Təhsil sistemi və fiskal siyasət

Məhəmməd Talibli, 17/12/13

Təhsil siyasəti özlüyündə strateji hədəfləri olan siyasət olmalıdır. Yəni, qısa vədəli planlardan daha çox uzunmüddətli hədəfləri olmalıdır. Bununla bağlı məşhur bir aforizm var: “ Bir illik planın varsa, taxıl ək, əgər 10 illik planın varsa, bağ sal, əgər 100 illik planın varsa, o zaman insanlara təhsil ver”. Amma dövlətlərin təhsil sistemini fiskal siyasətdən kənarda təsəvvür etmək doğru olmazdı. Yəni dövlət büdcəsi hesabına təhsil xərclərinin artımı və onun nəticələrinin ölçülə bilən olmasını təmin etmək, dövlət büdcəsindən və ya büdcədənkənar fondlardan təhsilə ayrılan xərclərin ÜDM-də payına diqqət yetirmək lazımdır. Bu kontekstdən yanaşanda məlum olacaq ki, bizdə vəziyyət heç də ürəkaçan deyil. Hazırkı vəziyyətdə təhsil xərcləri bizdə ÜDM-nin 3-4 % həddindədir.

“Neft lənəti” gətirdiyi bəlalar...

Səadət Cahangir, 13/12/13

Hamı Ukraynadan danışır. Orada meydana əfsanəvi xalq liderlərinin çıxdığı, onların hansısa qeyri-adi keyfiyyətləri, az qala çörək yeyib, su içmədiyi qədər fərqli olduqları böyük bir həyəcanla anladılır yaxın çevrəmizdə. Amma bu həyəcan da səbəbsiz deyil –meydanda yüz minlərin etirazını sərgiləyən mənzərə var. Doğrudanmı, bu böyük etiraz dalğası məhz o məşhur simaların səyləri sayəsində baş verir? Xeyr, bu, olsa-olsa məlum şəraiti stimullaşdıran səbəblərdən biridir. Sanki bizdə meydana çıxanlar arasında belə tanınmış simalar azdı?.. Bəs niyə illərdir baş verən etiraz dalğalarının sonunda uğurlu nəticə çıxmır ortaya? Bəlkə çeşidli səbəblər var, amma məsələnin kökü “neft lənəti” adlı bəladadır ki, onun xalqın başına gətirdiyi oyunları da yalnız xalqın öz kütləvi etirazı poza bilər...

Qiymət artımı və liberal iqtisadiyyat yolu

Məhəmməd Talıblı, 9/12/13

Ötən həftə bizdə enerji daşıyıcılarının qiymət artımı baş verdi. Bunun cəmiyyətdə sosial və iqtisadi əsasları haqqında çoxlu fikir demək olar. Amma bunun iqtisadi əsasların daha çox Tarif Şurası müəyyənləşdirir. Ümumiyyətlə, dünyada Tarif Şuralarının fəaliyyət istiqamətləri və funksionallığı tamamilə başqa prinsiplər üzərində qurulub. Tarif Şurası sadəcə İİN-nin nəzdində fəaliyyət göstərən qurumdur. Onun adından qərar verənlər ölkədə fiskal qurumların rəhbərləridir. Hətta MDB-nin bəzi respublikalarında bu qurum sərbəst fəaliyyət göstərir və heç bir dövlət qurumunun təsiri altında qərar vermir.

Dünyanın dəyişən havası...

Səadət Cahangir, 5/12/13

Səksəninci illər sovetlər məkanında “siyasi zəlzələ” başlayanda elə təsəvvür yarandı ki, artıq köhnə dünya ilə həmişəlik vidalaşmağın zamanı çatıb və bizi yalnız gözəl  günlər gözləyir. Kim bilirdi ki, köhnəlikdən və istibdaddan qurtulmağın yolu bu qədər əzablı olacaq. Kim bilirdi ki, sovetlər adlanan div bir imperiyanın əllərindən qurtulub rahat nəfəs almağa macal tapmamış, başımıza yeni-yeni bəlalar gələcək. Kim bilirdi ki, bu sosializm deyilən zəhrimarın beyinlərdə kök salmış dərin zoğlarını təmizləmək hələ neçə illər vaxt aparacaq...

Azadlıq, yoxsa kolbasa bolluğu...(III hissə)

Məhəmməd Talıblı, 26/11/13

Mövzunun leytmotivi olduqca sadədir. Ölkədə azadlıq yoxdursa, amma yüksək maddi təminat və onu simvollaşdırılan “kolbasa bolluğu” mövcuddursa, bu cəmiyyətin “mədəsi” üçün yetərlidirmi? Bununla cəmiyyət bir sosial orqanizm olaraq özünü xoşbəxt hesab edə bilərmi? Fikrimcə, xeyr! Bir anlığa düşünək ki, cəmiyyətdə heç bir azadlıq yoxdur, amma iqtisadi rifah səviyyəsi yüksəkdir. Əslində,  azadlığın sərhədləri genişləndikcə insanların rifahı səviyyəsi artır. Hər cür azadlıqlardan məhrum olan cəmiyyətdə heç bir yüksək səviyyəli rifahdan danışmaq mümkün ola bilməz. Azadlığın sərhədləri ildən-ilə genişləndikcə, insanın azad təşəbbüsləri və istəkləri də ona adekvat artır. Ona görə, azadlıqlar uğrunda mübarizə davamlı (permanent) proses olmalıdır.

Söz yarası öldürməz, amma...

Səadət Cahangir, 21/11/13

Dünyada söz davası, bəlkə də, elə söz yarandığı gündən başlayıb. Söz azadlığı hər bir insanın təməl haqqıdır, doğru. Öz haqqının müdafiəsi üçün səsini çıxara bilməyən, sözünə qadağa qoyulan ölkədə insan necə azad ola bilər? Amma söz həm də bir silahdır axı, öldürməz, amma öldürməkdən betər edər. Heç şübhəsiz, dünyanın bütün totalitar cəmiyyətlərində səlahiyyət sahiblərinin sözdən qorxması boşuna deyil. Həqiqi mənada, sözün böyük davalarda ən kəskin silah qədər gücə sahib olduğu hər zaman özünü doğrudur.

Azadlıq, yoxsa kolbasa bolluğu...(II hissə)

Məhəmməd Talıblı, 16/11/13

Ədalətli cəmiyyət konstitusiya ilə bütün növ hüquqları və sosial təminatı özündə ehtiva edən cəmiyyət deyildir. Konstitusiya ilə insanlar üçün nəzərdə tutulan azadlıqlardan bəhs edilməsi hələ onların bizə verilməsi anlamına gəlmir. Hətta ən yüksək səviyyədə hüquqların təsbit olunduğu hüquqi sənədlər də xalqların azadlıq ideyaları ilə birbaşa bağlı olduğunu sübut etmir. Çoxlu sayda ölkələrin tarixi göstərir ki, hüquqların tapdandığı dövlətlərin hüquq sistemlərinin məzmunu azadlıqların ali təminatını yaradan ölkələrdən heç də geri qalmır. Amma belə ölkələrdə minimal azadlıqlardan belə danışmaq mümkün  olmur.

Zənginliyin və bolluğun açarı...

Səadət Cahangir, 11/11/13

Gözəl biznes mühiti zənginlik və bolluğun açarıdır. Dünya yaranandan yalnız sahibkarlığa normal şərait yaratmış və geniş imkanlar açmış ölkələr xoşbəxtliyin yolunu tapıb irəli getmişlər. Uzaq sərhədləri aşan və min kilometrlərlə məsafələrdəki insanları yaxınlaşdıran, şübhəsiz, iqtisadi çiçəklənməyə əsas yaradan biznesin gücüdür.

Bu gün dünyanı bir düymənin möcüzəsinə bağlayan texnoloji inqilabların sirrini də, təbii, azad biznesin inkişafında aramaq lazımdır. Məhz bu texnoloji sıçrayışlar sayəsində, demək olar ki, dünyanın informasiya məkanı hər gün işıq sürəti ilə dəyişir. Əldə olunan uğurların parlaq nəticələri də göz önündə...

Azadlıq, yoxsa kolbasa bolluğu...(I hissə)

Məhəmməd Talıblı, 6/11/13

Azadlıq haqqında bütün insanlar düşünür. Onların bir qismi yalnız azadlığın boğulmasını tez-tez gördükcə, buna ehtiyacın nə qədər böyük olduğunun fərqinə varır. Başqa birisi azadlığın gərəksiz bir ideya olduğunu zənn edir, amma öz təcrübəsində adi bir hadisə ilə üzləşib, azadlığın olmadığına görə həyatı cəhənnəmə çevriləndən sonra onu dəyərini yenidən kəşf edir. Əslində, azadlığın bir dəyər olaraq cəmiyyətdə təşəkkül tapmaması cəmiyyətin təkcə mənəvi deyil, hüquqi, siyasi, iqtisadi azadlıqlarının sərhədlərinin nə qədər dar olduğunu göstərir.

Qanunsuz və zorsuz harmoniyada…

Səadət Cahangir, 27/10/13

İnsan azadlığı və insan haqları prinsipləri hələ çox qədimlərdən dünya filosoflarının diqqətini çəkən mövzulardan olub. Bu bəşəri dəyərlərlə bağlı mühüm təlimlərin əsasən qərbdə yarandığı məlum olsa da, o, heç də şərq filosoflarının yaradıcılığından yan keçməyib. Hələ eramızdan əvvəl təxminən 6-cı əsrdə yaşamış Çin filosofu Lao Tzu yazırdı ki, “qanun və zor olmadan insanlar harmoniyada yaşayardı”. Şərqli düşüncə adamının fəlsəfi fikirlərinə münasibətini bildirən amerikan alimi Deyvid Boaz deyir ki, “ Tao fəlsəfəsi şərq fəlsəfəsi ilə əlaqəli olan mənəvi aydınlığın klassik bəyanatıdır”.

Syndicate content