Rusiya və “böyük ailədən ayrılan qardaşlar”

Səadət Cahangir, 30/1/14

Sovet ittifaqı çoxdan tarixə gömülmüş olsa da, bu məkanda baş verən hər önəmli dəyişiklik Rusiyanın müqaviməti ilə qarşılaşır. Heç şübhəsiz, bu onun özünü keçmiş sosialist birliyinin varisi rolunda görməsindən irəli gəlir. Yetmiş il bu ittifaqa böyüklük etmiş Rusiya yenə də öz böyüklüyündən qalmaq istəmir. Bu iddia və təkəbbür uzun illərdir bölgədəki ölkələrə rahatlıq vermir, yeniliyə gedən yollarda əngəl törədir və süni münaqişə ocaqları yaradaraq, qarşıdurmaları körükləyir.

İqtisadi azadlıqların doğuşu: Sərvət, yoxsa imkan “analığı”

Məhəmməd Talıblı, 27/1/14

Avtoritar ölkə başçıları üçün siyasi azadlıq anlayışı kimi, iqtisadi azadlıq da ölümə məhkum olunmaqdır. Bu siyasi intihara səbəb olan hər türlü azadlıqlar diktatorlar üçün “cin və butulka” anlamındadır. Ona görə ki, hər cür azadlıq onun hakimiyyət bünövrəsi üçün “mina” rolundadır. Sanki belə ölkə başçılarının güc meyarı və funksiyası məhz cəmiyyətin tormozlayıcı(potensialını) əyləcini sıxmaqdan ibarətdir. Ona görə, diktatorlar tərəfindən siyasi və iqtisadi azadlıqlar arasında hər zaman bərabərlik işarəsi qoyulur. Düzdür, vaciblik baxımından siyasi azadlıqların önəmi onlar üçün daha çoxdur, amma iqtisadi azadlıqların transformatik gücünü də başa düşürlər. Çox uzaq əsrlərə baxmadan, ötən əsrin Fransa tarixinə ekskursiya kifayət edir.

Mandelanın yarımçıq qalmış işi

Corc Ayittey, 23/1/14

Nelson Mandela əsl Afrika qəhrəmanı və lideri idi. O, böyük qətiyyətə, yenilməz cəsarətə, əyilməz ruha və sarsılmaz iradəyə malik idi. O, öz xalqına sülh bəxş etmək üçün böyük çətinliklər yaşamış və şəxsi qurbanlar vermişdi. Bununla belə, o, ona zülm etmiş zalımları bağışlamaq və onlarla barışmaq üçün böyük ürəyə malik idi. O, indi həqiqətən də öz məzarında rahat uyuyur.

Mandela ilə digər Afrikalı liderlər arasında yerlə göy qədər fərq var. Mandela Cənubi Afrikanı bir partiyalı sosialist dövləti, özünü isə, ömürlük prezident və ya imperator elan etməmişdi.

Müharibə atəşində yanan qadınlar…

Səadət Cahangir, 21/1/14

“Müharibə yerdə cəhənnəm yaradır, təsəvvür olunmaz dərəcədə dağıntı dəhşətinə səbəb olur. İnsanların bir-birinə necə nifrət etməsindən asılı olmayaraq, millətlərin niyə tez-tez müharibə  yolunu tutması ağlasığmazdır. Lakin ola bilsin ki, hakim sinfin hesablaması o insanlardan fərqlidir. Müharibə çox vaxt xeyli insanı öz nəzarətinə yığmaqla hakimiyyətə güc verir...”(Deyvid Boaz)

Bu fikrin davamı olaraq demək mümkündür ki, bəlkə də, müharibə hakimiyyətlə bərabər bu faciədə marağı olan hər kəsə güc verir. Nə bu fəlakəti yaşayan xalqların çəkdiyi əzablar, nə də onun gətirdiyi dağıntı və itkilər həmin maraqlı adamların vecinə deyil.

İşləyən yoxsullar ölkəsi

Məhəmməd Talıblı, 16/1/14

Yoxsulluq ölkələrin daxili problemindən çıxaraq daha çox qlobal miqyas alıb. Yəni hazırda yoxsulluq halları bütün dünyanı narahat edir. Yoxsulluq özünü fərqli formalarda təzahür etməklə yanaşı, daha çox genişlənməkdədir. Çünki dünyada iqtisadi böhrandan sonra bəzi ölkələrin iqtisadiyyatları hələ də özlərinə “gələ” bilməyib. Vaxtı ilə  böhran və yoxsulluqla bağlı ABŞ-ın 33-cü prezidenti Harri Truman demişdi ki, əgər sizin qonşunuz öz iş yerini itiribsə, bu tənəzzüldür, yox əgər siz öz işinizi itirmisinizsə, bu artıq böhrandır.

Siyasi oyunlar və olimpiya oyunları...

Səadət Cahangir, 10/1/2014

Bu ilin fevral ayında Soçi şəhərində Qış Olimpiya oyunlarına start veriləcəyi planlaşdırılır. Amma qərbin bir sıra önəmli ölkələrindən bu mühüm hadisə ilə bağlı gələn soyuq mesajları oyunların baş tutmasına yarana biləcək əngəlin siqnalı kimi dəyərləndirmək olar. Bəri başdan oyunları boykot edənlərin siyahısında kimlərin olduğu məlumdur -ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Britaniya baş naziri Devid Kameron, Litva prezidenti Dalya Qribauskayte.

Azərbaycanda büdcələrarası münasibətlər

Məhəmməd Talıblı, 7/1/14

Azərbaycanda büdcələrarası münasibətlər son illərdə dəyişməz tendensiyalar üzrə davam  etməkdədir. Təbii ki, büdcələrarası münasibətlərdən danışarkən onun formalaşma mənbələri, xərclərinin istiqamətləri və onlar arasında qarşılıqlı əlaqənin mövcud vəziyyətindən danışmamaq qeyri-mümkündür. Əslində, büdcələrarası münasibətlərin konkret hədəfi və onun reallaşma metodları o dərəcədə effektiv olmalıdır ki, büdcə vəsaitlərinin ədalətli bölgüsü təmin edilə bilsin. Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələrlə dövlət büdcəsinin qarşılıqlı əlaqəsi gəlir mənbələrinin, gəlirlərin dotasiya, subvensiya və büdcə ssudaları şəkilində bölüşdürülməsi vasitəsilə həyata keçirilir.

Hüququn mənəvi tərəfləri...

Səadət Cahangir, 26/12/13

Şübhəsiz ki, dünyanın inkişaf etmiş ölkələri ilə geridə qalmış ölkələrində yaşayan insanların düşüncələrində köklü fərqlər var.  Bir amerikalının hüququ olaraq qəbul etdiyi şey, bir azərbaycanlı üçün yasaq sayıla bilər və ya əksinə. Müasir dövrün məşhur amerikan libertarianlarından sayılan Deyvid Boaz deyir ki, bir amerikalıya görə hər arzulanan şey hüquqdur. Amma bunun nə dərəcədə doğru və mümkün ola biləcəyi kimsəni düşündürmür.

Təbii, hüquq başqalarının azadlığına müdaxilə edilmədən əsaslandırılmış bir prinsip olduğuna görə, hüdudsuz da sayıla bilməz. Məsələn, dünyada siqaretin zərəri ilə bağlı geniş təbliğat kampaniyaları aparıldığı dövrdə, ortaya paradoksal bir məsələ çıxdı. Bəziləri restoranlarda siqaret çəkmək hüququ istədiyi halda, başqaları siqaretin qadağan olunmasını tələb etməyə başladı.

Büdcəmizin spesifikası

Məhəmməd Talıblı, 23/12/13

Builki dövlət büdcəsini əvvəlki illərdən fərqləndirən bir neçə ciddi amil var.  Onlar həm büdcə gəlirlərində, həm də xərclər hissəsində özünü göstərir. Daha vacib sayılan 2 istiqamətdə spesifik olan halın təhlili bizi düşünməyə vadar edəcək.

Bunlardan birincisi,  dövlət büdcəsində kəsirin yaranmasının əvvəlki illərlə müqayisədə yüksək həddə olmasıdır. Onsuz da kəsirsiz büdcədən söhbət gedə bilməz. Bu bütün dünyada belədir. Hər ol ortalama olaraq ÜDM-nin 1-1,5 faiz həcmində büdcə kəsrləri qeydə alınır.

Oxuma-yazmaya görə liderik, amma...

Səadət Cahangir, 19/12/13

Texnoloji inqilabların gətirdiyi böyük yeniliklər, şübhəsiz, hər şeydən öncə insanların həyatını dəyişir. Bu dəyişimin inkişaf və müasirləşmə üçün mühüm bir vasitə olduğu danılmazdır. Lakin böyük yeniliklər həm də özüylə böyük sarsıntılar, çalxantılar və  tərəddüdlər gətirir. Bu yazını bir məsələ üzərində qurmaq istəyirəm. Son onilliklərin təcrübəsindən belə nəticə çıxarmaq olar ki, texnoloji nailiyyətlər insanların çeviklik və  baxış bucağını genişləndirsə də, onların ən önəmli bir xüsusiyyətini-mütaliə qabiliyyətini aşağı salır.

Syndicate content