Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı açıqlama verən C. Buş deyib: «Yalnız açıq cəmiyyətlər mətbuat azadlığını müdafiə edir və ona arxalanırlar». ABŞ prezidenti Corc Buş Kuba və Çini jurnalistlər üçün ən ağır şəraitin olduğu ölkələr adlandırıb.
O, qeyd edib ki, ABŞ jurnalistlərin, o cümlədən bloqerlər və internet-reportyorların izlənməsini, onlara fiziki hədələri, təqibləri pisləyir: «Belə faktlar Çin, Kuba, Misir, Tunis, Venesuela və Vyetnamda, jurnalistlərin öldürülməsi faktları isə Belarus, Livan və Rusiyada müşahidə edilir».
C. Buş Belarus, Myanma, Çin, Kuba, Eritreya, İran, Liviya, Şimali Koreya, Suriya, Venesuela və Zimbabveni jurnalistlərin tez-tez həbs olunduğu, söz azadlığını müdafiə edən qanunların mövcud olmadığı ölkələr sırasına aid edib: «2007-ci ildə Çin Kuba, Eritreya, İran və Azərbaycandan sonra jurnalistlərin hamıdan çox həbs edildiyi ölkə olub».
Amerika lideri Belarus, Livan və Rusiyanı jurnalistlərin qətlinin açılmadığı ölkələr adlandırıb.