Azadlıq, yoxsa kolbasa bolluğu...(I hissə)

Məhəmməd Talıblı, 6/11/13

Azadlıq haqqında bütün insanlar düşünür. Onların bir qismi yalnız azadlığın boğulmasını tez-tez gördükcə, buna ehtiyacın nə qədər böyük olduğunun fərqinə varır. Başqa birisi azadlığın gərəksiz bir ideya olduğunu zənn edir, amma öz təcrübəsində adi bir hadisə ilə üzləşib, azadlığın olmadığına görə həyatı cəhənnəmə çevriləndən sonra onu dəyərini yenidən kəşf edir. Əslində, azadlığın bir dəyər olaraq cəmiyyətdə təşəkkül tapmaması cəmiyyətin təkcə mənəvi deyil, hüquqi, siyasi, iqtisadi azadlıqlarının sərhədlərinin nə qədər dar olduğunu göstərir.

Qanunsuz və zorsuz harmoniyada…

Səadət Cahangir, 27/10/13

İnsan azadlığı və insan haqları prinsipləri hələ çox qədimlərdən dünya filosoflarının diqqətini çəkən mövzulardan olub. Bu bəşəri dəyərlərlə bağlı mühüm təlimlərin əsasən qərbdə yarandığı məlum olsa da, o, heç də şərq filosoflarının yaradıcılığından yan keçməyib. Hələ eramızdan əvvəl təxminən 6-cı əsrdə yaşamış Çin filosofu Lao Tzu yazırdı ki, “qanun və zor olmadan insanlar harmoniyada yaşayardı”. Şərqli düşüncə adamının fəlsəfi fikirlərinə münasibətini bildirən amerikan alimi Deyvid Boaz deyir ki, “ Tao fəlsəfəsi şərq fəlsəfəsi ilə əlaqəli olan mənəvi aydınlığın klassik bəyanatıdır”.

Büdcə imkanları və son artımlar

Məhəmməd Talıblı, 25/10/13

Son aylar ölkə Prezidenti müxtəlif sosial qrupları əhatə edən artımlarla bağlı sərəncamlar vermişdir. Bu artımların büdcənin  mövcud imkanlarına nə qədər adekvat olub-olmadığı ilə bağlı bəzi suallara cavab axtarmalı olacağıq.

Son artımlarla bağlı sərəncamın tələblərinə görə, ölkədə minimum əməkhaqqı sentyabrın 1-dən 105 manat və ya 134 dollar olacaq. Buna qədər əmək haqqının minimal məbləği 93,5 manat təşkil edib. Bəzən minimum əməkhaqqının həddinin müəyyənləşməsi bəzi vətəndaşlarımız tərəfindən tam anlaşılmır.

Dövlətlərin və xalqların büdcələri

Məhəmməd Talıblı, 21/10/13

Dövlətlərin büdcəsi haqqında müəyyən məlumatlara malik olduğumuz halda, xalqların büdcə anlayışı ilə bağlı nisbətən daha az məlumata malikik. Çünki hər xalqın öz ailə büdcələrini necə etməsi haqqında özünəməxsus yanaşması, üsulları və dəyişən fərqləri var. Xərclənmə ilə bağlı bu millətlərin formalaşan ənənəvi obrazları ilə assosiasiya olunan bəzi sözləri tez-tez eşidirik:  “Amerikalılar belə xərcləyir”, “Almanlar belə qənaətcildirlər”, “Azərbaycanlılar belə bədxərcdirlər” və s.. Bu ölkələrin də hər birində dövlət büdcələri ilə, xalq olaraq ailə büdcələri və onların idarə edilməsində fərqlər var. Araşdırmalar göstərir ki, dövlətlərin büdcələri nə qədər böyükdürsə, həmin dövlətlərin milli  büdcələrindən bir o qədərdə qənaətlə və səmərəli istifadə edirlər.

Liberal ticarətin üstünlükləri (II hissə)

Məhəmməd Talıblı, 30/9/13

“Ağıllı ailə başçısı heç vaxt ailəsi üçün lazım olan məhsulların hamısını özü istehsal etməyə cəhd etməz. Dərzi özü üçün ayaqqabı tikməyə cəhd etməz, onu çəkməçidən alar, çəkməçi də özünə paltar tikməz, onu dərzidən alar.” İqtisadiyyatın atası Adam Smit

 

Liberal ticarət siyasəti; kimlər udur və uduzur?

Liberalizm sadəcə olaraq bir moda deyildir. Dünyanın inkişaf səviyyəsi elə bir həddə gəlib çatdı ki, ticarət münasibətlərinin açıqlığı və şəffaflaşdırılması bir zərurətə çevrilmişdir.  Liberal ticarət nə üçün lazımdır, onun sadə vətəndaşın həyatında və ölkənin inkişafında rolu nədir, liberal ticarət bəşəriyyətin tarixi taleyində rolu nədən ibarət ola bilər və s. kimi sualların sayını çoxaltmaq olar. Amma  bütün bu sualların cavabları müxtəlif məzmunlu və əhatəlidir.

Cəhalətin günahkarları...

Səadət Cahangir, 27/9/13

Yəqin hər kəs razılaşar ki, insanların azadlığı böyük mənada seçim azadlığına dayanır. Bu, bəlkə də, həyatın əlli faiz insanın öz iradəsindən asılı olması deməkdir. XIX əsrdə yaşamış ingilis filosofu Con Stüart Mill öz məşhur “Azadlıq haqqında” əsərində yazırdı: ” “Hər bir şəxs digərlərinin qanuni azadlıq və hüquqlarını pozmamaq şərti ilə  istədiyi yolla öz xoşbəxtliyini axtarmaq azadlığına  malikdir".

Liberal ticarətin üstünlükləri (I hissə)

Məhəmməd Talıblı, 23/9/13

“Ağıllı ailə başçısı heç vaxt ailəsi üçün lazım olan məhsulların hamısını özü istehsal etməyə cəhd etməz. Dərzi özü üçün ayaqqabı tikməyə cəhd etməz, onu çəkməçidən alar, çəkməçi də özünə paltar tikməz, onu dərzidən alar.”

(İqtisadiyyatın atası Adam Smit)

İnanıram ki, çətin olmayan bu qarşılıqlı ticarət mübadiləsinin zəruriliyini A. Smitdən daha sadə formada uğurlu ifadə edən olmayıb. Dövlətlərarası ticarət münasibətlərinin formalaşmasında çoxlu sayda amillər çıxış edir.

Sənət yarışları dünyanı yaxınlaşdırır, amma…

Səadət Cahangir, 18/9/13

Bu gün dünyada bir sıra populyar sənət layihələri var ki, onlar müxtəlif mədəniyyətləri təmsil edən insanlar arasında körpü qurmaq və yaxınlaşmaq üçün geniş imkanlar yaradır. Çünki sənət həqiqətən də əngəl tanımadan bütün qapıları açmaq və ayrı-seçkilik salmadan insanların qəlbinə yol tapmaq gücünə malikdir. Belə layihələrə kino, teatr,  rəssamlıq, musiqi və başqa sənət növlərini aid edə bilərik. Müasir günümüzdə musiqi ilə bağlı belə ən populyar layihə, şübhəsiz, “Eurovision” yarışmasıdır.

“Əsrin kontraktı” bizə nə verdi?

Məhəmməd Talıblı, 13/9/13

Bir neçə gündən sonra 19 il bundan öncə bağlanmış neft müqavilələri haqqında informasiyalar daha çox kütləviləşəcək, onun ətrafında müxtəlif müzakirələr və dartışmalar olacaq. Çünki, hər ilin sentyabrın 20-də ölkədə “Əsrin kontraktı” adı altında böyük tədbirlər keçirilir, bu haqda saatlarla verilişlər göstərilir. Təbii ki, bu sazişin önəmi və iqtisadiyyata verdiyi töhfələr danılmazdır. Bu haqda mübahisələr yersiz və qərəzlidir. Bu barədə bir az sonra...

Xoşbəxtlik formulu “ubuntu” da ola bilər...

Səadət Cahangir, 10/9/13

Birləşmiş Millətlər Təşkilatı (BMT)  bu il Azərbaycanı  xoşbəxtlik reytinqinə görə 156 ölkə sırasında 116-cı yerə qoyub. Bu o deməkdir ki, biz siyahının ən yuxarı yerlərini tutan Danimarka, Norveç, İsveçrə, Niderland, İsveç, Kanada vətəndaşı qədər xoşbəxt olmaq üçün  hələ ən azı 110  mərtəbə yuxarı çıxmalıyıq. Şübhəsiz, xoşbəxt olmaq asan məsələ deyil. Son nəfəsinə qədər  o “nazlı pərini” yaxalamaq üçün  yol yormağa dəyər...

Syndicate content