“Azadlıq Çırağı”nın missiyası yerli iqtisadi və sosial problemlərin həll edilməsində vacib rolu olan fundamental institutların fəaliyyətinə əsaslanaraq, azad cəmiyyət və azad bazarın real faydaları barədə ictimaiyyətin anlayışını artırmaq, AZADLIQ, ƏDALƏT, SÜLH, İNSAN HAQLARI, QANUNUN ALİLİYİ və insanlar arasında TOLERANTLIQ kimi dəyərlərin başa düşülməsi və mənimsənilməsinə yardım etməkdir. “Azadlıq Çırağı” Azərbaycanın bugünkü problemlərinin kökünü görən və klassik liberalizm ideyalarından ruhlanan şəxslər tərəfindən təsis edilmişdir. Layihənin təsisçilərindən olan “Azad Düşüncələr” Assosiasiyası 2007-ci ildə Londonda yerləşən «Stokholm NETWORK» təşkilatı tərəfindən yeni bazar iqtisadiyyatı ölkələrində fəaliyyət göstərən ən yaxşı qurum adına layiq görülmüşdür. Layihə üzvləri:
Tural Vəliyev
1981-ci ildə Bakı şəhərində anadan olub. Şimali Kipr, Doğu Akdeniz Universitetindən məzun olduqdan sonra, Vaşinqton, ABŞ –da yerləşən Keyto İnstitutu (Cato Institute) tərəfindən təcrübə qazanmış və Azərbaycanın ilk liberal təşkilatı Azad Düşüncələr Assosiasiyasının əsas qurucusu olmuşdur və Assosiasiyasının direktorudur. Azadlıq Çırağı layihəsinin rəhbəridir.
Rəşad Şirinov
1978-ci ildə Bakıda anadan olub. Baki Dövlət Universitetindən məzun olduqdan sonra Türkiyənin Boğaziçi Universitetində Siyasət ve Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi alıb. Azərbaycanda vətəndaş cəmiyyəti, demokratikləşmə, beynəlxalq siyasət sahələrinde işləyib. Rəşad Şirinov Azad Düşüncələr Assosiasiyasının fəal üzvü, təşkilatın qurucusu və Azadlıq Çırağı saytının yazarlarındandır.
Təbriz Cabbarov
1981-ci ildə Bakı şəhərində anadan olmuş, Şimali Kipr, Doğu Akdeniz Universitetindən məzun olduqdan sonra, Azərbaycanda müxtəlif vətəndaş cəmiyyətinin inkişafı layihələrində iştirak etmişdir. Azad Düşüncələr Assosiasiyasının əsas qurucusu və fəal üzvüdür. Azadlıq Çırağı yazarlarındandır.
Ceyhun Hüseynov
1985-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində oxuduğu müddətdə Vaşinqton, ABŞ –da yerləşən Keyto İnstitutu (Cato Institute) tərəfindən təcrübə qazanmışdır. Azad Düşüncələr Assosiasiyasının üzvü, Azadlıq Çırağı saytının yazarlarındandır.
Həmid Dalqlıclı
1986-cı ildə Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı Dövlət Universitetində oxuyur. 2006-2007 illərində ABŞ-ın Vaşinqton şəhərində yerləşən Keyto İnstitutu (Cato Institute) tərəfindən təcrübə qazanmışdır. Həmid Dalqlıclı Azad Düşüncələr Assosiasiyasının fəal üzvlərindən biridir, Azadlıq Çırağı saytının inzibatçısıdır.
Zaur Heydərov
1987-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsinin tələbəsidir. Azad Düşüncələr Assosiasiyasının fəal üzvlərindənd və Azadlıq Çırağı saytının yazarlarındandır.
Kamil Heydərov
1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin məzunu və həmin universitetin magistr pilləsində təhsil almaqdadır. Azad Düşüncələr Assosiasiyasının fəal üzvlərindən və Azadlıq Çırağı saytının yazarlarındandır.
Şəbnəm Bəkirzadə
1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olub. Hal-hazirda həmən universitetin Landşaft ixtisası üzrə magistr tələbəsidir. Azərbaycanda demokratikləşmə, seçki institutunun formalaşdırılması və mətbuat sahələrinde işləyib. Azad Düşüncələr Assosiasiyasının fəal üzvlərindən və Azadlıq Çırağı saytının yazarlarındandır.
Səadət Cahangir
1968-ci ildə Qubadlı rayonunda anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetini bitirib. Azərbaycan “Demokratiyanın İnkişafı Fondu”nda, “Çağ”, “Azadlıq” qəzetlərində işləyib. Türkiyənin “Hürriyyət”qəzeti və “Anadolu” agentliklərində sınaq təcrübəsində olub, bir sıra konfranslarda iştirak edib. Hazırda Türkiyədə çıxan “Günişığı” qəzetinin və Azadlıq Çırağı saytının yazarlarındandır.