müxtəliflik və ziddiyyətlər səbəbindən bu arqumenti dəstəkləmək heç vaxt asan məsələ olmamışdır. Sosialist və kollektivist/kommunist alimlərin fikirlərinə görə, xüsusi kimlik yalnız xüsusi ərazidə yaşayan insanlarla formalaşıb və formalaşır. Bu, azad seçim və xarici faktorlara yer qoymadan, yanlış təsəvvür yaradır. Bu sponton konsepsiya da tam anlayışı təhrif etməklə, onu sıradan çıxarır. Bununla, mən o “qanun”u nəzərdə tuturam ki , fərdlərə cəmiyyətdə ziddiyyətli fikirlərlə dinc şəkidə ünsiyyət qurmaq imkanı yaradır (Ashford: 1999). Digər tərəfdən, şəxsi nöqteyi nəzərə görə, şəxslərin ÖZ fikirləri və özünüdərk qabiliyyəti var. Bu, kimliyin formalaşmasına təsir göstərməklə, onların davranışını və həyat yolunu şəkilləndirir və kollektivist arqumenti mürəkkəbləşdirir. Müxtəlif ölkələrdə yaşayan və işləyən fərqli mənşəli insanlarla bu arqument güclənir və birgə dəyərlərlə şəxsləri əlaqələndiən bir çıxış tapmağa çalışır – dildən ümumi mədəniyyətə qədər. Amartya Senin sözləri ilə desək, xüsusi fəaliyyətə bağlılıq bizə əlavə kimlik verə bilər. “Seçim” mövcudluğu onu formalaşdırır (Sen: 2005). Bu, həqiqətən, yeni oyun qaydasını qurmaq üçün ümumi elementləri bir araya gətirir.
Optimal ssenariyə nail olmaq üçün hələ irəlidə uzun yol var. Qlobal dünya haqqında qəti düşüncə olmayınca, dövlət suverenliyi və vətəndaşlıq meyarı normal hakimiyyət üçün legitimliyə əsaslanmayınca, ümumi qəbul olunmuş, müştərək institutlar ilə epistemik cəmiyyətlər və qlobal idarəetmə mexanizmi irəli getməyəcək. Əgər biz öz “vətənimizi” inkişaf etdirməyə çalışsaq, dilemma ortaya çıxacaq. Dəyərləri inkişaf edən dünyanın intellektual düşüncəsi deyir ki, sizin vətəniniz o yerdir ki, orada “maksimum tolerantlıqla” “sizin öz həyatınızı müəyyənləşdirmək üçün əsas azadlığınız var” (T.Vəliyev: 2009).
Burada faktiki böyük bir mif mövcuddur ki, o, milli dövlət səviyyəsindən kosmopolitizm ideyasını mürəkkəbləşdirir. Siyasi tarix bizə siyasi və hüquqi səviyyələrdə kosmoplit anlayışına aid arqumentləri rədd etmək fikrini öyrədir. Kosmoplit anlayışın genişlənməsi yalnız fəlsəfə və intellektualların mübahisələrində güclü olmuşdur. Bu yalnız yeni kimliyin formalaşması üzərində intellektuallar və siyasi xadimlər arasında mübahisə yarada bilər. İnkişaf edən vətəndaşlıq meyarı ilə hakimiyyəti itirməyə qorxan siyasi xadimlər yeni bərabərliyə aparan bir siyasətdə iştirak etməyə könülsüzdürlər. Bunu da xüsusi vurğulamaq lazımdır ki, kosmopolitizm müəyyən şəxslərin bəzi müqəddəs dəyərlərinin sıradan çıxarılması ilə meydana gəlmir.
Müxtəliflik həmişə əsasını xüsusi bir yerdən götürən spesifik mədəniyyət və dəyərlərin inhisarı və ya dominantlığına üstün gəlir. Özümüzü baş verən qlobal məsələlərdən təcrid etmək böyük risk yaradır. Mədəniyyət sindromu əhatəsində canlanma və separatizm bu məsələyə nümunə ola bilər. Bu təhlükədən yan keçmək və ya onu azaltmaq üçün yalnız bir yol var. Burada həlledici vurğulanmalı məsələ şəxsi dəyərləri ahəngə salmaqdır ki, bununla qlobal əməkdaşlığa hamar və asan yolla nail olunsun.
Bu gündən, yuxarıda qeyd olunan məsələnin baş verməsini müşahidə etmək üçün, dünyanın uğurlu və uğursuz hissələrinin müqayisəli analizini aparmaq mühüm məsələdir. Sadə formada, mən ilk növbədə buna ənənəvi modellə yanaşmaq istərdim: şəxslər xüsusi yurisdiksiyada ümumi irsi -dil, mədəniyyət, ənənə və bizim üçün mənası olan başqa amilləri bölüşürlər. Əgər bizim meyarımız tələb olunan mənşəyinə münasibətdə mühakimə olunan insanlara əsaslanarsa, qeyd etmək olar ki, homogen cəmiyyətdə assimiliyasiya elementi olmasa, mühacirlər üçün kimliyin formalaşması mürəkkəb və dolaşıq məsələdir. Səbəb odur ki, əldə olunmuş irsə əlavə, dəyərə əsaslanan düşüncə dərəcəsindən yüksəkdir. Ümumi fərqli mənzərə ilə müqayisədə, cəmiyyətin kifayət qədər fərqli olduğu yerdə müxtəlif mənşəyə malik insanlar üçün öz davranışlarında yeni kimliyi formalaşdırmaq asan olacaq.
Bu, ali dövlətin yaranmasına gətirir və mənşəyini suveren milli dövlət sindromundan götürən diskriminasiya faktorlarını dəyişikliyə aparır. Bu yeni günün ictimai mübahisəsi və arqumenti ən yüksək səviyyəli dəyərlərin mühümlüyünü, sülh və inkişaf üçün ən yaxşı inancları açıq şəkildə göstərir.
Uzun sözün qısası, arzulanan məqsəd ideal dünya qaydasını yaratmaqdır. İdeyalar ideologiyadan yaranır. O ideologiyadan ki, şəxsi qara qutunu formalaşdırır, könüllülük və rəhbərlik yuxarıdan aşağı formalaşır, onlar maddiləşir. Bu halda, kosmopolit kimliyi formalaşdırmaq davranışın məcburi yoludur ki, o, mənşəyini dəyər yaradılması əsasından götürür və bu, “geniş dünyaya məxsus olan fəal hissdir” (Tomlinson: 1999, 195).



