Hansı ölkədə qadın olmaq xoşbəxtlikdir?..
Səadət Cahangir, 10/5/13
“Əsl azadlığın açıq və sadə sistemi özü öz ahəngini yaradır” (Adam Smit)
Bu günlərdə "Save the Children Fund" təşkilatı dünyanın ana olmaq üçün ən yaxşı ölkələrinin siyahısını yayıb. Bu siyahıya görə ana olmaq üçün ən yaxşı birinci üç ölkə sırasına Finlandiya, İsveç və Norveç daxildir.
Dünyanın 176 ölkəsində keçirilən sorğuda təhsil, məvacib, qadınların siyasətdə təmsilçiliyi, ana və uşağın sağlıq durumu kimi faktorlar nəzərə alınıb.
“Kədərli elmin” liberalizmi
Məhəmməd Talıblı, 7/5/13
Bəşər övladı azad doğulduğu kimi azad da yaşamaq istəyir. Azadlığın dəyəri təkcə azad fəaliyyət, düşüncə sərbəstliyi və hərəkətlə məhdudlaşa bilməz. Çünki azadlıq anlayışı daha çox azad düşünmək və hərəkət sərbəstliyi tələb etdiyi halda, azad düşüncənin gerçəkləşməsi üçün azad iqtisadiyyat və onun güclü təminatı olmalıdır. İqtisadi təminat və uğuru doğran isə liberal dəyərlərdir. Liberal dəyərə sahib çıxan dövlətlərin sayının artması müasir tendensiyalar yaratmaqdadır.
KIassik liberalizm nədir?
Bu video Corc Meyson Universiteti Humanitar Elmlər Institutunun layihəsi olan Azadlığı Öyrənin (Learn Liberty) məhsuludur. Azərbaycan dilində Atlas Şəbəkəsi proqramı olan Azad Düşüncələr Assosiasiyası tərəfindən təqdim edilir.
İqtisadi artım keyfiyyəti (III hissə)
Məhəmməd Talıblı, 29/4/13
İqtisadi artımın səviyyəsi ilə bərabər, onun necə formalaşması mühümdür. Belə ki, ÜDM-in strukturunda elə disproporsional vəziyyət yarana bilər ki, onun pozitiv təsirindən neqativ çəkisi daha çox olar. Ölkələrin belə birtərəfli iqtisadi inkişafı digər sektorları tamamilə əhəmiyyətsizləşdirə bilər. Bir sektorun yüksək iqtisadi templəri digər sektorlardakı resursları sorub aparar. Sonda artan ÜDM-in spektrində yalnız bir sektorun “rəngi” görünə bilər.
İqtisadi artım keyfiyyəti (II hissə)
Məhəmməd Talıblı, 19/4/13
ÜDM-nin inersiya ilə artımı nə tənəzzüldən, nə də sürətlə artımı tərəqqidən xəbər verir. İqtisadi artım templəri ildən-ilə bir-birini əvəzləyən trendlərlə müşahidə oluna bilər. Yuxarıda qeyd etdiyimiz ABŞ-ın iqtisadi artımında radikal sıçrayışlar yoxdur. Hətta bəzi illərdə iqtisadi artım səviyyələri aşağı düşür. Əgər 2010-cu ildə ABŞ-da ÜDM-in artımı 2,9% və avrozonada isə 1,7% olmuşdusa, 2011-ci ildə bu rəqəmlər ABŞ-da 1,7% və avrozonada isə 1,5% olmuşdur.
İqtisadiyyatın keşikçiləri, yoxsa böyük israfçılar?..
Səadət Cahangir, 16/4/13
Bu yaxınlarda məşhur forumların birində belə bir disskusiyaya rast gəldim: günümüzdə insanı daha çox nə xoşbəxt edə bilər və pulun xoşbəxtlikdə payı nə qədərdir? Mövzu ilə bağlı sonsuz sayda cavablar verilmişdi-məntiqli və ya məntiqsiz. Bir cavab diqqətimi çəkdi. “İnsanı daha çox ədalətli cəmiyyət xoşbəxt edə bilər, çünki o, olan yerdə insanın dəyəri ən düzgün ölçüdə verilir və hər kəs qabiliyyətinə görə mükafatlandırılır”.
İqtisadi artım keyfiyyəti (I hissə)
Məhəmməd Talıblı, 10/4/13
Tez-tez eşidilən ifadədir. İqtisadi artımımız bu qədər artdı, ÜDM əvvəlki illərə nisbətdə bu qədər yüksəldi və s.. İqtisadi artım ifadəsi 2 formada anlaşıla bilir. Birincisi, peşəkar iqtisadçıların bunu necə qiymətləndirməsi və təhlillər fərqli mənzərəni ortaya çıxarır. İkincisi, sadə vətəndaşın özü üçün çıxardığı dərslərdir. Yəni, sadə vətəndaş düşünür ki, ölkədə ÜDM 2 dəfə artırsa, demək mənim həyatımda iqtisadi artım 2 dəfə yüksəlir. Bəzən isə düşüncələrdə iqtisadi artım iqtisadi inkişafın özü kimi beyinlərdə assosiasiya olunur.
Hüquq və mənəviyyat bir-birinə ziddirsə...
Səadət Cahangir, 1/4/13
“Əgər hüquq və mənəviyyat bir-birinə ziddirsə, vətəndaş qəddar bir seçim qarşısındadır-o ya əxlaq hissindən, ya da hüquqa hörmətdən imtina etməlidir”(F. Bastiat)
Eyni motivlə baş vermiş iki ayrı hadisəyə fərqli hüquqi yanaşma sizdə hansı təsəvvür yaradar? Aydınlıq üçün yaxın zamanlarda baş vermiş, hər kəsin xəbərdar olduğu iki qəza hadisəsini misal gətirəcəyəm. Xatırladığınız kimi, ötən ilin payızında gənc müxalif siyasi fəallardan biri avtomobil qəzası törətmişdi.
İqtisadiyyatda insan dəyəri
Məhəmməd Talıblı, 25/3/13
Ötən həftə BMT-nin İnkişaf Proqramı 2013-cü il üçün özünün İnsan İnkişafı İndeksinin 23-cü hesabatını açıqladı. İlk ənənəvi yanaşma bundan ibarət olur ki, görəsən, bu hesabatda ölkəmizin mövqeyi haradadır? Əslində insanın dəyərli bir kapital kimi və iqtisadiyyatda onun rolu haqqında danışmaq istəyərkən, bu hesabat ona bir vasitə oldu.
Qanunverici maşının mexanizmi olmaq...
Səadət Cahangir, 21/3/13
Bu yaxınlarda keçmiş vicdan məhbuslarından biri həbsxana həyatı ilə bağlı xatirələrini anladan zaman bir məsələ xüsusi diqqətimi çəkdi. Yaşadığı cəmiyyətdə öz hüquqlarının qorunması naminə kiçik bir addım atmağa belə tənbəllik edən insanlar, həbsxanaya düşəndə daha artıq əzilirlər. Çünki orada ədalət buradan daha pozğun, qanun daha tapdanmış, hüquq daha deformasiya olunmuş durumdadır.








