“Azad Düşüncələr” Assosiasiyası (ADA) məşhur fransız filosofu, iqtisadçı və içtimai xadim Frederik Bastiatın “Hüquq” kitabı əsasında “Hüquq Soyğunçuluğu Dəstəkləyir?!” mövzusunda Esse (məqalə) müsabiqəsi elan edir.
Müsabiqənin şərtləri:
- Müsabiqədə iştirak etmək istəyən şəxsin yaşı 30-dan yuxarı olmamalı (tələbə ,magistr və s.)
- Yazıların həcmi 1500 sözdən çox olmamalı
- Yazılarda fikirlər anlaşılan şəkildə ifadə edilməli, məntiqi ardıcıllıq və arqumentləşdirməyə diqqət yetirilməli
- Bütün yazılar Word document şəklində, iştirakçıların CV- ləri ilə birlikdə elektron-poçtla göndərilməli
- Frederik Bastiatın kitabından istifadə edilməlidir.
Müsabiqəyə məqalələr Azərbaycan, Rus və İngilis dillərində qəbul edilir.
Son müraciət tarixi: 31 May, 2008-ci il.
Mükafatlar: İlk üç yeri tutan iştirakçılara Bastiat və digər liberal yazarların kitabları və müvafiq olaraq:
1-ci yer - 250 AZN
2-ci yer - 150 AZN
3-cü yer - 50 AZN
mükafat veriləcəkdir. Bundan başqa, ilk yeri qazanan iştirakçıya ADA-nın tədbirlərində (ölkə daxili və ya xarici ) iştirak haqqı veriləcəkdir.
İlk üç yeri qazanan iştirakçının esseləri təşkilatın web- saytında və beynəlxalq veb-saytlarda yerləşdiriləcəkdir.
F. Bastiatın “Hüquq” kitabını şəhərimizin aşağıdakı kitab satış mağazalarından ala bilərsiniz:
“Akademkitab”, İstiqlaliyyət 5, Te1.: 492-57-93, Azərbaycan Respublikasi Prezident İşlər İdarəsinin Kitab evi (“Mc Donalds”ın yanı), Bukinist-Mağaza (“Nizami” kinoteatrının yanı) Te1.: 493-99-78, Kitab Klubu, Mustafa Sübhi küç. 13 ("Axundov bağı"ndan yuxarı, 150 №-li məktəbin yanı), Tel.: 492-12-38, Mob.: 055/ 674-11-38.
Əlaqə üçün:
E-mail: free_minds_az@yahoo.com [1]
Web-sayt: www.azadliqciragi.org [2]
Links:
[1] mailto:free_minds_az@yahoo.com
[2] http://www.azadliqciragi.org