Yeni sivil cəmiyyət: Siyasətsiz nələr etmək olar?

Rəşad Şirinov, 15/03/2010

Bu yaxınlarda çox hörmətli ziyalımız politoloq Leyla Əliyeva məni maraqlı bir konfransa dəvət etdi. Konfrans (dəyirmi masa) Azərbaycanda vətəndaş cəmiyyətinin mümkün yeni rolu ilə bağlı idi. Orada səsləndirdiyim bəzi fikirləri daha geniş kütlə ilə bölüşmək istəyirəm.

CinemAN və FMA-nın birgə kino seansı!

Əziz dostlar,

bu həftədən FMA yeni "Liberty Pictures" layihəsini başlayır. Biz kino vasitəsilə öz ideyalarımızı Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinə, xüsusilə də gənclərə çatdırmaq çalışırıq.

CinemAN-la əməkdaşlıqda keçiriləcək birinci seansda məhşur Amerikalı aktyoru Vil Smitin iştirakı ilə 2006-cı ilin ən uğurlu filmlərindən biri olan The Pursuit of Happiness ("Xoşbəxtlik təqibi") filmini göstərəcəyik.

Modernlik və demokratiya yoxsa post-modernlik və azadlıq?

Rəşad Şirinov, 23/02/2010

Qlobal düşüncə axınlarından uzaqda qalmış ölkəmizdə bəzən siyasət fəlsəfəsi ilə bağlı söhbət açmaq tamamilə yerinə düşür. Və həqiqətən də çox üzücüdür ki, artıq nə intellektual çevrələrdə nə də mediada (həm elektron həm də çap) fikir hərəkatlarıyıa bağlı sanballı, ciddi təhlillərə rast gəlmək ehtimalı çox azdır, demək olar ki imkansızdır.

“Brokerlərlə” ÜTT prinsiplərinə yoxsa himayəçiliyə doğru…?

Drako, 03/02/2010

Son on ildən çox müddət ərzində Azərbaycanın ÜTT-ya qəbulu gündəmin formalaşdırılmasında böyük söz sahibi olan və eyni zamanda şəxsi maraqlarını güdən hökumət rəsmiləri arasında maraq toqquşmasına səbəb olmuşdur. Yalnız danışıqlar prosesindən ibarət olan hazırki ticarət siyasəti ÜTT-nın prinsiplərinə zidd mövqe ortaya qoymaqdadır. Bu hal daha geniş himayəçilik meyllərinə rəvac verir. Son vaxtlar, qonşu dövlətlərlə sərhəddə “brokerlərin” peyda olması ÜTT prinsiplərinin gömrük birliklərinə tətbiqi ilə bağlı yaranmış paradoksal vəziyyətə misal ola bilər.

Leonard Ridin məhşur "Mən, Karandaş" əsəri saytımızda

Leonard Ridin “Mən, Karandaş” adlanan heyrətamiz hekayəsi klassik əsərə çevrilmişdir və buna layiqdir. Həm Adam Smitin “gözəgörünməz əl” ifadəsinin mənasını – məcburiyyət olmadan əməkdaşlığın mümkünlüyünü, – həm də Fridrix Hayekin geniş yayılmış biliklərin vacibliyini və “fərdləri heç kimin onlara nə etmək lazım olduğunu demədən arzu olunan şeyləri etməyə məcbur edən” informasiyanın ötürülməsində qiymət sisteminin rolunu belə yığcam, inandırıcı və effektli surətdə nümayiş etdirən ikinci əbədi əsər tapmaq çətindir.

Proteksionizm və iqtisadi böhran

Azadlıq Çırağı videosu “Proteksionizm və iqtisadi böhran

Bu videoda Böyük tənəzzül və bugünki maliyyə böhranı arasında müqayisə aparilir, dövlət müdaxiləsinin və proteksionizmin rolları göstərilir. Süni ticarət məhdudiyyətlərinin iqtisadi artım və inkişaf üçün təhlükəli olması sübut olunur.

Vəbanın hökm sürdüyü zamanın ümidləri

Temba Nolutshungu, 25/05/09

Demək olar ki, son on ildən bəri dünyanın hər bir ölkəsində iqtisadi yüksəliş qeydə alınıb, hətta indiki tənəzzülü hesaba alsaq belə.  Buna baxmayaraq, bütün ölkələrin mövcud rəqəmləri ilə müqayisədə ən pis  göstəriciyə malik olan Zimbabve əhalisi öz gəlirlərinin 2-3 dəfədən artıq azaldığını müşahidə edir. Lakin onlar indiki imkanla belə öz vətənlərini qoruyub saxlaya bilirlər.

Erik Qartzkenin “İqtisadi azadlıq və sülh" əsəri Azərbaycan dilində

Bugünkü güclü dövlətlərin öz sələflərinə nisbətən daha az davakar olması səbəblərinin dərk edilməsi sülhü qorumaq və onun bəhrələrindən daha çox yararlanmaq üçün önəmlidir...Klassik liberal nəzəriyyə sülhün şərhi üçün iki istiqamət müəyyən etmişdir ki, bunlardan biri əsas diqqəti dövlətin forma və praktikasına, ikincisi isə azad bazarlara və özəl mülkiyyətə yönəldir.

Kimliyin dəyişməsi nə üçündür?

15/05/09

Kimlik şəxsiyyətin müəyyən olunmasıdır. Demək sadə olsa da, kimlik ifadəsində faktorları əlaqələndirmək mürəkkəb məsələdir. Bu mürəkkəb həyatda şəxsi vətəndaşlıq artıq milli dövlət meyarı ilə müəyyən olunmur. Onsuz da, bu, dövlətlər üçün yeni bir problemə və dilemmaya çevrilib. Azadlıq və yeni inkişaf yolu üzrə seçimlərin tapılması status-kvoda dəyişikliyə şərait yaratmaq üçün olduqca önəmlidir.

Boşluq

Səadət Cahangir, 20/04/09

Qar yağır... Ağappaq gecənin ortasında bir qaraltı... Külək uğuldayır.. Qaraltı asılı qaldığı boşluqda sahibsiz köynək kimi yellənir...çırpılır. Çaşqın, içi bomboş...yaddaşı donmuş... səslənəcəyi kimsə qalmamış...Gedəcək yer yox... Nəfəssizlik, ölgünlük hiss etdi. Əlini ürəyinə  apardı. Nə bir vurğu, nə bir döyüntü...Yoxsa, çoxdandır bu paltarın içində ölüylə dolaşırmış?.. Qaraltısından hürkdü.

Syndicate content