Mərhəmət aranan ölkə

Səadət Cahangir, 13/3/14

“Köpəyə verilən sümük xeyirxahlıq deyil. Xeyirxahlıq siz də köpək qədər ac ikən paylaşılan sümükdür” - Cek London

Yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılan heyvanlara işgəncə verilməsi ilə bağlı məsələ diqqətimi çəkdi. Bu qanun qəbul olunduğu halda, heyvanlara işgəncə verən şəxslər 2 il həbs cəzası alacaq. Əslində, bu ölkədə Heyvanların qorunması haqqında qanun var. Amma o, işgəncə məsələsinə görə yalnız konkret cərimələr nəzərdə tutur. Zaman-zaman qanunun dəyişməsini israr edən heyvansevərlər onu sadistləri himayə edən qanun kimi dəyərləndirirlər. Onlar bəzi ağılalmaz işgəncə hallarında günahkarı yalnız cərimələməklə kifayətlənən qanuna ironiya ilə “Afərin oğlum qanunu” və ya “Heyvanları Qoru-MA qanunu” adı vermişlər.

Talon sistemindən bazar sisteminə

Səadət Cahangir, 7/3/14

Biz uzun illər sovet sistemində yaşamış adamlarıq.  Zamanında “bazar” sözünün təhrif olunmuş mənasına aldanmışıq. Ət və yağ kimi önəmli ərzaq məhsullarının aylıq talonlar əsasında satıldığı bir cəmiyyətdə, “bazar qiyməti” ifadəsi də boşuna yaranmayıb. O zamankı anlamında bu, yüksək bahalığı işarət edən bir ifadə kimi işlənirdi. Maddi rifahın gülünc “talon qaydaları” ilə qidalanan, hər fürsətdə bazarın od qiymətlərinin əl yandırdığından gileylənən bir nəsil böyütmüşdü sovet cəmiyyəti.

İntihar - sosial problemlərin böhranı (III hissə)

Məhəmməd Talıblı, 5/3/2014

Azərbaycanda intihara cəhdlər və faktlar. Cəmiyyətdə zorakı metodlar insanları bezdirəcək səviyyədə tüğyan etdiyinə görə, intihar halları daha çox kütləvi hal almağa başlayıb. Əgər bir məmləkətdə intihara kütləvi cəhdlər varsa və belə cəhdlərin əksəriyyəti fakta çevrilirsə, bu həmin ölkənin yaşamaq üçün yararsız olması anlamına gələ bilər. Psixoloqların rəyinə görə, dünyada intihar cəhdlərinin təxminən 10 faizi ölümlə nəticələnir.

İntihar - sosial problemlərin böhranı (II hissə)

Məhəmməd Talıblı, 26/2/14

İdarəetmə ilə bağlı böhranlı vəziyyətin hökm sürməsi və məmurların vətəndaşlara qarşı haqsız davranışı çıxılmaz durumda olan vətəndaşın intihara əl atmasına səbəb olur. Azərbaycan reallığında bu hal da daha çox müşahidə olunan intiharların motivi hesab oluna bilər. Ona görə, effektiv idarəetmə sistemi qurulmayınca, məmurun vətəndaşların rəyindən asılı olduğunu tam anlamayınca və öz işinin öhdəsindən gələ bilməyən belə məmurlara qarşı cəza təbirləri olmayınca, bu intihar dalğası dayanmayacaq.

Dünyanı dəyişən simalardan biri-Zukerberq

Səadət Cahangir, 24/2/14

Hər kəs razılaşar ki, bu gün çeviklik baxımından dünyanın informasiya dəyirmanı rolunu oynayan sosial şəbəkələrin rəqabəti yoxdur. Bu sehrli məkan qitələrarası məsafələri belə an ilə qət etmək imkanı verir. Bakıda başından keçən hansı macəradan söz açsan, məsələdən eyni anda bir afrikalı da xəbər tuta bilər.

Ötən ilin hesablamalarına görə hazırda ən populyar sosial şəbəkə sayılan “Facebook”un yaradıcısı  Mark Zukerberq Amerikanın 50 ən səxavətli xeyriyyəçisi arasında birinci  olub. O, bu birinciliyi xanımı Prisilla Çan ilə birlikdə  Silikon vadisində qeyri-kommersiya təşkilatına ianə etdiyi bir milyard dollar sayəsində əldə edib. Amerika xeyriyyəçilərinin orta yaşı 72 hesab olunduğuna görə, 30 yaşlı Zukerberq və Çan həm də ölkənin ən gənc xeyriyyəçiləridir.

İntihar - sosial problemlərin böhranı (I hissə)

Məhəmməd Talıblı, 20/2/14

Son günlər cəmiyyətdə ardıcıl olaraq intihar faktlarının qeydə alınması və onun ətrafındakı ictimai ajiotaj müşahidə olunmaqdadır. İntihar hallarının epizodik deyil, daha çox kütləvi hal alması onu deməyə əsas verir ki, bu təkcə insanların psixi durumu olan xəstəlik halı deyil, motivi çoxcəhətli olmaqla, kütləvi hal alan intihar dalğasıdır. Əgər intiharların səbəbləri sırasında gənclərin sentimental hissləri və ya platonik sevgi duyğuları olsaydı, bunu hər hansı bir şəxsin daxili dünyasının böhranı və emosiyası ilə əlaqələndirmək olardı.

Neft şirkətlərində işçi standartı

Məhəmməd Talıblı, 14/2/14

Ölkə iqtisadiyyatını lokomotivi neft sektorudur. Neft sektorunda çalışan işçilərin sayı və şirkətlərə qazandırdıqları hər zaman müzakirə predmeti olub. İndi həmin mövzuya ölkə ictimaiyyəti yenidən qayıdıb. Çünki yeganə milli neft şirkəti olan ARDNŞ-də artıq ixtisarlara start verilib. Bu problemin özü xeyli əvvəlki illərə gedib çıxır. Yəni vaxtı ilə neft şirkətində nəzərdə tutulmuş işçi heyətindən artıq ştata işçi götürülmüşdü. İndi də əvvəlki neft hasilatı yoxdur və xərclərin azaldılması üçün ixtisarlar gündəmə gəlib. Menecment baxımından yanaşsaq, işçi heyəti ilə müəssisələrin gəlirləri arasında həmişə optimal nisbət nəzərə alınmalıdır.

Ukraynanı ciddi qəbul edin

12/2/14, Pyotr Qovorov

Kievin əsas küçəsi olan Xreşçatyik ilə Azadlıq Meydanı tərəfə yürüyərək cox cüzi baryerlərə rast gəlinir. Onlardan biri kamuflaj geyinən gənc oğlandır.

Kiev bu gün israrlıdır. Prostest edən xalq noyabr ayından Meydan ərazisini ələ keçirmişdir. İlk öncə onların sloqanı “Avropa İttifaqı ilə Birləşmək” idi ki, EvroMeydan adlandırılmdı.

Lakin o vaxtdan sonra bir çox məqamlar dəyişdi.

Hüquq pozuntuları ilə yeni yarışmaya...

Səadət Cahangir, 11/2/14

İki il öncə Bakıda keçirilən “Eurovision” beynəlxalq musiqi yarışması ərəfəsində paytaxtda aparılan söküntü işləri yadınızdadır. Həmin acınacaqlı mənzərələr yenidən şəhəri toz-dumana bürüyüb. Ölkəmiz yeni bir beynəlxalq yarışa hazırlaşır. 2015-ci ilin iyununda Bakıda ilk dəfə Avropa Olimpiya Oyunları keçiriləcək. Təəssüf ki, şəhər əhalisi belə böyük bir idman tədbirinin həyəcanını yaşamaq yerinə, sökülən binaların, zorakı köçürülmələrin, pozulan mülkiyyət hüquqlarının üzüntüsü içindədir yenidən. Artıq bu söküntülərin iki nəfər qurbanı da var. Keçən həftə uçurulan binanın yanlışlıqla yola aşması nəticəsində iki gənc dağıntıların altında qalıb həyatını itirdi.

Müqavilələr - iqtisadi həyatın təminatı!

Səadət Cahangir, 5/2/14

Müasir dünya iqtisadiyyatını müqavilə sistemi olmadan necə təsəvvür edərsiniz? Təbii, bu barədə heç danışmağa dəyməz. Britaniya alimi Henri Sammer  Meyn deyirdi ki, sivilizasiyanın tarixi status cəmiyyətinin müqavilə cəmiyyəti ilə əvəzlənməsi olmuşdur. Yəni bununla hər bir insanın anadan olduğu yer və statusu ilə müəyyənləşdirildiyi cəmiyyətdən, fərdlər arasında əlaqələrin azad razılıq və icazə əsasında müəyyənləşdirildiyi digər bir cəmiyyətə keçid baş vermişdir.

Syndicate content