Ərzaq təhlükəsizliyi; təhdidlər və imkanlar (II Hissə)

Məhəmməd Talıblı, 17/4/14

Ərzaq təhlükəsizliyi kimi strateji hədəflərindən birinin həllinə nail olmaq istəyən Azərbaycan üçün əsas imkanlardan biri də qlobal miqyaslı təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyətdən keçir. Bunun üçün etiraf edək ki, başlanğıc addımlar da atılmışdır. Hətta 18 il bundan öncə Azərbaycan beynəlxalq konvensiyalara qoşulması ilə bağlı(1996) üzərinə öhdəlik götürüb. Həmin il “Dünya ərzaq təhlükəsizliyi haqqında Roma Bəyannaməsi” adlanan sənədə 173 iştirakçı ölkə qoşulmuşdur. Bu sənəddə ölkəmiz əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək istiqamətində qlobal miqyasda səylərinin davam etdirəcəyini  bəyan edib.

Demokratiya dalğasına qarşı yeni silah...

Səadət Cahangir, 14/4/14

Qızıldərili qəbiləsində qış hazırlığı başlamışdı. Üzvlərdən biri rəisinin yanına gəlib soruşdu: “ Rəis, bu qış necə keçər?” Rəis cavab verdi: ”Bu qış çətin keçəcək, odun toplayın...” Sonra üzvlərdən başqa biri rəisinin yanına gəlib soruşdu: “ Rəis bu qış necə keçər?”  Yenə cavab eyni olur: “Bu qış çox çətin keçəcək, çox odun toplayın...” Rəis işi şansa buraxmayıb meteorolojini axtarıb soruşur: “Bu qış necə keçər?” Oradan da deyirlər: “Bu qış çox çətin keçəcək...”

Aradan 1 həftə keçir , üzvlərdən biri təkrar rəisinin yanına çıxıb soruşar: “ Rəis, bu qış necə keçər?” Rəis cavab verir:” Bu qış çətin keçəcək, lap çox odun toplayın...”

Ərzaq təhlükəsizliyi; təhdidlər və imkanlar (I Hissə)

Məhəmməd Talıblı, 11/4/14

Ərzaq təhlükəsizliyi iqtisadi təhlükəsizlik problemidir. Təhlükəsizlik amili xarici və daxili olmaqla bütöv bir sistem yaradır. Ərzaq təhlükəsizliyi daxili təhlükəsizlik amilidir. Daxili təhlükəsizlik siyasətinin həyata keçirilməsinin məqsədi sistemi və ya dövləti risklərdən qorumaqdır. Bu baxımdan ərzaq təhlükəsizliyi məsələsinə yanaşsaq, onda belə bir fikrə gələrik; məcmu istehlakı idxal asılılığından azaltmaqla yerdə qalan tələbatın yerli istehsal hesabına təmin edilməsi. Bu kombinasiya elə effektiv həyata keçirilməlidir ki, ölkənin təhlükəsizlik sistemi böhranla rastlaşmasın.

Robinzon kimi tənha adada...

Səadət Cahangir, 3/4/14

Dünya sivilizasiyasından təcrid olunmuş şəkildə yaşamaq mümkündürmü? Fiziki mövcudluq baxımından,  bunun imkansız olduğunu kimsə iddia edə bilməz. Sadəcə, Robinzon Kruzonu xatırlayıb, məsələyə nöqtə qoymaq olar. Yəni belə nöqtə qoymaq olar: dünyadan təcrid olunmuş şəkildə yaşaya bilərsiniz, amma tənha bir adaya çəkilib, varlığı ilə yoxluğu bilinməyən Robinzondan heç fərqiniz qalmaz.

Azadlığın meyvəsi-iqtisadi rifah

Səadət Cahangir, 28/3/14

“Mənəvi olan şey siyasi azadlıq və iqtisadi rifah arasındakı əlaqədir, onlar eyni şey deyildir. İqtisadi rifah azadlığın nəticəsidir.  İş yerlərinin yaradılması dövlətin rolu deyil. İşlərin dayanıqlı olması üçün onlar özəl sektor tərəfindən yaradılmalıdır. Dövlətin yaratdığı işlər vergi ödəyicilərinin xərci və subsidiyalaşan işsizliyin miqdarı hesabına meydana gəlir. Davamsız olmaqla onlar müsbət nəticələrə malik deyil. Özəl sektor sərvətin, dövlət sektoru isə istehlakçının əsas yaradıcısıdır”.

Azərbaycan strateji seçim anında (II hissə)

Məhəmməd Talıblı, 27/3/14

Bəzən assosiativ saziş və strateji əməkdaşlıq sazişlərinin fərqləri  böyükdür. Assosiativ saziş konkret sahələr üzrə öhdəliklərin icra edilməsi haqqında razılaşmadır. Strateji əməkdaşlıq isə AB-nin Azərbaycanı itirməməsi üçün formal münasibətləri tənzimləyən və üzərinə heç bir öhdəlik götürməyən razılaşmadır. Bu razılaşma isə daha çox ona hesablanıb ki, Azərbaycan assosiativ sazişə imza atana qədər əməkdaşlığın edilməsidir. Burada Avropanın minimum maraqları təmin olunur: Azərbaycanı tamamilə itirməmək üçün onu  Rusiyanın “qucağına” atmaqdan qorumaq!

Azərbaycan strateji seçim anında (I hissə)

Məhəmməd Talıblı, 17/3/14

Avropa ilə münasibətlərdən söz düşəndə, hamımız ona inteqrasiyanın vacibliyindən danışırıq. Bəzən ifadə yanlışlığı məzmun anlaşılmazlığına gətirib çıxarır. İfadə olaraq dəqiqləşdirməyimizə ehtiyac var. Bu mənada “Avropaya inteqrasiya” uğurlu ifadə sayıla bilməz. Çünki Avropa deyəndə ilk olaraq onun coğrafi ərazisi və əhatəliliyi göz önünə gəlir. Yəni o, ərazi olaraq müəyyən coğrafi sahəni əhatə etdiyindən, ona interqasiya haqqında da məzmun baxımından danışmaq düzgün olmazdı.

Mərhəmət aranan ölkə

Səadət Cahangir, 13/3/14

“Köpəyə verilən sümük xeyirxahlıq deyil. Xeyirxahlıq siz də köpək qədər ac ikən paylaşılan sümükdür” - Cek London

Yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılan heyvanlara işgəncə verilməsi ilə bağlı məsələ diqqətimi çəkdi. Bu qanun qəbul olunduğu halda, heyvanlara işgəncə verən şəxslər 2 il həbs cəzası alacaq. Əslində, bu ölkədə Heyvanların qorunması haqqında qanun var. Amma o, işgəncə məsələsinə görə yalnız konkret cərimələr nəzərdə tutur. Zaman-zaman qanunun dəyişməsini israr edən heyvansevərlər onu sadistləri himayə edən qanun kimi dəyərləndirirlər. Onlar bəzi ağılalmaz işgəncə hallarında günahkarı yalnız cərimələməklə kifayətlənən qanuna ironiya ilə “Afərin oğlum qanunu” və ya “Heyvanları Qoru-MA qanunu” adı vermişlər.

Talon sistemindən bazar sisteminə

Səadət Cahangir, 7/3/14

Biz uzun illər sovet sistemində yaşamış adamlarıq.  Zamanında “bazar” sözünün təhrif olunmuş mənasına aldanmışıq. Ət və yağ kimi önəmli ərzaq məhsullarının aylıq talonlar əsasında satıldığı bir cəmiyyətdə, “bazar qiyməti” ifadəsi də boşuna yaranmayıb. O zamankı anlamında bu, yüksək bahalığı işarət edən bir ifadə kimi işlənirdi. Maddi rifahın gülünc “talon qaydaları” ilə qidalanan, hər fürsətdə bazarın od qiymətlərinin əl yandırdığından gileylənən bir nəsil böyütmüşdü sovet cəmiyyəti.

İntihar - sosial problemlərin böhranı (III hissə)

Məhəmməd Talıblı, 5/3/2014

Azərbaycanda intihara cəhdlər və faktlar. Cəmiyyətdə zorakı metodlar insanları bezdirəcək səviyyədə tüğyan etdiyinə görə, intihar halları daha çox kütləvi hal almağa başlayıb. Əgər bir məmləkətdə intihara kütləvi cəhdlər varsa və belə cəhdlərin əksəriyyəti fakta çevrilirsə, bu həmin ölkənin yaşamaq üçün yararsız olması anlamına gələ bilər. Psixoloqların rəyinə görə, dünyada intihar cəhdlərinin təxminən 10 faizi ölümlə nəticələnir.

Syndicate content