ABŞ Azərbaycanda keçiriləcək Prezident seçkilərinə 3 milyon dollar yardım edəcək
Azərbaycan, Bakı, 1 May / Trend agentliyi
ABŞ administrasiyası Azərbaycanda demokratik seçkilərin keçirilməsi məqsədilə 3 milyon dollar yardım edəcək. Azərbaycanda Prezident seçkiləri 2008-ci ilin oktyabr ayında keçiriləcək.
ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi mayın 1-də keçirdiyi mətbuat konfransında bildirib ki, bu vəsait hansısa siyasi partiya və təşkilatlar üçün deyil, ölkədə söz azadlığı və seçki vəziyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulub.
Amerikalı diplomat Azərbaycandakı bütün siyasi partiyaları qarşıdan gələn seçkilərdə iştirak etməyə səsləyib. Dörsi qeyd edib ki, yaxınlaşmaqda olan seçkilər ölkədə keçirilən ən demokratik seçkilər ola bilər. O, seçkidən əvvəl Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı məsələnin həll olunacağına ümid etdiyini deyib.
“Azadlıq” blokuna daxil olan Xalq Cəbhəsi Partiyası, Liberal Partiyası və Vətəndaş və İnkişaf Partiyaları Seçki komissiyaları paritet əsasda formalaşmadığı halda seçkiləri boykot edəcəklərini bildiriblər.
HUMAN RIGHTS WATCH» həbsdəki jurnalistləri mükafatlandırdı
«HUMAN RIGHTS WATCH» insan haqlarını beynəlxalq müdafiə təşkilatı həbsdəki Azərbaycan jurnalistləri - «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və satirik yazar Mirzə Sakiti «Hellmann» mükafatına layiq görüb.
«HUMAN RIGHTS WATCH» bu jurnalistləri cəsarətinə görə mükafatlandırıb. Təşkilatın Avropa və Asiya bölməsinin direktoru Holi Kartner deyib ki, Eynulla Fətullayev də, Qənimət Zahid də, Mirzə Sakit də inandıqları işi gördükləri və cəmiyyəti məlumatlandırmağa çalışdıqları üçün həbsdədirlər. «HUMAN RIGHTS WATCH» ümid edir ki, mükafat onların tez və şərtsiz azad olunması məsələsini qaldırmağa kömək edəcək.
«HUMAN RIGHTS WATCH»un «Hellman» mükafatı 1000 dollardan 10 min dollara qədərdir. Mükafat siyasi təqibə məruz qalan və nəticədə maddi yardıma ehtiyacı olan yazarlara verilir. Laureatları yazarlar, redaktorlar və jurnalistlərdən ibarət komitə seçir. Bu il ««HUMAN RIGHTS WATCH» 34 nəfərə «Hellmann» mükafatı verir.
«HUMAN RIGHTS WATCH» dan Holi Kartner deyib ki, «Hellmann» mükafatının verilməsi «Azərbaycanda mətbuatın vəziyyətinin pisləşdiyi vaxta təsadüf edir. Azərbaycanda prezident seçkisinə az qalıb və mətbuat azadlığı, mətbuatda müxtəlif fikirlərin ifadə olunması imkanını təmin etmək azad və ədalətli seçki üçün vacibdir».
Vahid pəncərə sisteminin tətbiqi
2007-ci ildə vahid pəncərə haqqinda gərar güvvəyə mindikdən sonra şirkətlərin qeydiyyat mexanizmi xeyli dərəcədə sadələşmişdir.Yeni sistem qeydiyyat muddətini 53 gundən 3 günə endirmişdir. Beləki indi şirkətlərin bank hesablarının açılması və notariusda qeydiyyat bir günün ərzində həll olunmalıdır.
İpək yolu layihəsi
Bu yaxinlarda Cenevrədə 19 Asiya və Avropa ölkəsi BMT-nin maliyyə dəstyi ilə keçirilən görüşdə bir araya gəlmişlər. Görüşdə Böyük İpək Yolunun canlandırılması müzakirə olunmuşdur. Bu layihənin tam qüvvəsi ile işləməsi üçün 42 milyard ABŞ dollarıı həcmində vəsait tələb olunur. Görüş iştirakçıları 2014-cü ilin sonunadək layihənin əsas prioritetlerini başa çatdırmağı qərara almışlar.
Turizmin inkşafı
Son illər turizm sahəsinə olan maraq istər dovlət istər ozəl sektorda görülməkdədir. Azərbaycan 2008-ci ildə 2007-ci ilə nisbətən 10% daha cox turist qebul etməyə hazırlaşır. Turizm sahəsində görülən işlərdən ən nəhəngi Qusarda tikilməkdə olan qiş turizm istirahət zonasıdır.
İKT 2009-20012
Rabitə və informasiya texnologiyalari nazirliyi 2009-2012 ci illər ücün İnformasiya texnologiyalari sahəsinin inkşafı ücün uzumüddətli proqram üzərində işləməyə başlamışdır. Nazirliyin məlumatına əsasən bu sənədde 2009-2012 ci illər ərzinde milli İKT strategiyasinin həyata keçirilməsi sahəsinde görüləcək işlər öz əksini tapacaqdır. Bunnan əvvəlki proqramin vaxtı 2008-ci ildə sona yetir.