Sənət yarışları dünyanı yaxınlaşdırır, amma…

Səadət Cahangir, 18/9/13

Bu gün dünyada bir sıra populyar sənət layihələri var ki, onlar müxtəlif mədəniyyətləri təmsil edən insanlar arasında körpü qurmaq və yaxınlaşmaq üçün geniş imkanlar yaradır. Çünki sənət həqiqətən də əngəl tanımadan bütün qapıları açmaq və ayrı-seçkilik salmadan insanların qəlbinə yol tapmaq gücünə malikdir. Belə layihələrə kino, teatr,  rəssamlıq, musiqi və başqa sənət növlərini aid edə bilərik. Müasir günümüzdə musiqi ilə bağlı belə ən populyar layihə, şübhəsiz, “Eurovision” yarışmasıdır.

“Əsrin kontraktı” bizə nə verdi?

Məhəmməd Talıblı, 13/9/13

Bir neçə gündən sonra 19 il bundan öncə bağlanmış neft müqavilələri haqqında informasiyalar daha çox kütləviləşəcək, onun ətrafında müxtəlif müzakirələr və dartışmalar olacaq. Çünki, hər ilin sentyabrın 20-də ölkədə “Əsrin kontraktı” adı altında böyük tədbirlər keçirilir, bu haqda saatlarla verilişlər göstərilir. Təbii ki, bu sazişin önəmi və iqtisadiyyata verdiyi töhfələr danılmazdır. Bu haqda mübahisələr yersiz və qərəzlidir. Bu barədə bir az sonra...

Xoşbəxtlik formulu “ubuntu” da ola bilər...

Səadət Cahangir, 10/9/13

Birləşmiş Millətlər Təşkilatı (BMT)  bu il Azərbaycanı  xoşbəxtlik reytinqinə görə 156 ölkə sırasında 116-cı yerə qoyub. Bu o deməkdir ki, biz siyahının ən yuxarı yerlərini tutan Danimarka, Norveç, İsveçrə, Niderland, İsveç, Kanada vətəndaşı qədər xoşbəxt olmaq üçün  hələ ən azı 110  mərtəbə yuxarı çıxmalıyıq. Şübhəsiz, xoşbəxt olmaq asan məsələ deyil. Son nəfəsinə qədər  o “nazlı pərini” yaxalamaq üçün  yol yormağa dəyər...

Azadlığa hüdudsuz aşiq olmaq...

Səadət Cahangir, 26/8/13

Bu gün dünyanın ən qaynar hadisələrinin sorağı yenə ərəb dünyasından gəlir. Üç il öncə bu ölkələrə böyük dəyişim rüzgarı kimi gələn “bahar”ın şirin meyvələri dəyməmiş solub tökülməkdədir. Demokratik dəyişikliklər arzusuyla qanlı-qadalı bir yola girib, xalq səsverməsi nəticəsində öz hökumətini seçən Misirin yaşadığı dəhşətlər də, uzun zamandır qan içində boğulan Suriyanın durumu da göz önündə. Bu gün hər iki ölkə vətəndaş müharibəsi məngənəsində və artıq qanlı qarşıdurmalar minlərlə günahsız insanın ölümünə bais olub.

Xalqla razılaşmaya əsaslanan hökumət...

Səadət Cahangir, 19/8/13

Seçki bir xalqın taleyində ən önəmli sınaqlardan biridir desək, yanılmarıq. Çünki bir ölkənin dünyəvi dəyərlərə nə dərəcədə sadiq qaldığı, demokratik prinsiplərə nə dərəcədə əməl etdiyi məhz bu sınaqda meydana çıxır. İndi Azərbaycan yeni belə bir sınaq- prezident seçkiləri ərəfəsindədir. Ölkədə böyük seçki həyəcanı hiss olunmasa da, fakt faktlığında qalır. Oktyabr ayında xalq yeni prezidentini seçəcək. Həqiqətən, xalq seçəcəkmi? Əsas məsələ də elə budur.

“Hökumət dərslikləri”ni oxudan məktəblər niyə uğursuzdur?

Səadət Cahangir, 5/8/13

Təhsil hər bir cəmiyyətin inkişafı üçün önəmli amillər sırasındadır. Gələcək inkişafa və tərəqqiyə hesablanmış məsələ olduğuna görə, o həm də dünyəvi  bir amildir. Bu elə prosesdir ki, onunla təkcə bilik yox, həm də sivilizasiyamız üçün əhəmiyyətli dəyərlər əldə olunur. Şübhəsiz ki, belə bir vacib sahədə uğurlu nəticələrə nail olmağın əsasında da onun düzgün təşkil olunması dayanır. Libertarian düşüncəsinə görə təhsil həyatı öyrənməyə başlayan uşaqlara nəyin düz, nəyin səhv olduğunu, həyatda nəyin əhəmiyyətli olduğunu öyrətdiyi üçün ona siyasətçi və bürokratlar yox, fərdi ailələr nəzarət etməlidirlər.

Bono, Fransa və kapitalizm

Emmanuel Martin, 2/8/13

15 iyul tarixində İrl/andiyalı rok ulduzu və U2 qrupunun aparıcı müğənnisi, həmçinin beynəlxalq insan hüquqları aktivisti olan Bono Fransa Respublikasının İncəsənət və Ədəbiyyat Ordeni ilə təltif edilmişdir. Çox güman ki, o, sağlam iqtisadiyyat mövzusunda Fransa Parlamentinə dərs verə bilər. Parlament isə, başqa bir sosialist qanunu, bağlanan fabriklərin əvəzinə gəlirli şirkətlərin yaradılmasının qadağan olunması məsələsini müzakirə edir.

Bono? O, iqtisadi inkişaf probleminə qarşı dövlətin müəyyən etdiyi tədbirlərin məşhur müdafiəçisi deyilmi?

Demokratiya və azadlıq anlayışının fərqi...

Səadət Cahangir, 26/7/13

Azad seçki demokratik cəmiyyətin ilkin şərtlərindən biridir desəm, kimsə məni qınamaz hər halda. Bu problemdən on illərdir əziyyət çəkən bir ölkənin vətəndaş kimi, onu azadlığımın əsas bağlarından biri sayıram. Amma son zamanlar “ərəb baharının”  ardınca yeni bir inkişaf yoluna qədəm qoyan ölkələrdə baş verən qarışıqlıqları gördükdən sonra məsələləri daha dərindən göz atmaq ehtiyacı yaranır. Bu gün Misirdə cərəyan edənlər deyilənlərin canlı sübutudur.

İqtisadi böyümə riskləri

Məhəmməd Talıblı, 22/7/13

Bir neçə ildən (5-10 il) sonra Azərbaycan iqtisadiyyatında hansı kataklizmlərin olmasını (mərkəzləşdirilmiş büdcə kəsrinin artması, qeyri-neft sektorunun zəif inkişafı, məşğul əhalinin işlə təminatı, ixracatda qeyri-neft məhsullarının ifrat az olması, demoqrafik balansın sürətlə dəyişməsi və s.) mövcud iqtisadi tendensiyalardan görmək olur. Bu tendensiyanı nəinki AB-yə, hətta postsovet məkanına daxil olan ölkələrlə də müqayisə etmək kifayətdir.

Basqı azadlığı üçün savaşan tiranlar...

“Azadlıq üçün savaşan tiranlar gördüm, basqı azadlığı üçün!” Fridrix Nitsşe

Son illərin ən mühüm tarixi-siyasi hadisələri sırasına daxil olan “ərəb baharı”nın keçmişin yaralarını sağaltması üçün, görünür ki, hələ uzun zaman gərək olacaq. Baş verdiyi vaxtdan iki ildən artıq müddət keçəndən sonra bu inqilabların uğursuzluğu haqqında danışanlar nə dərəcədə haqlıdırlar?

Syndicate content